AMİP Sədri, Millət vəkili Arzuxan Əlizadə Hidayət Orucovun vəfatıilə bağlı başsağlığı verdi
AMİP Sədri, Millət vəkili Arzuxan Əlizadə Hidayət Orucovun vəfatı ilə bağlı başsağlığı verib.
Görkəmli dövlət xadimi, yazıçı, diplomat və dramaturq, Qərbi Azərbaycan İcmasının Ağsaqallar Şurasının üzvü Hidayət Orucovun vəfatı Azərbaycan ictimaiyyəti üçün ağır itkidir.1944-cü ildə Qərbi Azərbaycanda doğulan Hidayət Orucov ömrü boyu milli-mənəvi dəyərlərimizin qorunmasına, ədəbiyyat və mədəniyyətimizin inkişafına xidmət etmişdir. O, uzun illər İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik etmiş, Azərbaycan ədəbiyyatının və incəsənətinin İrəvanda yaşadılmasına mühüm töhfələr vermişdir.Sonrakı illərdə dövlət müşaviri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərərək dövlətçiliyimizin möhkəmlənməsinə və milli maraqlarımızın müdafiəsinə böyük xidmətlər göstərmişdir.Hidayət Orucovun zəngin irsi, fədakar ziyalı mövqeyi və dövlətçilik sahəsindəki xidmətləri xalqımızın yaddaşında daim yaşayacaqdır.Mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirəm.
Arzuxan Əlizadə
Azərbaycan Milli İstiqlal Partiyasının Sədri, Millət vəkili