NIPA-30
a

Mass media

Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Bu da da təbiidir, çünki biz ortaq tarixi, dini və və mədəniyyəti bölüşməklə yanaşı eyni kökə malik xalqlarıq. Azərbaycan və Özbəkistan müstəqillik əldə etdikdən sonra münasibətlər bir qədər də inkişaf edib, 1995-ci ildə iki ölkə arasında rəsmi diplomatik əlaqələr qurulub və o zaman mərhum prezidentlər Heydər Əliyev və İslam Kərimov arasındaki dostluq münasibətləri iki dövlət və iki xalq arasındaki münasibətlərin bir qədər istiləşməsinə gətirib çıxarıb və bu bu ənənə Azərbaycan Prezidenti

İrəvan Bakıya sülh sazişi üzrə yeni təkliflər təqdim edib. Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında "Biz Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında yeni təkliflərimizi Azərbaycan tərəfinə vermişik" deyib.  Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bakivaxti.az-a açıqlamasında deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, guya İrəvan sülh tərəfdarıdır.  Partiya rəhbərinin sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan beynəlxalq ictimaiyyətə göstərməyə çalışır ki, guya İrəvan sülh tərəfdarıdır: "N.Paşinyan mütəmadi sülh təkliflərini gündəmə gətirməklə göstərir ki, guya Ermənistan danışıqlardan qaçmır, müzakirələrə açıqdır. Təbii ki, İrəvanın

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə TV Müsavat-ın canlı efirində Emil Salamoğlunun qonağı olub.  Belə ki, Arzuxan Əlizadə aktyor Rasim Balayevdən danışıb. O, qeyd edib ki, RasimBalayev Prezidentləgörüşüb, jurnalist soruşur ki, problemləri niyə Prezidentə çatdırmayıb. Sosial şəbəkələrdə də hay-həşir qaldırıblar.  Ətraflı: https://www.youtube.com/embed/BESYPV6u4eI

Ermənistanın Azərbaycana qarşı başlatdığı “humanitar yardım” şousunun arxasındakı gücün Fransa olmasının getdikcə daha dolğun şəkildə üzə çıxır. Məsələ ondadır ki, bir neçə gündür “humanitar yük” adı ilə Laçın keçid məntəqəsinin qarşısındakı ərazidə gözləyən yük maşınlarına biri də qoşulub. Erməni mənbələri bu yük maşınının Fransadan gəlmiş humanitar yardım olduğunu bildirirlər. Bölgədəki erməni rəsmisinin bildirdiyinə görə bu yardım “Fransanın bir sıra şəhər və rayonlarının Qarabağ xalqına (?!) həmrəylik və dəstək məqsədilə təşəbbüsüdür. Yardım 20 tondan çox ərzaq və makarondan ibarətdir”. Göründüyü kimi, rəsmi Fransa bölgədə gərginliyi artıran addımlar

"Ermənistanda ermənilərin Türkiyə ilə münasibətlərin düzəlməsinin tərəfdarı olaraq çıxış etməsi heç də onların reallığı dərk etməsi və yaxud da düşmənçilik düşüncələrindən uzaqlaşmaq niyətində olduğu demək deyil". Bu sözləri politoloq Rəşad Bayramov Ermənistanda aparılan son rəy sorğuları nəticəsində əhalinin əksəriyyətinin Türkiyə ilə münasibətlərin düzəlməsinin tərəfdarı olduğunun ortaya çıxmasını HİT.az-a şərh edərkən deyib. O xatırladıb ki, Türkiyə ilə Ermənistan arasında quru sərhədləri bağlanandan sonra da, Türkiyəyə gedərək orada işləyən və türklərlə ticarət əlaqələri olan ermənilərin sayı kifayət qədər idi: "Bu gün də tərəflər arasındakı münasibətlərin normallaşmasını və sərhədlərin açılmasını

Ermənistanda yaşayan, rəsmən Ermənistan Respublikasının vətəndaşı olan 215 mindən çox etnik azərbaycanlı 1987-1991-ci illərdə Azərbaycana deportasiya edildi. Amma buna baxmayaraq Azərbaycan ərazisində etnik ermənilər qaldı və separatizm meyilləri güclənərək, Ermənistanın da birbaşa dəstəyi ilə on minlərlə qurbanı olan faciəvi I Qarabağ müharibəsinə təkan verdi. Ermənilərin milli ideya hesab etdikləri “Miatsum” “böyük Ermənistan” planlarının tərkib hissəsi idi. Bəs ermənilər “Miatsum”dan nə qazandılar?! Əminliklə demək olar ki, heç nə. Azərbaycan öz torpaqlarının geri qaytarılması ilə yanaşı, “Miatsum” xülyasını da darmadağın etmiş oldu. Bu barədə “Respublika”ya açıqlamasında siyasi şərhçi Rəşad

Deputat bunu mümkün konstitusiya dəyişikliklərinin ola biləcəyi ilə izah edir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin son toplantısında  komitələrinin sədrləri, sədr müavinləri və üzvləri məlum olsa da, sessiyada sədr seçkisi keçirilməyib. Yada salaq ki, ötən il dekabrın 21-də Ali Məclisinin sədri Vasif Talıbov istefa verib. O, 1995-ci ilin dekabrından, son 27 ildə Naxçıvan Ali Məclisinin sədri idi. Dekabrın 22-də isə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edib. Prezident İlham Əliyev V.Talıbovun istefasından sonra “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb

“Hazırda sərhədə yürüş edən hərbçilərin təxribat törətməsi məsələsində bir neçə maraqlı tərəf var. Maraqlı tərəflərdən biri Ermənistan, o biri separatçı, digəri isə Rusiyadır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. Analitik Qarabağ müharibəsində iştirak etmiş ermənilərin Azərbaycanla sərhəddə yerləşən Kornidzor qəsəbəsinə gələrək sərhədin zor gücünə açılacağı ilə bağlı verdikləri bəyanatları şərh edib. Xatırladaq ki, ötən gün bir qrup erməni hərbçi İrəvanın mərkəzində yolun zor gücü ilə açılması üçün aksiya təşkil edib. R. Bayramov əlavə edib ki, separatçı rejim və Ermənistan bu cür aksiyalar keçirməklə dünyanın diqqətini ona

Ermənistanın Qərb tərəfindən qadağan olunan  məhsulların Rusiyaya çatdırılmasında aktiv roluna dair məlumatların ardı-arası kəsilmir. Bloomberg Agentliyi 2022-ci ildə Ermənistanın yarımkeçiricilər ixracının həcminə görə dünyada 4-cü yeri tutduğuna dair məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu göstərici üzrə Ermənistan Yaponiya, Almaniya və Hindistanı arxada qoyub. Onun satdığı məhsulun əsas alıcısı isə Rusiyadır. Bloombergin əldə etdiyi məlumata görə, ötən il Ermənistandan Rusiyaya yarımkeçiricilər ixracı 187 faiz artmaqla 1,2 milyard dollar təşkil edib. Agentlik bunu Ermənistanda yarımkeçirici istehsalının artması ilə izah edib. Lakin Ermənistan statistikasında bu istehsalın artmasına

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova çərşənbə axşamı keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvan və Bakı arasında vasitəçilik səylərinin kafi olmamasına dair şərhini kəskin tənqid edib: “Ermənistan rəhbərliyi Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdıqdan sonra Rusiyanın səylərinin az olmasına dair hansısa iradlar yersizdir. Qarabağdan Rusiya sülhməramlılarının çıxarılmasına dair tamamilə başa düşülməyən fikirlər irəli sürülür. Bu, cənab Paşinyanın arzusudur? O istəyir ki, belə olsun?”. Daha sonra Zaxarova Ermənistan rəhbərliyinin belə fəaliyyətin lazım olmaması barədə fikirlərindən təəccübləndiyini bildirib: “Təəssüf ki, biz çox vaxt Ermənistan rəhbərliyi