22 İyul – Milli Mətbuat Günü Münasibətilə Təbrik
Hörmətli media nümayəndələri, dəyərli jurnalistlər! Sizi Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası adından samimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə yeni-yeni uğurlar və tükənməz yaradıcılıq əzmi arzulayırıq. 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 151 il ərzində, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ictimai fikrin formalaşmasında və maarifçiliyin inkişafında, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. Mətbuat tariximizin şərəfli yolu bir daha
Operativlik peşəkar jurnalistika prinsiplərini kölgədə qoymamalıdır – AÇIQLAMA
Son illər sosial şəbəkələrin sürətli informasiya axını media mühitində xəbər istehsalının xarakterini də dəyişib. Operativlik uğrunda rəqabət bəzi hallarda xəbərlərin kifayət qədər araşdırılmadan yayımlanmasına, təsdiqlənməmiş iddiaların şişirdilərək təqdim edilməsinə və hadisə ilə birbaşa əlaqəsi olmayan şəxslərin və ya dövlət qurumlarının hədəfə çevrilməsinə səbəb olur.Rəhbər şəxslərinin fotolarından istifadə edilməsi müzakirələrə yol açır. Bu yanaşmanın ictimai rəyə, dövlət qurumlarına inama və medianın etibarlılığına təsiri ilə bağlı suallar gündəmdədir. Bu barədə Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Ekologiya.az-a açıqlamasında deyib ki, bəzən
Avropa Şurasından birdəfəlik çıxırıq? – Siyasilər prezidenti dəstəkləyir
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa Şurasından (AŞ) tam çıxmağı nəzərdən keçirir. İlham Əliyev Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəsin bunu hiss etməyəcəyini bildirib: “Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq”. Dövlət başçısı qeyd edib ki, Avropa Şurasının Parlament Assablemsiyasında vaxtı ilə başqa bir mənzərə vardı: "Mən təəssüf edirəm ki, belə bir hal baş verib. 2023-cü ildə
AMİP-dən Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təbrik Azərbaycan Milli İstiqlal Partiyası 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə bütün hərbi qulluqçularımızı, zabit və gizirlərimizi, əsgərlərimizi, ehtiyatda olan hərbçilərimizi, eləcə də hərbi xidmət keçmiş bütün vətəndaşlarımızı ürəkdən təbrik edir!108 il əvvəl əsası qoyulan Azərbaycan Ordusu bu gün dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün ən etibarlı təminatçısı, xalqımızın qürur mənbəyidir. Şanlı Ordumuzun keçdiyi zəfər yolu, qazandığı tarixi nailiyyətlər və nümayiş etdirdiyi yüksək peşəkarlıq hər bir azərbaycanlının qəlbində sonsuz fəxr hissi doğurur. Bu əlamətdar gündə
Rəşad Bayramov: “Baş verənlərə Cənubi Qafqaz uğrunda geosiyasi rəqabətin yeni mərhələyə daxil olması kimi baxmaq lazımdır”
ABŞ Nümayəndələr Palatası Gürcüstanda Rusiya və Çin kəşfiyyatının fəaliyyətinə dair hesabat hazırlanması haqqında qanun layihəsini qəbul edib. Bu addım hakim “Gürcü Arzusu” partiyasının rəhbərliyi altında rəsmi Tbilisinin yürütdüyü siyasi kursdan Vaşinqtonun getdikcə daha çox narahat olduğunu göstərən növbəti ciddi siqnaldır. “Qafqazda Çinin nüfuzuna qarşı mübarizə aktı” adlı qanun layihəsi iyunun 8-də Nümayəndələr Palatasında sürətləndirilmiş prosedurlarla müzakirəyə çıxarılaraq hər iki partiyanın dəstəyi ilə qəbul edilib. Sənəd Gürcüstandakı Rusiya və Çin kəşfiyyat şəbəkələrinin araşdırılmasını, Moskva və Pekinin əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsini, həmçinin Vaşinqtonun Tbilisi ilə gələcək münasibətlər strategiyasına
Bakının mərkəzi piyadalaşdılır – Bəs orada yaşayanların aqibəti necə olacaq
Bakının 5 küçəsində nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılır, ərazilər piyadaların istifadəsinə veriləcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, Nəqliyyatı Əlaqələndirmə Şurası Əlimərdan Topçubaşov, Lev Tolstoy, Yusif Məmmədəliyev, Rəsul Rza və Xaqani küçələrinin piyadalaşdırılması ilə bağlı qərar qəbul edib. Bu addım şəhər mühiti və piyadalar üçün müsbət qərar kimi qiymətləndirilsə də, bir sıra suallar da yaradır. Məsələni şərh edən Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, Bakının beş küçəsində nəqliyyatın hərəkətinin tam məhdudlaşdırılması və həmin ərazilərin tamamilə piyadaların istifadəsinə verilməsi ilə bağlı qərar şəhərsalma baxımından diqqət
Prezident Administrasiyasında AMİP sədri Arzuxan Əli-zadə ilə görüş keçirilib
Azərbaycan Milli İstiqlal Partiyasının Mətbuat xidmətindən redaksiyamıza verilən məlumata əsasən AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əli-zadə mayın 20-də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul olunub. Keçirilən görüşdə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər, eləcə də bu uğurların səbəbkarı olan Prezident İlham Əliyevin qətiyyəti nəticəsində davamlı şəkildə həyata keçirilən yeni siyasi konfiqurasiya haqqında fikir mübadiləsi aparıldığını deyən A.Əli-zadə bu görüşlərin partiyanın fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirib. A.Əli-zadə Azərbaycan Milli İstiqlal Partiyasının Milli Məclisdəki fəaliyyəti və beynəlxalq