NIPA-30
a

Mass media

Azərbaycanda Rusiya kanallarının yayımının dayandırılması məsələsi yenidən gündəmə gəlib. Artıq “Rossia 1” dövlət kanalında yayımlanan Vladimir Solovyovun verilişi ölkəmizdə nümayiş olunmur. Səbəb isə etik hədlərin aşılması, Azərbaycan əleyhinə bəyanatların səsləndirilməsidir. Bu proqramlar başladığı zaman ekranlar qaralır və yayım dərhal dayandırılır. Bu fonda Rusiya kanallarının yayımına dair qərarın veriləcəyi ehtimal olunur. Bildirilir ki, iki ölkə arasındakı gərginlik buna təkan verə bilər. Belə bir qərarın verilməsi gözləniləndir? Globalinfo.az-a danışan Millət vəkili Arzuxan Əlizadə deyib ki, ölkələr arasında yaşanan son hadisələr fonunda Rusiya telekanallarında Azərbaycana qarşı nifrətdolu açıqlamalar yayımlanır: “Bu, ilk və son deyil. Çünki Solovyov və digər

Rus jurnalust Konstantin Eggert teleqram kanalında yazır ki, uzun müddət ərzində ilk dəfədir Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həqiqəti ucadan danışdı və bu, bütün Kremlin siyasəti haqqında hökm kimi səslənir. “Vladimir Putinin yerində olsaydım, Sergey Lavrovu işdən çıxarardım. Rusiyanın xarici işlər naziri iyulun 28-də Moskva vilayətinin Solneçnoqorsk şəhərində keçirilən gənclər forumunda çıxış edib. Orada o, xüsusi seçilmiş “vətənpərvər gənclər” qrupu ilə belə bir fikri bölüşdü: "Tarixdə ilk dəfədir ki, Rusiya bütün Qərbə qarşı təkbaşına döyüşür. Bizim həm Birinci Dünya Müharibəsində, həm də İkinci Dünya Müharibəsində

Ötən həftəsonu Fransa Milli Assambleyasında ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yeni qətnamə layihəsi irəli sürülüb. Qətnamə layihəsində rəsmi Parisi və Avropa İttifaqını Azərbaycan üzərinə təzyiqi artırmağa çağırış edilir. Qətnamənin müəllifləri Fransa Milli Assambleyasındakı Sağ Respublikaçılar fraksiyasının rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, eləcə də həmin dostluq qrupunun sədr müavini Aleksandr Martendir. Qətnamə layihəsində  qeyd olunur ki, Fransa - Ermənistanın dostu, BMT Təhlükəsizlik Şurasının daimi üzvü və Avropa Qonşuluq Siyasətinin həyata keçirilməsində əsas oyunçu kimi - regionda sülhün təmin olunmasına yönəlmiş Ermənistanın səylərinə tarixi

“Azərbaycanla Ermənistan arasında iyulun 10-da Əbu-Dabidə keçirilən görüşdən sonra bölgədə yeni geosiyasi reallıqlar yaranıb. Abu-Dabi görüşündə Bakı ilə İrəvan arasında keçirilən geniş tərkibli ikitərəfli görüşdə sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılması isə onu deməyə əsas verir ki, tərəflər sülhün əldə edilməsində şifahi razılıq əldə edilib. Tərəflər hazırda sadəcə dayanıqlı sülhü təmin edəcək məsələlərin və detalları üzərində işlərini davam etdirirlər. Bu da təbii ki, yeni reallıqların yaranmasına səbəb olduğundan bölgədə maraqlı güclər də aktivləşiblər.

Məlum olduğu kimi, Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu İstanbulda başa çatıb və bunun nəticəsində tərəflər yalnız 1200 hərbi əsirin dəyişdirilməsi və 3000 hərbçinin cəsədinin Ukrayna tərəfinə təhvil verilməsi barədə razılığa gəliblər. Moskva həmçinin Ukrayna hərbçilərinin hələ də Ukrayna ərazisində olan Kursk vilayətinin sakinləri ilə dəyişdirilməsini təklif edib. Necə deyərlər, Rusiya və Ukrayna arasındakı bir həftəlik sürətli danışıqların yekunu iki nümayəndə heyəti arasında cəmi 35 dəqiqəlik təmasla məhdudlaşıb. Hər iki tərəf ciddi və fərqli bəyanatlarla çıxış etsə də, bu bəyanatlar bir-birini təkzib edən, ziddiyyətli və

Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqları Rusiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı münasibətləri pozmamalıdır. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə bildirib. “Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Burada bizim fikirlərimiz fərqlənir. Əvvəldən Prezident İlham Əliyev bu mövqedən çıxış edib. Biz əvvəldən bununla razılaşmadıq. Eyni zamanda, ümid edirik ki, bu fikir ayrılıqları ikitərəfli münasibətlərdə qısa soyuma dövrünü keçməyimizə maneə olmayacaq. Və ani vəziyyət naminə qarşılıqlı, qarşılıqlı faydalı maraqları qurban verməz”, - o vurğulayıb. Müharibə başlayandan Azərbaycan birmənalı olaraq Ukraynanın ərazi bütövlüyünü

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığını şərtləndirən əsas amil Suriyada növbəti dəfə yaranan gərginliklə bağlıdır”. Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasındakı telefon danışığını şərh edərkən deyib: "İkitərəfli münasibətlər, Ukrayna məsələsinin də müzakirə edildiyi söylənilsə də hesab edirəm ki, Ərdoğan daha çox Suriyada yaranmış gərginlik fonunda Putinlə əlaqə saxlayıb. Təbii ki, hazırda Moskvanın Suriyadakı proseslərə əvvəlki tək güclü təsir etmək imkanları yoxdur. İndi bölgəyə təsir edən əsas qüvvə Türkiyədir.

Rusiyada erməni konyakı standartlara uyğun gəlmir. Rusiyada satışda olan erməni mənşəli konyakların 85%-ə qədəri ölkənin qaydalarına və dövlət standartlarına (GOST) uyğun gəlmir. Bu barədə “Soyuzkonyak” və “Antikontrafakt” təşkilatlarının birgə araşdırmasında deyilir. Ekspertlər bildiriblər ki, bəzi erməni istehsalçıları Rusiya bazarına göndərilən məhsullara süni aromatizatorlar əlavə edir, təxminən 50%-i isə üzüm mənşəli olmayan spirtlərdən istifadə edir. Araşdırma nəticələrinə görə, bu cür məhsulların “konyak” adlandırılması qanunvericiliyə ziddir və istehlakçıların aldadılması deməkdir. O da məlumdur ki, Rusiyanın Ermənistana iqtisadi nöqteyi-nəzərdən təzyiq rıçaqları, siyasi, hərbi təzyiq imkanlarından daha böyükdür. Ancaq indiyə

“Təəssüflər olsun ki, hər il yay mövsümündə kanallarda, müxtəlif su hövzələrində, eləcə də Xəzər dənizində boğulma halları olur. Hər il mövsüm başlamamışdan əvvəl dövlət qurumları, xüsusən FHN bununla bağlı əhaliyə çağırış edir, xəbərdarlıqlar edilir. Qadağan olunmuş ərazilərdə, su hövzələrində, kanallarda çimməyin qadağan olunduğu və bu qadağalara riayət edilməsinin vacibliyi vurğulanır. Amma təəssüf ki, bu hallar nəinki azalmır, daha da artır”. Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, bu, əslində vətəndaş məsuliyyətsizliyidir: “Daha çox uşaqlar, yeniyetmələr bu halların qurbanına çevrilirlər. Ona görə ilk növbədə

Məlum olduğu kimi, ABŞ Ankaradakı səfiri Tomas Barak vasitəsilə Zəngəzur dəhlizini öz nəzarətinə götürmək iddialarını ortaya qoyub. Tom Barak Nyu-Yorkda jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Zəngəzur dəhlizini idarə etməyi öz üzərinə götürməyə hazırdır. Diplomatın sözlərinə görə, Ağ Ev 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə öz üzərinə götürməyi təklif edib. O da məlumdur ki, Zəngəzur dəhlizinin hər hansı ölkəyə icarəyə verilməsi 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmanın faktiki ləğv edilməsidir. Rusiya bunu necə qarşılayacaq? Moskva hələlik buna münasibət bildirməyib, amma sözügedən məsələ reallaşarsa, Rusiyanın