NIPA-30

Etibar Məmmədov və Arzuxan Əlizadə Xalq artisti Rasim Balayevin vida mərasimində iştirak ediblər – FOTOLAR

Azərbaycan mədəniyyətinin görkəmli siması, bənzərsiz sənətkar, Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilib. Azərbaycan Milli Akademik Dram Teatrında təşkil olunan mərasimdə dövlət və hökumət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, ictimai-siyasi xadimlər də iştirak edərək sənətkarın xatirəsini ehtiramla yad ediblər.
​Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov və AMİP sədri, millət vəkili Arzuxan Əlizadə vida mərasiminə qatılaraq mərhumun ailə üzvlərinə, yaxınlarına və sənət dostlarına dərin hüznlə başsağlığı veriblər.
​Görkəmli aktyorun vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi qiymətləndirən partiya rəhbərliyi, Rasim Balayevin yaratdığı Babək, Nəsimi kimi qəhrəman obrazların xalqımızın yaddaşında və dövlətçilik tariximizdə əbədi yaşayacağını vurğulayıblar.
​Allah rəhmət eləsin!