Konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq
Siyasi partiyalar arasında müzakirələr həmrəylik mühitini təşviq edir Ölkəmizdə aparılan davamlı islahatlar iqtisadi-sosial, hərbi, eyni zamanda, siyasi-ictimai mühitdə mühüm irəliləyişlərə yol açıb. Xüsusilə, 2019-cu ildən etibarən start götürmüş siyasi islahatlar ölkədə yeni siyasi konfiqurasiyanın əsasını qoyub - bu, həm də yeni siyasi münasibətlər sistemi yaradıb. Ənənəyə çevrilmiş iqtidar-müxalifət görüşləri milli və qlobal çağırışların həllində mühüm ştrix kimi çıxış edir. Bu, həm də yeni siyasi konfiqurasiyanın uğurla təmin edilməsi, siyasi ialoq mühitinin gücləndirilməsi isə ölkədə siyasi birliyin daha da güclənməsinə yol açır. Təsadüfi deyil ki, hələ 2019-cu
“Siyasi baxış dəyişə bilər, amma…” – Siyasilər Qubad İbadoğlunun qərarını şərh etdilər
Bir neçə gün öncə Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) fəaliyyətini dayandırdı. Bildirilib ki, "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunun 4.7-ci maddəsinin tələblərinə uyğun olaraq ADR İdarə Heyəti üzvləri qeydiyyata alınmayıb. Buna görə də partiya fəaliyyətinə qeyri-müəyyən müddətə qədər fasilə verib. Bəzi ekspertlərə görə, müxalif partiya sayılan ADR gələcəkdə fəaliyyətində siyasi mövqe dəyişikliyi edə bilər. Mövzu ilə bağlı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, partiyanın qərarını geniş şərh etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, ADR Partiyasının gələcək fəaliyyətləri barədə məlumat yoxdur: ""Siyasi partiyalar haqqında"
Afsəddin Nəbiyev: “Bu gedişlə günün birində Rusiyanın hətta Ermənistandan öz ordusunu çıxarmasını da görə bilərik”
“İrəvan Moskvadan Rusiya sərhədçilərini Türkiyə və İranla sərhəddə saxlamağı xahiş etməyib”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan prezident Putinin köməkçisi Dmitri Peskovun sözlərini şərh edərkən belə deyib. Qriqoryan bildirib ki, İrəvan Moskvaya sərhədçiləri Zvartnots hava limanından, Ermənistan-Azərbaycan sərhədindəki 17 sərhəd məntəqəsindən, həmçinin Qarakilsə (Sisian) və Gorusda Rusiya sülhməramlılarına aid 2 dəstək bazasından geri çəkməyi təklif edib. Lakin onların İran və Türkiyə sərhədindən çıxarılması məsələsi hazırda gündəmə dayanmır: “Onlar (Rusiya tərəfi) bu təklifi qəbul edərək, İrəvanın Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədindən çıxarılmasını təklif edib-etmədiyini soruşdular.
Siyasi partiyalar hakimiyyətlə əməkdaşlığın yeni hədəflərini qiymətləndirir…
Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da görüş təşkil olunub. Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik
Putinin MDB ölkələri ilə bağlı məxfi müzakirəsi – plan nə…
Kreml lideri Təhlükəsizlik Şurasının ilk iclasında məhz postsovet məkanını yada saldı və toplantının qapalı hissəsində Lavrovun məruzəsi dinlənildi; ekspertlərə görə, bu region Moskvanın ürəyidir, Qərb isə ora
Azərbaycanın bərpa etdiyi ədalət
Hazırda dünyanın müxtəlif yerlərində separatizm və işğaldan əziyyət çəkən ölkələr var. Üstəlik, bütün beynəlxalq təşkilatların və dövlətlərin diqqəti də məhz həmin bölgələrdədir. Dünya liderləri tərəfindən də müxtəlif ərazilərdə yaşanan separatizm və işğal faktları ilə bağlı bəyanatlar eşidirik. Ukrayna, Gürcüstan, Qəzza kimi nümunələri buna misal çəkmək olar. Bu tip məsələlərin hamısı da dünyanın diqqət mərkəzindədir. Amma eyni diqqəti 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı görmədik. Ermənilərin Qarabağı işğal etdiyi, torpaqlarımızda separatizm ocağı qurduğu illərdə beynəlxalq təşkilatlar və dünya dövlətləri buna biganə yanaşdı. Lakin Azərbaycan beynəlxalq ədaləti öz
Britaniya da nüvə xəbərdarlığı ETDİ – Bəşəriyyət böyük savaşa SÜRÜKLƏNİR…
“Dünya son 60 ildə nüvə eskalasiyasına heç vaxt olmadığı qədər yaxındır”. Bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib. O deyib ki, Rusiya Prezidenti Vladimir Putinin ehtiyatsız davranışı bizi Karib böhranından sonra heç vaxt olmadığı qədər təhlükəli nüvə eskalasiyasına yaxınlaşdırıb. Hökumət başçısının sözlərinə görə, qarşıdakı beş il Krallıq üçün ən təhlükəli dövrlərdən biri ola bilər. Sunakın bu sayaq açıqlaması artıq Londonun da nüvə təhdidlərinə qoşulduğuna işarədir. Belə vəziyyətin yaranması isə nüvə təhdididin real olması ehtimalını istər-istəməz artırır. Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AMİP sədri Arzuxan Əlizadə bildirir ki,
Əli İnsanovun deputat seçkilərində iştirak “əmması”
Parlamentdə olmayan partiyalar seçkini gözləyirlər; seçkilərdə kimlərə “yaşıl işıq” yandırıla bilər? Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur. Amma buna rəğmən bir neçə partiya seçkilərlə bağlı prosesə hazırlıq aparır. Azərbaycanda sonuncu parlament seçkiləri növbədənkənar seçki formasında 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndində qeyd edilir ki, Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır. Növbəti parlament seçkilərində bir çox partiya liderlərinə seçilmə şansı yaradılacaq. Bu barədə partiya
Parlament seçkilərinə hazırlıq başlayır
Konstitusiyamızın tələbinə görə, parlament seçkiləri bu il noyabr ayının əvvəlində olmalıdır. Bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Onun sözlərinə görə, hər yerdə səsləndirilir ki, seçki, ola bilsin, noyabrda baş tutsun. Lakin COP29 tədbirinə görə, seçkilər önə də çəkilə bilər. "Ona görə vaxtımız çox azdır və işimiz çoxdur. İndidən maarifləndirmə işlərinə başlamalıyıq. Hesab edirəm, bununla bağlı zəmin var. Maksimum çalışmalıyıq ki, dairələrdə hər hansı problem olmasın", - o deyib. Qeyd edək ki, ölkəmizdə parlament seçkiləri 5 ildən bir, noyabr ayının ilk bazar günündə
“Paşinyan etirazçılardan güclüdür” – Arzuxan Əlizadə
Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə edilməsi Ermənistanda etiraza səbəb olub. Mövzu ilə bağlı Sitat.info-ya AMİP sədri Arzuxan Əlizadə açıqlama verib. Onun sözlərinə görə, Ermənistan tərəfi müharibəyə maraqlı deyil: "Paşinyan torpaqların verilməsi ehtimalını dəfələrlə həmin kəndlərin sakinləri ilə görüşündə deyib. Bunun alternativi müharibədir ki, Ermənistan tərəfi təbii ki, müharibə olmasında maraqlı deyil. Çünki Ermənistan müharibənin nə ilə nəticələnəcəyinin fərqindədi". Partiya sədri qeyd edib ki, Paşinyan hakimiyyəti etirazçılardan güclüdür: "Bu etirazın əksi müharibədir. Paşinyan bununla erməni cəmiyyətini qorxudaraq etirazların səngiməsinə nail ola bilir. Çünki ermənilər çox