Bakıda “it kabusu”: Bir ayda 65 nəfər xəsarət alıb
Son 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi polikilinikaya 65 nəfər it dişləməsi ilə əlaqədar müraciət edib. Bunu Modern.az-a 27 saylı Sabunçu II seçki dairəsinin deputatı Arzuxan Əlizadə bildirib. “Rayon ərazisində sahibsiz itlərlə bağlı ciddi problem var. Mənə seçicilər sahibsiz itlərlə bağlı müraciət etdilər. Məlum oldu ki, ötən 1 ay ərzində Bakıxanov qəsəbəsində yerləşən xəstəxanaya 65 nəfər it dişləməsi ilə bağlı müraciət edib. Bu çox ciddi məsələdir. İcra hakimiyyətinin şöbə müdiri və əlaqədar strukturlarla da danışdım. Dərhal reaksiya verdilər”, - deputat deyib.
Azərbaycanın yeni paytaxtı hara ola bilər? – Prezident iki şəhərə işarə etdi
Prezident İlham Əliyevin yanvarın 5-də yayımlanan müsahibəsində bir sıra məsələlər diqqət çəkib. Məsələn, ölkə başçısının Xankəndi və Ağdamla bağlı səsləndirdiyi fikirlər müzakirə obyekti olub. Sitat: “Şərt deyil ki, hamı Bakıya gəlsin. Əksinə, bu gün misalçün Xankəndi kimi şəhərə Bakıdan, Naxçıvandan, başqa yerlərdən gəlirlər. Xankəndi və Ağdam azad edilmiş bölgələrin əsas şəhərləri olacaq”. Qeyd edilən çıxış “Bakıya alternativ paytaxt seçimi” kimi dəyərləndirilir. İllərdir ki, bu mövzu ətrafında müzakirələr gedir və əksəriyyət müvafiq qərarın verilməli olduğunu bildirir. Xankəndi və ya Ağdam gələcəkdə ölkənin paytaxtı ola bilərmi? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə xatırladıb ki, Prezident müsahibəsində azad edilmiş ərazilərdə artıq 70 min insanın yaşadığını qeyd edərək
DEPUTAT: “Erməni lobbisi düzəlişin birdəfəlik ləğvinə mane ola bilməyəcək”
ABŞ Konqresində Azərbaycan əleyhinə yeni təşəbbüs: Trampın müttəfiqinə cavab kimi erməni lobbisindən hücum. ABŞ prezidenti Donald Trampın yaxın tərəfdarı, Floridadan olan konqresmen Anna Paulina Lunanın Azərbaycana qarşı tətbiq edilən 907-ci düzəlişin ləğvini nəzərdə tutan qanun layihəsini təqdim etməsindən sonra Vaşinqtondakı erməni lobbisi əks-hücuma keçib. Erməni diasporu ilə əlaqəli olan Nümayəndələr Palatasının üzvləri Vaşinqtonla Ermənistan arasında təhlükəsizlik sahəsində tərəfdaşlığı əhatə edən yeni qanun layihəsini Konqresə təqdim ediblər. Sənəd Floridadan olan respublikaçı Qas Bilarakis və Nyu-Cersidən demokrat Frenk Pallonenin adından təqdim olunub. Layihə ABŞ prezidentinə Azərbaycana qarşı
AMİP nümayəndə heyəti Vaşinqtonda nüfuzlu Beynəlxalq Demokrat İttifaqı Forumunda iştirak edir – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi AMİP-in tam hüquqlu üzvü olduğu Beynəlxalq Demokrat İttifaqı (İDU) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilən İDU-2025 Forumunda iştirak edir.Forumda sağ mərkəz yönlü partiyaların nümayəndələri, hazırkı və sabiq hökumət və dövlət başçıları, konqresmenlər, senatorlar, Avropa İttifaqının rəsmiləri, Avropa Parlamentinin üzvləri, tanınmış ekspertlər, və siyasətçilər istirak edirlər. Bu mötəbər tədbirdə AMİP-i partiyanın sədri, millət vəkili Arzuxan Əlizadə, sədrin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev, Siyasi Şura üzvü Elxan Əhmədzadə, Qadın təşkilatının sədr müavini İlhamə Əliyeva təmsil edir. Forumun ilk günündə ABŞ
Rəşad Bayramov: “Müharibə davam etdiyi üçün bu cür siyasi gərginliklər kifayət qədər risqli hesab oluna bilər”
Məlum olduğu kimi, Milli Antikorrupsiya Bürosu (NABU) Ukrayna AES-lərinin operatoru “Enerqoatom” şirkətində genişmiqyaslı mənimsəmə sxeminin aşkarlandığını bildirib. NABU-nun məlumatına görə, bu sxem vasitəsilə 100 milyon dollar leqallaşdırılıb. Bu arada Ukraynada “Avropa Həmrəyliyi” müxalifət fraksiyasının deputatları Ali Radanın (Verxovna Rada) işini pozublar. Parlament ədliyyə naziri Qerman Qaluşşenko və energetika naziri Svetlana Qrinçukun vəzifədən azad olunması məsələsinə baxmalıydı. Fraksiya lideri Petro Poroşenko bildirib ki, o və tərəfdarları “buxarı buraxmaq və korrupsiya vertikalını qorumaq cəhdinə” yol verməyəcək, buna səs verməyəcəklər. Poroşenko əlavə edib ki, “Avropa Həmrəyliyi” hökumətin istefası
“Perinçək bu yalanla dividend qazanmaq istəyir” – Deputat
“Azərbaycan artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün məkan olaraq seçilib. Həm Bakıda, həm də azad olunmuş ərazilərimizdə beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilir. Avropa Ravvinlər Konfransına da Bakı ev sahibliyi edəcəkdi. Görünür, təşkilatçılar tərəfindən hansısa səbəblərə görə tədbiri təxirə salmaq barədə qərar qəbul edilib”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, burda Azərbaycanın ev sahibliyindən imtina etməsindən söhbət getmir. Sadəcə olaraq hansısa səbəblərə görə tədbirin ertələnməsi qərarı verilib. Bu da təbiidir, belə hallar olur. Deputat Türkiyənin Vətən Partiyasının sədri Doğu
“Ramiz Mehdiyevlə yaxın təmasda olan partiya sədrləri olub” – Deputat
Xəbər verildiyi kimi, ötən gün Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb. Sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun - qanunvericilik, icra, məhkəmə - fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimləri - ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir. Məktubda “Dövlət Şurası” üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılması və “qurum”a Dövlət Şurası sədrinin rəhbərlik edəcəyi bildirilir. Maraqlıdır,
Rusiya da razılaşmağa məcbur qalacaq
“Zəngəzur dəhlizi necə adlanmasından asılı olmayaraq, 8 avqustda Ağ Evdə əldə olunan razılaşmaya əsasən açılacaq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, həmin kommunikasiya qovşağının təhlükəsizliyinə və digər məsələlərə nəzarət mexanizmi ABŞ şirkəti tərəfindən həyata keçiriləcək: “Bu məsələ isə həm İranı, həm də Rusiyanı nərahat etdi. İran rəsmiləri ABŞ-nin sərhədə gəlməsindən narahat oldular. Hətta İran Prezidenti Məsud Pezeşkian da Ermənistana səfəri zamanı regionda kənar ölkələrin iştirakını məqbul saymadığını söylədi. Rəsmi Tehran sərhəd bölgəsində ABŞ-nin mövcudluğunu özünə təhdid
Etibar Məmmədov professor Məhərrəm Zülfüqarlını 70 illik yubileyi münasibətilə təbrik etdi
Hörmətli, Məhərrəm müəllim!Sizi 70 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, şəxsi həyatınızda və fəaliyyətinizdə bundan sonra da davamlı uğurlar arzulayıram!Sizin ictimai-siyasi fəaliyyətiniz və tutduğunuz fəal vətəndaş mövqeyiniz olduqca təqdirəlayiq həm də qürurvericidir. Siz hələ ötən əsrin səksəninci illərinin sonlarında vüsət alan Milli Azadlıq Hərəkatında ön cərgələrdə olmusunuz. Uzun illər Azərbaycan Milli İstiqlal Partiyasının sıralarında olmaqla dövlətçiliyimizin qorunmasında və möhkəmləndirilməsində, sivil dəyərlərin bərqərar olmasında, milli maraqların müdafiəsində on minlərlə silahdaşımızla birlikdə, çiyin-çiyinə mücadilə etmisiniz.Sizin siyasi fəaliyyətinizin əsas qayəsi ölkəmizdə