NIPA-30
a

Kateqoriyasız

"İran-Azərbaycan münasibətlərinin normal məcrada inkişafı regionda sülhə və sabitliyə xidmət edən başlıca faktordur". Bu sözləri Azərbaycan-İran münasibətlərini şərh edən deputat Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib. O bildirib ki, Azərbaycan hər zaman qonşu dövlətlərlə bərabərhüquqlu əməkdaşlıq və münasibətlərin formalaşmasında maraqlıdır. Bununla bağlı ölkəmiz öz mövqeyini istər şimal, istərsə də cənub qonşusuna hər dəfə bildirib. Ölkəmiz bunu sözlə ifadə etməklə yanaşı, əməli addımlarla da qarşılıqlı əməkdaşlıq formatında münasibətləri inkişaf etdirdiyini nümayiş etdirib. Müsahibimizin sözlərinə görə, Azərbaycanla İranın münasibətlərinin normallaşması maraqlarımız çərçivəsindədir: “Təəssüf ki, uzun illər ərzində Azərbaycanın sərgilədiyi mövqeyə baxmayaraq, İranın

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada bir sıra Avrasiya dövlətlərinin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb. Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirə zamanı “Avrasiya məkanında sabitliyin təmin edilməsi, təhlükəsizliyin bölünməzliyi prinsipinin praktikada tətbiqi və Avrasiya problemlərinin həllində Avrasiya dövlətlərinin əsas məsuliyyətinin təmin edilməsinin zəruriliyi vurğulanıb”. Bildirilir ki, Lavrov açılış nitqində Avro-Atlantik təhlükəsizlik konsepsiyasındakı böhranı qeyd edib və NATO dövlətlərinin Asiya-Sakit okean regionunda vəziyyətin sabitliyini pozmağa yönəlmiş təhlükəli hərəkətlərinə, Yaxın Şərqdəki partlayıcı vəziyyətə, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə təhlükələrə diqqət çəkib: “Müzakirə zamanı

Prezident yanında Əfv Məsələləri Komissiyası bu həftə toplaşacaq. Komissiyanın ilk iclasının fevralın 12-də keçirilməsi planlaşdırılır. Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçiriləcəyi bildirilir. Əfv sərəncamının isə nə vaxt imzalanacağıı məlum deyil. Milli Məclisin komitə sədri Siyavuş Novruzov bir müddət öncə parlamentin iclasında aministiya aktının da qəbul edilməsi üçün təkliflə çıxış etmişdi. Bəs bu il əfv sərəncamı ilə yanaşı, aministiya aktı da qəbul edilə bilərmi? Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Modern.az-a bildirib ki, 28 May Müstəqillik Günündə əfv sərəncamı imzalana bilər: "Əfv Komissiyasının üzvləri mütəmadi olaraq, toplaşırlar. Əfv komissiyasına edilən

Bu yaxınlarda Milli Məclisin Gənclər və idman komitəsinin “Azərbaycan Respublikasının Gənclər Fondunun 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı deputat Naqif Həmzəyev regionlarda QHT-in, xüsusilə gənclər sektoru ilə çalışan təşkilatların sayında azalma olduğuna diqqət çəkib. Deputat bildirib ki, QHT-in əksəriyyəti Bakı şəhərinə toplaşıb, ya da Bakıətrafı ərazidədir. “Vaxtilə Gəncədə 50 gənclər təşkilatının adını çəkərdimsə, indi bu say 4-5-dir. Vaxtilə region gənclər təşkilatlarına fond tərəfindən qrantlar verilirdi. Bu ənənəni yenidən bərpa etməliyik. Bakıdakı QHT-lər bütün qrantları udurlar. Region gəncləri zəifləyir, kənarda qalırlar”, - millət vəkili qeyd

Oktyabrın 18-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə növbəti genişləndirilmiş iclası keçirilib.İlk öncə 18 Oktyabr Müstəqilliyn Bərpası günü münasibətilə xalqımıza təbrik mesajları çatdırılıb.İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və 1 Sentyabrda keçirilən parlament seçkilərinin nəticələri, həmçinin qarşıdakı aylarda Bələdiyyə seçkilərinin keçirələcəyi nəzərə alınaraq AMİP Seçki Qərərgahının gücləndirilmiş iş rejimində çalışması məqsədəmüvafiq hesab edilib. Bu məqsədlə rayon təşkilat sədrlərinə, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib. Toplantıda iştirak edən AMİP üzvləri partiyanın sədri Arzuxan Əlizadənin Milli Məclisə üzv seçilməsi