Rəşad Bayramov: “Azərbaycan olaraq bizim artıq güzəşt limitimiz yoxdur”
Avropa İttifaqı Bakı və İrəvan arasında normallaşma prosesinə hərtərəfli dəstək verməyə davam edir. Bunu Avropa Parlamentinin iclasında Avropanın məşğulluq və sosial hüquqlar üzrə komissarı Nikolas Şmit deyib. O qeyd edib ki, COP29 da sülh üçün tarixi bir fürsətdir: “Azərbaycan və Ermənistan onilliklər boyu davam edən münaqişəni geridə qoymağa heç vaxt bu qədər yaxın olmayıblar. Konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiqliklərini və sülh sazişinin imzalanması üçün siyasi iradə nümayiş etdirmək baxımından tarixi şans olacaq. Avropa İttifaqı olaraq, normallaşma prosesinə tam dəstəyimizi verməyə davam edirik və
AMİP seçkilərə start verdi – FOTOLAR
Oktyabrın 18-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının AMİP Bakı şəhəri rayon təşkilatları sədrlərinin iştirakı ilə növbəti genişləndirilmiş iclası keçirilib.İlk öncə 18 Oktyabr Müstəqilliyn Bərpası günü münasibətilə xalqımıza təbrik mesajları çatdırılıb.İclasda ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub və 1 Sentyabrda keçirilən parlament seçkilərinin nəticələri, həmçinin qarşıdakı aylarda Bələdiyyə seçkilərinin keçirələcəyi nəzərə alınaraq AMİP Seçki Qərərgahının gücləndirilmiş iş rejimində çalışması məqsədəmüvafiq hesab edilib. Bu məqsədlə rayon təşkilat sədrlərinə, aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib. Toplantıda iştirak edən AMİP üzvləri partiyanın sədri Arzuxan Əlizadənin Milli Məclisə üzv seçilməsi
Dövlət Müstəqilliyinin Bərpasından 33 il ötür
Dövlət Müstəqilliyinin Bərpası Günü.33 il bundan öncə 1991 - ci ildə , oktyabrın 16 -da "Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin Bərpası haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu "Millət" qəzetinin N ° 0 - cı sayında layihə olaraq dərc olundu.Məhz bu layihə o zamankı Milli Məslisdə müəyyən düzəlişlər olunaraq qəbul olundu.Layihənin müəllifləri Etibar Məmmədovla hüquqşünas Fuad Ağayevdir.Müstəqilliyimizin bərpa olunmasında xidmətləri olan şərəfli yol keçmiş qəhrəmanlarımıza, fədakar vətəndaşlarımıza minnətdarıq.Oktyabrın 18- də qürur tarixiniz Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa
AMİP sədri ABŞ səfirliyinin rəsmisi ilə görüşüb
Bu gün AMİP sədri, millət vəkili Arzuxan Əlizadə partiyanın qərərgahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Diana Braun ilə görüşmüşdür. İşgüzar şəraitdə bir sıra məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır. O cümlədən AMİP-in beynəlxalq əlaqələri, son parlament seçkiləri və partiyanın yenidən parlamentdə təmsilçiliyi müzakirə olunmuşdur. Görüşdə həmçinin AMİP-in Beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev iştirak etmişdir.
Rəşad Bayramov: “Simonyanın mötəbər tribunadan belə deməsi faktları saxtalaşdırmaq cəhdidir”
Ermənistan parlamentinin spikeri Alen Simonyan deyir ki, Bakı və İrəvan sülh sazişini əldə etməyin astanasındadır. Spiker Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu assambleyası çərçivəsində sözügedən məsələ ilə bağlı bunları qeyd edib: “Bir neçə ay öncə sülh prosesi başlayanda Azərbaycan beynəlxalq səviyyədə qəbul olunmuş beş müddəa üzrə bizim razılığımızı istəyirdi. Biz bu gün artıq 16 müddəa üzrə tam razılıq əldə etmişik”. O, Azərbaycanı siyasi iradə göstərərək fürsətdən yararlanmağa, mümkün olanı reallışdırmağa çağırıb: “Ermənistan elə bu gün sülh sazişini imzalamağa hazırdır”. Simonyan 16 maddənin razılaşdırılmasından dəm vurur. Baş nazir Nikol Paşinyan
Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya ilə təmin olunub
Hər bir dövlət üçün insan hüquq və azadlıqlarının təmin edilməsi vacib amillərdəndir. İnsanların fundamental hüquqlarının qorunması, şəxsiyyət amili, ədalətli yanaşma, bərabərlik prinsiplərinin qorunması kimi ortaq dəyərlər mövcuddur. Dövlət institutlarında bu dəyərlər qanunlarla müəyyən edilir, qorunur, təmin olunur. Sivil ölkələrdə olduğu kimi Azərbaycanda da bu meyarlar ən yüksək səviyyədə həyata keçirilir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra dövlətimiz beynəlxalq cəmiyyətin tamhüquqlu və hüququn müstəqil subyekti bütün dəyərlərə sadiq olduğunu bəyan edib. Azərbaycanın 1995-ci ildə qəbul olunmus Konstitusiyası insan haqları ilə bağlı bütün beynəlxalq sənədlərdə öz əksini tapan
““Kupça”sız evlərlə bağlı radikal addımlar atılmalıdır” – Deputat danışdı
“Ölkə rəsmilərinin sənədsiz evlərlə bağlı verdiyi rəqəmlərə istinad etsək, təkcə Bakı şəhərində 500 mindən artıq evin sənədi olmadığını görərik”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, zamanında yol verilən müəyyən boşluqlar səbəbilə sənədsiz evlərin sayı artıb: “İstər qanunvericilikdə, istərsə də yerli səviyyədə idarəetmədə olan boşluqlar səbəbindən müxtəlif ərazilərdə “gecəqondu” tipli evlər tikildi. Hətta yaşayış üçün yararlı olmayan ərazilərdə də evlərin tikilməsinə şahidlik etmişik. Nəticə etibarilə, bu gün artıq fakt qarşısındayıq. Paytaxtda 500 mindən artıq evin sənədsiz olması, həmin