NIPA-30
a

Author: admin_amip

Bu ili prezident Konstitusiya və Suverenlik İli elan etdi. Bu il referendum ola bilərmi və olarsa, qanunvericilikdə nələr dəyişməlidir? Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə bildirib ki, Milli İstiqlal partiyası olaraq biz əvvəlki illərdə həm qanunvericilik hakimiyyətində, eləcə də icra hakimiyyəti strukturlarında bir sıra dəyişiklikləri özündə ehtiva edən təkliflər paketi ilə çıxış etdik. Sədrin sözlərinə görə, həmin təkliflər paketində parlamentin say tərkibinin artırılması, eləcə də seçki sistemində dəyişikliklər, yəni hazırki majoritar sistemin əvəzinə proporsional seçki sistemi əlavə etməklə ən azından

Xəbər verdiyimiz kimi yanvarın 1-dən Gürcüstanda məcburi hərbi xidmətə çağırışla bağlı yeni qaydalar qüvvəyə minib. Yeni qanunvericiliyə əsasən, çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılan hərbi xidmət çərçivəsində xidmətə göndəriləcəklər.  Belə ki, çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək. Bununla yanaşı, çağırışçılar özləri üçün uyğun olan 3 xidmət növündən birini seçə bilərlər. Belə ki, döyüş bölməsində xidmət 6 ay, mühafizə və təminat bölmələrində xidmət 8 ay, kiçik komandir rütbəsi almaq və müəyyən ixtisas üzrə xidmət isə 11

“Ümidvarıq ki, Trampın növbəti hakimiyyəti dönəmində ABŞ-Azərbaycan münasibətləri daha da normallaşacaq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə “Cebheinfo.az”-a şərhində 2025-ci ildə yanvarın 20-də inaqurasiya mərasimindən sonra ABŞ-nin prezidentlik postuna yiyələnək Donald Trampın Cənubi Qafqaz siyasəti ilə bağlı suala cavablandırarkən bildirib.  Onun sözlərinə görə, Respublikaçıların hakimiyyəti dövründə ABŞ-Azərbaycan münasibətləri hər zaman normal olubdur:  “Trampın birinci hakimiyyəti dövründə biz buna şahidi olmuşuq. Qeyd edim ki, Trampın birinci hakimiyyətinin son dövrlərində Azərbaycan 44 günlük müharibədə torpaqlarını Ermənistanın işğalından azad etdi və bu müharibədə prosesləri özünün

"Dünyanın harasında yaşamasından asılı olmayaraq hər kəs azərbaycanlı həmrəyliyini qeyd edir"  Qarşıdan milli birliyin və bərabərliyin simvolu olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Sovet imperiyası süqut etdikdən sonra Araz çayının hər iki sahilində yaşayan azərbaycanlılar sərhədə doğru yürüş etdilər.  Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan xalqının Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi.  Həmrəylik Günü bu birləşmək istəyinin

Xəbər verdiyimiz kimi yanvarın 3-dən etibarən Bakı-Balakən-Bakı sərnişin qatarının fəaliyəti yenidən bərpa olunur. 4 illik zaman fasiləsindən sonra belə bir qərarın verilməsi çoxlarımız üçün əsl bayram hədiyyəsidir. Nəzərə alaq ki, sərnişin qatarı əsasən gecə saatlarında işləyəcək. Ona görə də qatardakı vaqonlar əsasən yataq tiplidir. Bu da gecə səyahəti bir sıra üstünlüklər yaradır. İlk növbədə vaxta qənaət olunur. Gecə yol getməklə gündüz saatlarından daha səmərəli istifadə etməyə imkan verir. Sərnişin gündüz saatlarında planlaşdırdığı işləri görüb, axşam yenidən rahatlıqla evinə dönə bilir. Beləcə, sərnişin əlavə vaxt itkisinə

AMİP-in fəxri lideri Etibar Məmmədov AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar həlak olan uçuş heyəti üzvləri və sərnişinlərin ailələrinə başsağlığı verib. Siyasətçi Moderator.az vasitəsilə bunları çatdırıb:  "Təyyarə qəzasında həlak olanlara  Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Allah bir daha xalqımıza belə faciələr yaşatmasın!.."