NIPA-30
a

October 2024

YUNESKO növbəti dəfə Azərbaycanla bağlı təxribatçı bəyənat dərc edib. Bu barədə Ermənistanın “ArmenPress” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, təşkilatın rəsmiləri Qarabağdakı “tarixi” erməni abidələrinə ziyan vurulması ilə bağlı narahatlıqlarını bildiriblər. Qurumun Mədəniyyət və Fövqəladə Hallar Təşkilatının direktoru Krista Pikkat müsahibəsində "Qarabağdakı xristian abidələrinin 2020-ci ildə baş verən müharibədən ciddi təsirləndiyini və məhv olma təhlükəsi ilə üz-üzə qaldığını" deyib. Qarabağda yaşayan ermənilərin regionu tərk etməsinə də münasibət bildirən Pikkat bununla bağlı dərin narahatlıq duyduğunu ifadə edib. YUNESKO rəsmisi Qarabağda yerləşən xristian məbədlərini və abidələrini ümumiləşdirərək, “qədim erməni arkitekturası” kimi

İşğaldan azad edilmiş rayonlarımıza qayıdan keçmiş məcburi köçkünlərin məşğuliyyəti məsələsi dövlətin diqqət mərkəzində olan məsələlərdən biridir. Xüsusən onların heyvandarlıq və əkinlə məşğul olması nəzərdə tutulur. Ancaq hələlik bu proses başlamayıb. Bununla bağlı iki gün öncə Milli Məclisdə də danışılıb. “Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur. Adam var Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir”. Bunu Milli

Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsi hüquqi və tarixi saxtakarlıqlarla doludur. Bunu İtaliya xarici işlər nazirinin müavini Ermondo Cirielli deyib.  Nazir müavini xatırladıb ki, məhz Ermənistan qeyri-qanuni (BMT tərəfindən pislənmiş) olaraq otuz il ərzində Qırmızı Ordunun dəstəyi ilə nəinki Dağlıq Qarabağı, həm də ondan iki dəfə böyük olan və yalnız azərbaycanlıların yaşadıqları ərazini işğal edib. Nazir müavini onu da bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə, şübhəsiz ki, sülh müqaviləsinin tezliklə imzalanmasına kömək etmir: “Bu da bir həqiqətdir ki, Avropa İttifaqı iki ölkəni bir-birinə yaxınlaşdıran və

Avropanı bürüyən islamofobiya, ifrat sağçılıq, türkofobiya getdikcə daha dözülməz hal almaqdadır. Avropadakı siyasi güclər təkcə Qərbdə yaşayan müsəlmanlara, türklərə qarşı deyil, eyni zamanda, müsəlman və türk dövlətlərinə qarşı cəbhə açıblar.  Avropada Azərbaycana qarşı aparılan diplomatik hədələr qətiyyən insan haqları ilə bağlı deyil. Məqsədi Azərbaycanın regionda sabitlik yaratmaq cəhdlərinə mane olmaqdır. Avropada hakimiyyət orqanlarının günahı üzündən miqrantların kütləvi ölüm halları artıb. Onlar polis zorakılığına məruz qalır, elementar şəraitlə təmin olunmurlar. Bölgədə etiraz hərəkatını yatırmaq üçün 11 fəal həbs edilib və hazırda da Fransada saxlanılırlar. Onların arasında Yeni

“Əgər “3+3”ün Azərbaycanla Ermənistan arasında danışıqlar üçün platformaya çevrilməsi təklif olunarsa, İrəvan bunu rədd edəcək”. Bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.  O, hazırda İrəvana belə bir təklifin təqdim edilmədiyini bildirib: “Ermənistan “3+3”ün danışıqlar platforması olmasını məqsədəuyğun hesab etmir. Bizim Bakı ilə ikitərəfli formatımız var. Azərbaycanla bütün istiqamətlərdə - həm sərhədlərin liberallaşdırılması, həm sülh müqaviləsi, həm də münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar aparılır”. Burada diqqəti çəkən məqam odur ki, bənzər yanaşmanı Qərbin vasitəçilik təşəbbüsünə münasibətdə Ermənistan rəsmi səviyyədə açıq bəyan etmir. Bundan başqa, Ermənistan

Ankarada törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan Milli İstiqlal Partiyası Bəyənat verib. Bəyanatda deyilir: “Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada, TUSAŞ-ın istehsal obyektində törədilmiş qanlı terror aktından sarsıldığımızı, eyni zamanda hiddətləndiyimizi ifadə edirik. Bunu bütün Türk dünyasına və eyni zamanda bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiririk. Günahsız insanların həyatlarını itirməsinə hesablanmış bu cinayət hadisəsini törədənlərə qarşı bütün qüvvələr səfərbər olunmalı və terror aktının sifarişçilərinə qarşı ən sərt mübarizə üsullarından istifadə edilməlidir. Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır! Həlak olanların ailə üzvlərinə və yaxınlarına baş sağlığı verir və səbr diləyir, yaralılara

Avropa İttifaqı Bakı və İrəvan arasında normallaşma prosesinə hərtərəfli dəstək verməyə davam edir. Bunu Avropa Parlamentinin iclasında Avropanın məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit deyib. O qeyd edib ki, COP29 da sülh üçün tarixi bir fürsətdir: “Azərbaycan və Ermənistan onilliklər boyu davam edən münaqişəni geridə qoymağa heç vaxt bu qədər yaxın olmayıblar. Konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini və sülh sazişinin imzalanması üçün siyasi iradə nümayiş etdirmək baxımından tarixi şans olacaq. Avropa İttifaqı olaraq, normallaşma prosesinə tam dəstəyimizi verməyə davam edirik və

Oktyabrın 18-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə növbəti genişləndirilmiş iclası keçirilib.İlk öncə 18 Oktyabr Müstəqilliyn Bərpası günü münasibətilə xalqımıza təbrik mesajları çatdırılıb.İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və 1 Sentyabrda keçirilən parlament seçkilərinin nəticələri, həmçinin qarşıdakı aylarda Bələdiyyə seçkilərinin keçirələcəyi nəzərə alınaraq AMİP Seçki Qərərgahının gücləndirilmiş iş rejimində çalışması məqsədəmüvafiq hesab edilib. Bu məqsədlə rayon təşkilat sədrlərinə, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib. Toplantıda iştirak edən AMİP üzvləri partiyanın sədri Arzuxan Əlizadənin Milli Məclisə üzv seçilməsi