NIPA-30
a

Mass media

Xəbər verdiyimiz kimi, aprelin 5-də erməni terrorunun məşhur ideoloqlarından Zori Balayan vəfat edib. Z.Balayanın ölümü Azərbaycan ictimaiyyətində geniş müzakirə edilir. Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Zori Balayan Azərbaycana, eləcə də bütövlükdə türk dünyasına qarşı düşmən mövqe sərgiləyən ideoloqlardan idi: “O, 80-ci illərin əvvəllərində xüsusilə diqqət mərkəzinə gəldi. Özünün yazdığı, faşist ideologiyasını təbliğ edən “Ocaq” kitabı ilə və həmin kitabda Azərbaycanın böyük bir bölgəsinin — Qarabağın, Şərqi Zəngəzurun, eləcə də Naxçıvanın Ermənistan torpaqları olduğunu, ermənilərin qədim torpaqları olduğunu iddia edirdi. Həmçinin Azərbaycana qarşı düşmən mövqeyinin formalaşmasında xüsusi rol oynayanlardan biri idi. Sonrakı dövrlərdə də Balayan bir sıra açıqlamaları ilə

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib ki, hazırda həyata keçirilən Ermənistan-Azərbaycan normallaşmasının əsasları Rusiyanın fəal iştirakı ilə, 2020-2022-ci illərdə ali səviyyədə əldə olunmuş bir sıra razılaşmalar sayəsində qoyulub.  Milli məclisin deputatı Arzuxan Əlizadə səfirin sözlərini TodayPress TV-yə şərh edərkən bildirib ki, Kopırkinin açıqlamaları regionda sabitliyə deyil, Moskvanın maraqlarına xidmət edir.   O vurğulayıb ki, Sergey Kopırkin zaman-zaman səsləndirdiyi açıqlamalarla gündəmə gəlsə də, bu fikirlər Azərbaycanla münasibətlərin normal məcrada inkişafına xidmət etmir. Bu cür açıqlamalar əksinə, Azərbaycan-Ermənistan, eləcə də Rusiya-Azərbaycan-Ermənistan münasibətlərini fərqli prizmadan təqdim edir və Azərbaycanın yürütdüyü dövlət siyasətinə

““Global Terrorism Index 2026” -cı il hesabatına əsasən Azərbaycan terror təhlükəsinə görə 93-cü yerdə qərarlaşması ölkəmizin ən təhlükəsiz dövlətlər sırasında olduğunu göstərir". Bunu Hafta.az-a açıqlamasında deputat Arzuxan Əlizadə bildirib. “Hesabatda vurğulanır ki, hazırda Azərbaycan təhlükəsizlik baxımından bir çox inkişaf etmiş ölkələrlə müqayisədə böyük uğurlar əldə edib. Ölkədə günün istənilən vaxtı rahatlıqla küçəyə çıxmaq mümkündür, gecə saatlarında belə istənilən yerə getmək təhlükəsizdir. Bu yalnız yerli sakinlər tərəfindən deyil, ölkəyə gələn turistlər və xarici qonaqlar tərəfindən də təsdiqlənir”, - deputat deyib. Deputat qeyd edib ki, Azərbaycan xüsusilə 1990-cı illərin əvvəllərində erməni terrorizminin

Deputat Qüdrət Həsənquliyevin təklifi Milli Məclisdə müzakirəyə səbəb olub. Deputat bildirib ki, yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adı dəyişdirilməlidir: "Yeni konstitusiya dəyişikliklərində ilk nəzərdə tutulan məsələ Azərbaycan dövlətinin adı olmalıdır. Biz bütöv Azərbaycanın cəmi 20%-ni təşkil edirik.  Ona görə bizim haqqımız yoxdur ki, Azərbaycan adına iddia edək. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır". Milli Məclisin deputatı Arzuxan Əlizadə Qaynarinfo-ya açıqlamasında qeyd edib ki, Qüdrət Həsənquliyevin bu təklifi əvvəllər də səsləndirilib:   "Azərbaycan iki hissəyə bölünüb. 1813 və 1828-ci Türkmənçay və Gülüstan müqavilələri Azərbaycan iki hissəyə bölünüb. Sonrakı dövrlərdə bu cür

2016-cı ilin aprel ayında Azərbaycan Ordusu tarixə düşən mühüm bir hərbi-siyasi mərhələyə imza atdı. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq başlayan və qısa müddətdə genişmiqyaslı hərbi əməliyyatlara çevrilən Aprel döyüşləri Azərbaycan xalqının iradəsini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlər təkcə hərbi uğur deyil, həm də illərlə davam edən işğal siyasətinə qarşı milli müqavimətin və haqq mübarizəsinin real nəticəyə çevrildiyi bir tarixi hadisə oldu. Aprel döyüşləri Azərbaycan Ordusunun peşəkarlığını, döyüş hazırlığını və yüksək mənəvi ruhunu ortaya qoymaqla

Təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib. “Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir”, - deyən dövlət başçısı vurğulayıb ki, həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda, qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bütün bunlar TDT-nin bölgədə gedən proseslərə necə təsir göstərdiyini və getdikcə bunun artdığını göstərir. TDT İran müharibəsində təsirli

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə bağlı diqqətçəkən ittiham səsləndirib. O bildirib ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq qərarını məhz Putinin mövqeyindən sonra vermək məcburiyyətində qalıb. Paşinyanın sözlərinə görə, o bu addımı Vladimir Putinin regionun Bakıya məxsus olduğunu iki dəfə - həm şəxsən, həm də açıq şəkildə təsdiqləməsindən sonra atıb. Ermənistan baş naziri qeyd edib ki, bu bəyanatlar onun qərarına birbaşa təsir göstərib. Açıq hiss edilir ki, Putinlə Paşinyanın son görüşü çox gərgin keçib. Çünki tərəflərin danışıq tonu və ifadə tərzi

“Paşinyanın 1 aprel tarixində Moskvaya səfəri və Vladimir Putinlə görüşü bir daha açıq şəkildə göstərdi ki, İrəvanla Moskva arasındakı münasibətlər dərin böhran içindədir. Görüş zamanı hər iki liderin əsəbi və bəzən sərt replikalara üstünlük verməsi yalnız şəxsi münasibətlərdən deyil, eyni zamanda iki ölkə arasında mövcud olan siyasi, iqtisadi və strateji fikir ayrılıqlarının açıq simvolu idi”. Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputat bildirib ki, Putin görüşdə Ermənistana göstərilən yardımları və ticarət dövriyyəsini qabardaraq İrəvana xəbərdarlıq etdi: “Ticarət dövriyyəsi: Rusiya ilə Ermənistan arasında 2025-ci ildə

“Avropa ölkələri müharibənin iqtisadi nəticələrinin ciddi olacağını nəzərə alırlar”. Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib: “Rusiya–Ukrayna müharibəsindən sonra Avropa ucuz enerji mənbələrindən məhrum olub və alternativ bazarlara yönəlib. Ərəb və Körfəz ölkələrindən enerji alınması artırılıb, Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində mühüm yer tutmağa başlayıb. İrana qarşı hərbi əməliyyatların başlanması bu prosesə yenidən mənfi təsir göstərib. Neft və qaz qiymətlərinin təxminən 60–70 faiz artması Avropa iqtisadiyyatına ciddi təsir edib. Almaniya, Fransa, İngiltərə və digər ölkələrdə yanacaq qiymətlərinin artması müşahidə olunur. Bununla yanaşı, bəzi Avropa ölkələri ABŞ və

1 aprel tarixi Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində zarafat, gülüş, aldatma günü kimi qeyd edilir.  Bu gün insanlar bir-birinə zarafat edərək, yalan xəbərlər yayaraq əylənirlər. Məhz bu günlə bağlı bir qisim millət vəkilinə başlarına gələn maraqlı hadisələri soruşduq. “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, son illərdə 1 aprel ilə bağlı onu aldatmaq üçün ciddi zarafat cəhdləri olmayıb: “Nəsə yadıma gəlmir ki, son illərdə məni 1 aprel günü ilə bağlı zarafatla aldatma cəhdləri olsun. Amma əvvəllər belə hallar olub. Xüsusilə