Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib
Bu gün alman faşizmi üzərində tarixi qələbədən 81 il keçir. Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.Qələbə Günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir. Qeyd edək ki, 1941-ci il iyunun 22-də Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb. Müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı
Azərbaycan–Türkiyə tandemi: sabitliyin əsas açarı
Avropa Parlamenti və Fransa rəsmilərinin Azərbaycana qarşı səsləndirdiyi qərəzli açıqlamalar regionda sülh və normallaşma prosesinə mənfi təsir göstərir. Buna baxmayaraq, Azərbaycan regional təhlükəsizlik və davamlı sülh gündəliyini ardıcıl şəkildə müdafiə edən əsas tərəf kimi çıxış edir. Belə olan halda sual yaranır: regionda sülh və sabitliyin qorunması həqiqətən yalnız Azərbaycanın marağındadırmı? Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan ümumilikdə ərazilərimiz işğal altında olduğu dönəmdə də sülh prosesinə sadiqliyi ilə fərqlənirdi. Biz torpaqlarımız işğal altında olmasına baxmayaraq, bütün platformalarda, diplomatik masalarda danışıqlar yolu ilə
Afsəddin Nəbiyev: “Zaxarovanın “unutmayacağıq” xəbərdarlığı gələcək sanksiya və təzyiqlərin anonsu kimi görünür”
“Rusiya ictimaiyyəti Ermənistanın terrorçu Volodimir Zelenskiyə tribuna verməsini qəzəblə nəzərə aldı, bunu unutmayacaq”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. “Rusiya cəmiyyətində dərin qəzəb və anlaşılmazlıq içində təkcə bunu yox, həm də həmişə dost-qardaş ölkə kimi qəbul etdiyimiz Ermənistanın kimə tribuna verdiyini gördü. Rusiya cəmiyyəti bunu unutmayacaq”, - o deyib. Zaxarova qeyd edib ki, Ermənistan Avropanın hərbiləşdirilməsi planlarına daxildir, onu da Aİ-nin anti-Rusiya cəbhəsinə yaxınlaşdıracaqlar. Görünən odur ki, seçki ərəfəsində Rusiyanın Paşinyan hakimiyyəti ilə qarşıdurması dərinləşir. Zelenskinin İrəvana səfəri Rusiya hakimiyyətinə od
WUF13 tədbiri: “Azərbaycana böyük töhfə verəcək”
Azərbaycan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Bakıda keçiriləcək. 17-22 may tarixlərində baş tutacaq Foruma maraq olduqca böyükdür. Forum müxtəlif dünya ölkələrini təmsil edən tərəflərin həm yaradıcılığını, həm də fəal iştirakını əks etdirən 370-dən çox tədbiri özündə ehtiva edir. Bütün tədbirlər “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında təşkil olunacaq. Ölkəmizin bu beynəlxalq tədbirə də layiqli şəkildə ev sahibliyi edəcəyi və Forumun təşkilatçılığının yüksək səviyyədə olacağı gözlənilir. Azərbaycan Milli İstiqlal Partiyasının
Ankaranın ABŞ-da lobbi fəaliyyəti – bəs Azərbaycan?
Türkiyəli müxalif araşdırmaçı jurnalist Abdullah Bozkurt ABŞ-da Ankaranın təsir imkanlarının genişləndirilməsi ilə bağlı diqqətçəkən araşdırma yayımlayıb. Onun “Nordic Monitor” nəşrində dərc olunan “Türkiyə Vaşinqtonda gizli və açıq təsir əməliyyatlarını artırır” başlıqlı məqaləsində qeyd olunur ki, Ankara ABŞ-da çoxşaxəli və getdikcə daha mürəkkəbləşən təsir şəbəkəsi formalaşdırıb.Jurnalistin qənaətinə görə, Türkiyə ABŞ-da qeydiyyatdan keçmiş agentlər, hüquqşünaslar, siyasi məsləhətçilər, qeyri-hökumət təşkilatları və PR şirkətlərindən ibarət koordinasiyalı struktur vasitəsilə Vaşinqtonda öz siyasətini təşviq edir. “Congressional Research Service” tərəfindən yayımlanan 9 mart 2026-cı il tarixli hesabatda bildirilir ki, Türkiyə ümumilikdə
Rəşad Bayramov: “Mertsin İrəvanda keçirilən sammitdə iştirak etməməsi bir neçə səbəblə izah oluna bilər”
Məlum olduğu kimi, mayın 4-5-də Ermənistanın paytaxtı İrəvanda Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammiti keçirildi. “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” şüarı ilə təşkil olunan toplantıya Avropa İttifaqına üzv və üzv olmayan ölkələrdən, eləcə də beynəlxalq qurumlardan təxminən 50 nümayəndə heyəti qatıldı. Sammitdə NATO, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası və Avropa Parlamenti təmsil olundu. Bu sammitin əsas siyasi mənası yalnız Avropa məsələlərinin müzakirəsi deyildi - İrəvan ilk dəfə Cənubi Qafqazda belə genişmiqyaslı Avropa siyasi platformasına ev sahibliyi edirdi. Burada diqqət çəkən və maraq
Bakının yaratdığı reallıq olmasaydı, İrəvan zirvəsi xəyal olaraq da qalardı – Şərh
“İrəvanda keçirilən 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısı zahirən Ermənistanın diplomatik uğuru kimi təqdim olunsa da, əslində bu tədbirin arxasında duran əsas amil regionda son illərdə formalaşmış yeni geosiyasi reallıqdır. Bu reallığın müəllifi isə məhz Azərbaycandır”. Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O qeyd edib ki, Fransa prezidenti Emmanuel Macronun “səkkiz il əvvəl bura heç kim gəlməzdi” fikri təsadüfi deyil. “Bu etiraf dolayısı ilə onu göstərir ki, Ermənistanın bu gün belə bir beynəlxalq platformaya ev sahibliyi etməsi regionda dəyişən güc balansının nəticəsidir. Lakin bu balansı
Avropanın diqqəti Bakıda: Regionun açar dövləti Azərbaycandır
"Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasın "Avropa Siyasi Birliyinin" İrəvanda keçirilən 8-ci Zirvə toplantısından dərhal sonra Bakıya gələrək Prezident İlham Əliyevlə görüşməsi regionun əsas dövlətinə - Azərbaycana olan münasibətin göstəricisidir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Aİ və AK rəhbərliyində olan şəxslər başa düşürlər ki, regionda Azərbaycansız heç bir layihə icra oluna bilməz: "Ölkəmiz Cənubi Qafqazın həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən lider dövlətidir. Regiondakı proseslərdə rolumuz danılmazdır. İkinci Qarabağ
“Azərbaycan-İtaliya münasibətləri ən yüksək səviyyədədir” – Deputat
“İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır. İlk növbədə qeyd emək lazımdır ki, İtaliya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb, ardınca iki ölkə arasında diplomatik münasibətlər qurulub, qarşılıqlı olaraq səfirliklər açılıb”. Bu barədə 525.az-a Milli Məsclisin deputatı Arzuxan Əlizadə İtaliyanın Baş naziri Ciorcia Meloninin Azərbaycana səfərini şərh edərkən bildirib. Deputat deyib ki, bu, İtaliya Baş naziri səviyyəsində Azərbaycana 13 ildən sonra həyata keçirilən səfərdir. Bu baxımdan səfər münasibətlərdə yeni mərhələ kimi qiymətləndirilə bilər. “Prezident İlham Əliyevlə görüşdə Azərbaycan-İtaliya münasibətlərinin bir sıra məqamları müzakirə olundu.
Deputat: “Həbsxanalarda saxlanılma şəraiti və məhbuslara münasibətlə bağlı problemlər yox səviyyəsindədir”
“Azərbaycan həbsxanalarındakı mövcud durumla bağlı müəyyən çağırışlar olur. Bəzən məhbuslara təzyiqlər edilməsi ilə əlaqədar fikirlər səsləndirilir. Mən bu fikirdə deyiləm. Həbsxananın öz rejimi var. Bu rejimin ayrı-ayrı məhbuslar üçün fərqli olduğunu düşünmürəm. Müxalifyönlü, yaxud fərqli düşüncəli insanlarla digər məhbuslar arasında fərq qoyulduğu fikrində deyiləm. Müəyyən qədər məlumatlarımız var. Xüsusilə, son dövrlər məhbusların saxlanılma şəraiti əvvəlkilərə müqayisədə xeyli dərəcədə yaxşılaşdırılıb. Qarşılıqlı münasibətlərdə də problem yoxdur. Bununla bağlı da nəsə demək insafdan kənar olar”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə