NIPA-30

“Bir Könül Hekayəsi” – Həyatın görünməyən tərəfinə Könül Aypara ilə səyahət – VİDEO

Bəzən bir insanı tanımaq üçün onun tutduğu vəzifəni deyil, ürəyində daşıdığı hekayəni dinləmək lazımdır…

Çünki hər üzün arxasında bir xatirə, hər susqunluğun içində bir söz, hər gülüşün kölgəsində isə bəlkə də heç kimin bilmədiyi bir ağrı gizlənir…

Bu gün biz insanların cəmiyyətə görünən tərəfinə deyil, könüllərində gizlətdikləri dünyaya qonaq olacağıq. Keçmişə dönəcəyik, xatirələrə toxunacağıq, sevincləri bölüşəcək, bəlkə də illərdir deyilməyən sözlərə qulaq asacağıq…

Çünki hər insanın bir hekayəsi var. Və əlbəttə ki, hər hekayənin bir könül tərəfi…

Beləcə, “Bir Könül Hekayəsi” başladı. İlk qonağımız Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadədir.

Bəlkə bu gün onu bir siyasətçi kimi deyil,
bir insan, bir övlad, bir ata və bir könül sahibi kimi tanıyacağıq…

“Bir Könül Hekayəsi” — sözlərin deyil, könüllərin danışdığı yer.