Deputat İsgəndər Həmidovun videosundan danişdı: “O zamankı hakimiyyətin ölkəni xaos formatında idarə etməsinin bariz nümunəsidir”
“Son günlər keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vaxtilə "AzTV"nin canlı yayımı zamanı efirə gəlməsi ilə bağlı videosu sosial şəbəkələrdə mənim də qarşıma çıxıb. Bu, dövlətçilik baxımından utancverici hadisə idi. Milli İstiqlal Partiyasının rəhbərliyində təmsil olunan şəxslərlə o zamankı hakimiyyət nümayəndələrinin birgə iştirak etdikləri verilişə Daxili İşlər Nazirliyi tərəfindən basqın edilmişdi. Studiyaya girilərək canlı efirdə etik olmayan ifadələr işlədilmişdi. Yumşaq dildə desək, bu, təkcə studiyada olanlara qarşı deyil, bütövlükdə televiziya tamaşaçılarına, xalqa qarşı edilən hörmətsizlik idi. Heç bir halda təqdir oluna biləcək hadisə deyil”. Bu
AMİP Rəhbərliyi və Fəxri Lider Etibar Məmmədov 20 Yanvar Şəhidlərini Ziyarət edib – FOTOLAR
20 yanvar 2026-cı il tarixində, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin şəhadətinin 36-cı ildönümü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası fəxri lideri Etibar Məmmədov, partiya Sədri millət vəkili Arzuxan Alizade AMİP funksionerləri və bir qrup partiya üzvü Şəhidlər Xiyabanını ziyarət ediblər.Mərasim zamanı AMİP heyəti tərəfindən Azərbaycanın azadlığı simvoluna çevrilmiş şəhidlərimizin məzarları üzərinə tər çiçəklər düzülüb, onların əziz xatirəsi böyük ehtiramla yad edilib.Şəhidlərimizin fədakarlığı Azərbaycan dövlətçiliyinin təməl daşlarından biridir. Onların xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və gələcək nəsillər üçün örnək olacaqdır.Azərbaycanın suverenliyi uğrunda
Deputat İsgəndər Həmidovun videosundan danişdı: “O zamankı hakimiyyətin ölkəni xaos formatında idarə etməsinin bariz nümunəsidir”
“Son günlər keçmiş daxili işlər naziri İsgəndər Həmidovun vaxtilə "AzTV"nin canlı yayımı zamanı efirə gəlməsi ilə bağlı videosu sosial şəbəkələrdə mənim də qarşıma çıxıb. Bu, dövlətçilik baxımından utancverici hadisə idi. Milli İstiqlal Partiyasının rəhbərliyində təmsil olunan şəxslərlə o zamankı hakimiyyət nümayəndələrinin birgə iştirak etdikləri verilişə Daxili İşlər Nazirliyi tərəfindən basqın edilmişdi. Studiyaya girilərək canlı efirdə etik olmayan ifadələr işlədilmişdi. Yumşaq dildə desək, bu, təkcə studiyada olanlara qarşı deyil, bütövlükdə televiziya tamaşaçılarına, xalqa qarşı edilən hörmətsizlik idi. Heç bir halda təqdir oluna biləcək hadisə deyil”. Bu
“Rusiya postsovet məkanına qarşı yeni dalğa başladıb” – Deputatdan İLGİNC açıqlamalar
Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bu həftə ilk qonağı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadədir. Deputat üç qonşu ölkə - İran, Rusiya və Ermənistanla bağlı suallarımızı cavablandırıb: - Arzuxan bəy, cənub qonşumuzda etirazlar səngiyib. Demək olar ki, proses bitdi, yoxsa yeni dalğasını gözləyirsiniz? - İranda hadisələr Tehran bazarından başlamışdı. Tacirlər dolların bahalaşmasına, milli valyutanın dəyərini itirməsinə, üzləşdikləri problemlərə etiraz edirdilər. Bu etirazlar sonra ölkənin bir çox yerlərinə sıçradı. İndi gərginlik müəyyən qədər səngiyib, amma buna səbəb olan poblemlər aradan qalxmayıb. Əksinə, etirazçıların
20 Yanvar hadisələrinin 36-cı ildönümü: Gələcək nəsillər bu salnaməni unutmamalıdır!
"20 Yanvar təkcə faciə deyil, eyni zamanda müasir Azərbaycan tarixinin ən qürurlu və qəhrəmanlıq dolu səhifələrindən biridir". Bunu TodayPress TV-yə Milli Məclisin deputatı Arzuxan Əlizadə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı danışarkən deyib. Deputat vurğulayıb ki, həmin gün azadlıq və müstəqillik uğrunda ayağa qalxmış Azərbaycan xalqına qarşı o zamankı SSRİ rəhbərliyi tərəfindən son dərəcə qəddar və qeyri-insani cəza mexanizmi işə salındı. SSRİ-nin müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin, xüsusi xidmət orqanlarının rəhbərliyi bu prosesə birbaşa rəhbərlik etdi və SSRİ-nin o zamankı prezidenti Mixail Qorbaçovun əmri
“Yeni çağırışlara cavab verən yanaşmalar təşviq edilir” – ŞƏRH EDİLDİ
"2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi əslində ölkənin strateji inkişafında mühüm dövrün başlanğıcını simvollaşdırır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Prezidentin 22 dekabr 2025-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş bu qərar həm tarixi memarlıq ənənələrinin qorunmasına, həm də müasir şəhərsalma prinsiplərinin tətbiqinə görə böyük əhəmiyyət kəsb edir: "Məlumdur ki, sərəncamda Azərbaycanın çoxəsrlik şəhərsalma və memarlıq mədəniyyətinin dövlət səviyyəsində qiymətləndirilməsi və yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi əsas məqsəd kimi göstərilib. Bildiyiniz kimi, Azərbaycanın memarlıq və şəhərsalma
AMİP Siyasi Şurasının növbəti iclası keçirilib
17 yanvar 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbəti iclası baş tutub. İclası giriş sözü ilə açan AMİP sədri, millət vəkili Arzuxan Alizade 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı partiyanın hazırlıq işlərinə toxunub. O, şəhidlərimizin ziyarət edilməsi və anım mərasimlərinin təşkili ilə bağlı müvafiq tapşırıqlarını verib. Sədr vurğulayıb ki: "Şəhidlərimizin şəhadətinin 36-cı ildönümündə onların xatirəsinin yüksək səviyyədə anılması hər bir vətəndaşımızın mənəvi borcudur." İclasın gedişatında AMİP Səbail rayon təşkilatının sədri Vidadi Bəşirovun 75 illik yubileyi münasibətilə təbrik mərasimi keçirilib.
Deputat Milli Məclisdə evlərin sənədləşdirilməsindən DANIŞDI
"Hazırda təxminən 500-600 min sənədsiz ev var. Prezident İlham Əliyevin ötən il bununla bağlı imzaladığı fərman 100 min evin sənədləşdirilməsinə imkan verəcək". Oxu.Az xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, evlərin sənədləşdirilməsi həm büdcəyə xeyli vəsaitin daxil olmasına şərait yaradacaq, həm də bələdiyyələrin büdcəsinə əlavə imkanların tanınması deməkdir: "Bələdiyyə sədrləri xahiş etdilər ki, bir çox məsələləri qaldıraq. Məhəllədaxili yollar, küçələrin işıqlandırılması və s. Ələlxüsus, son zamanlar sahibsiz itlərlə bağlı müraciətlər artıb. Əhali şikayət edir, bələdiyyələr isə yardım etmək iqtidarında