Tramp iki ölkəyə meydan oxudu – Azərbaycanın rolu diqqət çəkdi
ABŞ Prezidenti Donald Trampın Davosda çıxışı zamanı deyib ki, ölkəsi olmasaydı, bu gün dünya alman və ya yapon dilində danışardı. Halbuki son illər gələcəyin dili kimi Çin dili göstərilirdi. Lakin iddialara görə, Trampın son siyasi və iqtisadi addımları bu proqnozların dəyişməsinə səbəb ola bilər. Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Donald Trampın səsləndirdiyi fikirlər daha çox obrazlı və populist yanaşma kimi dəyərləndirilməlidir: “Ağ Ev sahibi demək istəyir ki, İkinci Dünya müharibəsində faşist Almaniyasının qarşısı alınmasaydı, dünya miqyasında ciddi hegemonluq yarana bilərdi. Həmin dövrdə Yaponiya da kifayət qədər aktiv idi və nəticə etibarilə ABŞ-ın birbaşa
Trampdan Avropanı qorxuya salan BƏYANAT – Köhnə qitə xaosa SÜRÜKLƏNİR
Qrenlandiya ətrafında cərəyan edən proseslər ABŞ-la Avropadakı müttəfiqləri arasında gərginliyi artırmaqda davam edir. Bu məsələdə ABŞ Prezidenti Donald Tramp avropalı həmkarları ilə müqayisədə daha qətiyyətli və qərarlı olduğunu ortaya qoyub. Onun çıxışları, açıqlamaları, Qrenlandiya əhalisinə verdiyi vədlər, ada ilə bağlı mövqeyində israrlı olduğunu göstərir. Bunu Trampın Davosdakı çıxışından da görmək olar. “Mən cəmi bir parça buz istəyirəm – soyuq və əlverişsiz yerdə yerləşən, amma dünya miqyasında sülh və təhlükəsizliyin təmin olunmasında həyati rol oynaya biləcək bir parça. Bu, onlara uzun illər, onilliklər boyu verdiklərimizlə müqayisədə çox təvazökar
Arzuxan Əlizadə: Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə mümkün deyil
Davos İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi”nin imzalanması beynəlxalq siyasi gündəmdə yeni müzakirə mövzusu yaradıb. Qlobal miqyasda təhlükəsizlik arxitekturasının dəyişdiyi, beynəlxalq institutların təsir imkanlarının zəiflədiyi bir dövrdə Azərbaycanın bu təşəbbüsə qoşulması ölkəmizin artan nüfuzunun və çoxfaktorlu xarici siyasət kursunun məntiqi davamı kimi qiymətləndirilir. Məsələ ilə bağlı açıqlama verən Azərbaycan İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Citypost.az bildirib ki, bu il yanvarın2 6-da ABŞ prezidenti Donald Trampın təşəbbüsü və sədrliyi ilə “Sülh Şurası” yaradılıb. Şuranın yaradılması ilə bağlı mesaj verilməklə yanaşı, eyni zamanda təxminən
Trampın “BMT”-si… “Gələcəkdə “Sülh sazişi Şurası”nın BMT-yə alternativ kimi formalaşması gözləniləndir”
“Yanvarın 16-da Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Sülh sazişi Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edib və eyni zamanda bir sıra ölkələrlə yanaşı Azərbaycana da təşkilata təsi üzv olmaq üçün müraciət edib, dəvət göndərilib. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi artıq məlumat yayıb. XİN-in yaydığı məlumatda bildirilir ki, Azərbaycan tərəfi sözügedən dəvəti qəbul edib və Sülh Şurasına təsisçi üzvü olmaq niyyəti də ABŞ tərəfinə çatdırılacaq. Bu, ABŞ-yə əslində rəsmi təsdiq məktubu formasında çatdırılacaq. Xarici İşlər Nazirliyinin məlumatında belə əks olunub. Eyni zamanda
Rəşad Bayramov: “Regionda yeni siyasi və iqtisadi arxitektura yalnız hüquqi baxımdan möhkəm təməl üzərində qurula bilər”
Əgər regional nailiyyətlərimiz olmasa, istədiklərimizə nail olmasaq, qlobal töhfələr mümkün olmayacaq. Bu gün Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan yaxınlaşması paralel olaraq keçirilir. Bu barədə Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında çıxışı zamanı deyib. “Mən inanıram ki, həm Türkiyə ilə Ermənistan, eləcə də Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər də paralel olaraq eyni vaxtda bərqərar olacaq”, - deyə dövlət başçısı əlavə edib. Bununla əslində Prezident açıq şəkildə bildirir ki, Türkiyə ilə sərhədlər Azərbaycandan əvvəl açıla bilməz. Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP Ali
Afsəddin Nəbiyev: “Bu, Cənubi Qafqazın geosiyasi və geoiqtisadi xəritəsini yenidən formalaşdıracaq bir sənəddir”
Prezident İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki, yaxın vaxtlarda ABŞ-la Xartiya imzalanacaq: “Prezident Tramp tərəfindən tarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə bizim əməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz demək olar ki, həmin sənədi, yəni Strateji Tərəfdaşlıq Xartiyasını yekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baş tutacaqdır. Biz avqustun 8-dən etibarən Vaşinqtona və digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərmişik. Onların hamısı yaxşı
Azərbaycanla ABŞ arasında yeni MƏRHƏLƏ
ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığında yeni mərhələ başlayır. Belə ki, ABŞ Ticarət Palatası, Dövlət Departamenti və Ticarət Nazirliyinin birgə təşəbbüsü ilə ölkəmizə ilk dəfə ikitərəfli biznes missiyası təşkil olunacaq. Fevralın 9-10-da Bakıda keçiriləcək səfər çərçivəsində ABŞ şirkətləri Azərbaycan dövlət qurumları, dövlət şirkətləri və özəl sektor nümayəndələri ilə birbaşa əlaqələr quraraq əməkdaşlıq imkanlarını müzakirə edəcəklər. Əsas diqqətin energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcəyi qeyd olunub. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında bildirib
Partiya sədrləri Milli Məclisə seçki sisteminin dəyişməsini istəyirlər – RƏYLƏR
Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən sonra Azərbaycanda 7 parlament seçkisi keçirilib. 1995 və 2000-ci illərin seçkilərində Milli Məclisin 100 üzvü majoritar üsulla (dairələr üzrə), 25 üzvü proporsional üsulla (partiya siyahıları üzrə) mandat alıb. 2002-ci ildə proporsional sistem ləğv olunub və 2005, 2010, 2015, 2020, 2024-cü illərin seçkilərində parlament majoritar üsulla formalaşıb. Yaxın ölkələrə nəzər salsaq, Qırğızıstan və Türkmənistan parlamentləri, Belarus parlamentinin Nümayəndələr Palatası majoritar seçki sistemi ilə formalaşır. Altı yaxın ölkədə qarışıq seçim sistemi var. Ukrayna parlamentinin, Rusiya parlamentinin Dövlət Dumasının və Özbəkistan parlamentinin Qanunverici Palatası
Arzuxan Əlizadə: “Bundan artıq nə baş verməlidir ki, Avropa Parlament ölkəmizə qarşı münasibətini dəyişsin?”
Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində deyib ki, ümid edirəm Avropa Parlamenti Azərbaycana qarşı ədalətsiz mövqeyinə yenidən baxacaq: “Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik. Düşünürəm ki, Ermənistanın özünün Azərbaycanla əlaqələri yüksək qiymətləndirdiyi bir vaxtda, bizi heç vaxt etmədiyimizdə, o cümlədən Ermənistana qarşı “təcavüzkar mövqedə” olmağımızda ittiham etməklə Avropa Parlamenti özünü çox qəribə vəziyyətə salır. Ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi paraflandı.
“Bu, çoxvektorlu və sülhə əsaslanan siyasətin təntənəsidir” – Deputat
“Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi dövlət başçısının təkcə regionda deyil, qlobal miqyasda yürütdüyü çoxvektorlu və sülhə əsaslanan siyasətin təntənəsini və onun nəticələrini nümayiş etdirir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, Azərbaycan lideri bununla əlaqədar olaraq fevralın 4-də BƏƏ-nin paytaxtı Əbu-Dabiyə dəvət olunub. Həmin gün mükafatın təntənəli təqdimat mərasimi keçiriləcək. “Bu, kifayət qədər nüfuzlu bir mükafatdır. “Zayed İnsan Qardaşlığı Mükafatı” Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib və mərhum Roma