NIPA-30

“Ermənistanda seçkilərdən sonra yeni dönəm başlayacaq” – DEPUTAT

Ermənistanda keçirilən seçkilər və seçkiöncəsi kampaniya dövrü müxtəlif mübahisələr, qanun pozuntuları və siyasi qarşıdurmalarla müşayiət olunur. Müxalifət və bəzi siyasi dairələr səsvermə prosesində qanun pozuntularının, seçicilərə təzyiqlərin və səslərin satın alınması hallarının olduğunu iddia edir. Eyni zamanda, beynəlxalq müşahidə missiyalarının bu məsələlərə münasibəti də müzakirə mövzusuna çevrilib.

Bununla ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Ermənistanda parlament seçkiləri artıq yekunlaşdı:

“İlkin nəticələr açıqlanıb və ilkin nəticələr onu deməyə əsas verir ki, Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə partiyası səslərin mütləq əksəriyyətini qazanıb. Yarısından çoxunu qazandığı üçün də növbəti hökuməti də Nikol Paşinyan formalaşdıracaq. Müxtəlif ölkələrdə, ümumilikdə seçkiöncəsi dövrdə tərəflərin bir-birinə ittihamları olub və Ermənistanda da bu olduqca ciddi formatda baş verirdi. Hər iki tərəf bir-birini ittiham edirdi. Nikol Paşinyan və onun tərəfdarları xarici müdaxilələri daha çox diqqətə çatdırırdılar. Təbii ki, xarici müdaxilə dedikdə Rusiyanın, Rusiyanın bilavasitə adamları olan, seçkilərdə iştirak edən Köçəryan, Karapetyan və digər qüvvələrin bilavasitə kənardan idarə olunduğuna diqqət çəkilirdi. Qarşılıqlı ittihamlar da əsasən onunla bağlı idi ki, müxalifət Nikol Paşinyanı inzibati resurslardan istifadədə, Nikol Paşinyan və onun tərəfdarları isə qarşı tərəfi xarici maliyyələşmə və eyni zamanda həmin maliyyələrin deməli, seçkilərə yönəldilməsi, seçicilərin pulla ələ alınması və sair məsələləri gündəmə gətirirdilər”.

O qeyd edib ki, Taşnaksutyun partiyasının qərargahında seçki seçkiöncəsi axtarışlar aparıldı, həbslər həyata keçirildi:

“Eləcə də seçkiöncəsi və seçki günü də saxlanılanlar olub. Seçki prosesinə qanunsuz müdaxilə ittihamları ilə və bu proses bütövlükdə seçkilərin yekunlaşana qədər davam etdi və seçkidən dərhal sonra da Nikol Paşinyan və onun tərəfdarları konkret olaraq mövqe sərgilədilər ki, seçkilərdə seçiciləri pulla ələ alan, seçki qaydalarını pozan şəxslər mütləq cəzalandırılacaqlar və artıq elə seçki gedişində də həbslər olub, ondan sonra da həbslərin ola biləcəyi ehtimalı kifayət qədər yüksəkdir. Artıq yekun nəticələr elan olunandan sonra prosesə daha dəqiq qiymət vermək olar. Amma beynəlxalq müşahidəçilər də prosesləbağlı öz mövqelərini bildirirlər. Həmçinin artıq təbriklər də gəlməkdədir Nikol Paşinyana, baxmayaraq ki, seçkilərin son nəticələri hələ elan olunmayıb. Amma artıq demək olar ki, Paşinyan bu seçkilərin də əsas qalibidir və erməni seçicisi Paşinyana səs verməklə, əslində, Paşinyanın yürütdüyü siyasətə səs vermiş olur. Bu da o deməkdir ki, həmin seçicilər Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalanmaq prosesinə, eləcə də Avropaya inteqrasiya və digər məsələlərdə yürütdüyü siyasətə dəstək verib və nəticə etibarilə hesab edirəm ki, Ermənistanda seçkilərdən sonra yeni dönəm başlayacaq. Avropa qurumları da seçkilərin nəticələrinə normal, müsbət yanaşırlar və sonrakı qiymətləndirmələr də əslində, hesab edirəm ki, elə bu istiqamətdə olacaq və Avropa qurumları konkret olaraq Ermənistan seçkilərinin normal keçirilməsi, Ermənistanda seçicilərin Nikol Paşinyana səs verməsini demokratiyaya səs verilməsi kimi qəbul edəcəklər və bunu bu cür elan edəcəklər və Paşinyan yürütdüyü siyasəti davam edəcək. Bir qədər də daha çox səs qazanmış və dəstəyə nail olmuş, eləcə də qarşıdakı uzun müddət ərzində öz mövqelərini bir qədər də ciddi surətdə ciddi surətdə, yəni ifadə etmək imkanları baxımından daxili siyasətini daha güclü formada yürüdə biləcək. Amma istənilən halda, seçkilərin son nəticələrini gözləmək lazımdır hesab edirəm, ondan sonra bütövlükdə prosesə tam olaraq qiymət vermək mümkündür”.