NIPA-30
a

September 2024

Bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Rusiya rəhbəri Ermənistanın keçmiş prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib. Telefon danışığının detalları barədə məlumat verilmir. Erməni mediasının məlumatına görə, xüsusilə hazırkı gərgin zamanda bu zəng diqqət çəkir. Bu, Rusiyanın Ermənistana diqqəti yenidən artırdığı deməkdir. Bir tərəfdən Rusiya rəsmiləri İrəvana səfər edir, hökumət nümayəndələri ilə görüşür, digər tərəfdən isə Ermənistan müxalifətinin üzvləri ilə əlaqə saxlanılır. Moskva hazırkı erməni hökuməti ilə

"Azərbaycan dövləti hər zaman İranla dostluq, qonşuluq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin formalaşmasında maraqlı olub və yürüdülən siyasət də bu istiqamətdə davam edib. Amma təəssüflər olsun ki, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran tərəfi ilk dövrlərdə və ondan sonra bir müddət ərzində Azərbaycan dövlətinə  hətta Bakı Cümhuriyyəti deyə müraciət etməyi üstün biliblər.  Azərbaycan əraziləri 30 ilə yaxın işğalda olduğu dövrlərdə Azərbaycana yardım etməməkləri bir tərəfə, işğalçı tərəfə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən dəstək olublar. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri hər dəfə bu ifadələri işlədirlər

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək. Bu barədə açıqlamasında sözügedən partiya sədri Mirmahmud Mirəlioğlu deyib. Sədr bildirib ki, istənilən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır: “Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs - sədr daşıyır. Bu, A variantımızdır. Təbii ki, istefa vermək, özü də istənilən yerdə və istənilən zamanda mümkündür”. Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn istefa verəcəyini deyib. Daha sonra REAL Partiyasının sədri İlqar Məmmədov istefasını açıqlayıb. Bu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkəsinin İranla Zəngəzur dəhlizi ilə bağlı əvvəlki razılaşmalara sadiq qaldığını bildirib. Belə ki, Şoyqu bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanla görüşündə danışıb. “Rusiya Zəngəzurla bağlı Tehranla əvvəlki razılaşmalara sadiqdir və Moskvanın bu məsələdə siyasəti qətiyyən dəyişməyib”, - Rusiya rəsmisi söyləyib. Şoyqu deyir ki, Zəngəzur dəhlizi ilə bağlı İranla əvvəlki razılaşmalara sadiqiq. Maraqlıdır, Zəngəzur dəhlizi ilə bağlı Moskva ilə Tehran arasında nə razılaşma? Haçan olub belə bir razılaşma? Məgər Zəngəzur dəhlizi İrandan keçir ki, Moskva ilə

“Türkiyə Krımın ilhaqını tanımır”. Bunu IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”. Ərdoğan Ankaranın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq”. AMİP sədri, millət vəkili Arzuxan Əlizadə Musavat.com-a şərhində bildirib ki, 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq edilərkən həmin ərazidə 80 mindən çox Krım türkü yaşayırdı: “İlhaqdan sonra Krım türklərinin vəziyyətində ağırlaşma baş verib. Krım türklərinin lideri Mustafa Cəmil Krımoğlu Rusiya tərəfindən həbsə məhkum edilmişdi. Sonradan Türkiyənin

Xəbər verdiyimiz kimi, İsrail İranın Suriyadakı bazalarına aviazərbələr endirib. Aviazərbələr nəticəsində azı 5 nəfər ölüb, 19 nəfər yaralanıb. Zərbələrin bazar günü axşam Həma əyalətinin Masyaf şəhəri yaxınlığında həyata keçirildiyi qeyd edilir.  “The Times of Israel” qəzeti yazır ki, İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub. Qeyd edək ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir. Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketlər istehsal edən Elmi Tədqiqat

“İran Əhatəli Razılaşma Müqaviləsi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi”. İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) teleqram kanalında yer alan məlumata görə, bu barədə İran parlamenti Milli Təhlükəsizlik Komissiyasının keçmiş üzvü, İranda nüfuzlu siyasətçi, politoloq, jurnalist kimi tanınan Heşmətullah Əli Fəlahətpişe bildirib. Onun sözlərinə görə, Rusiya Zəngəzur yolunun açılmasına razılıq verməklə İranın yolunu bağlayır: “Keçmiş prezident İbrahim Rəisi İranın nüvə sazişi ilə bağlı maraqlarını Rusiyanın Ukraynadakı mənafeyinə qurban verdi. İndiki hökumət (Prezident Məsud Pezeşkianı nəzərdə tutur) bu səhvi təkrarlamamalı və Moskva ilə birtərəfli dostluğun

Bu günlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə müsahibəsində Ermənistanın son zamanlar surətlə silahlanmasına münasibət bildirərək deyib ki, İraq-Küveyt müharibəsindən sonra İraq silahlı qüvvələrinin inkişafı ilə bağlı müəyyən məhdudiyyətlər oldu:  “Hesab edirik ki, bu kimi proporsional məhdudiyyətlər Ermənistan silahlı qüvvələrinə də tətbiq olunmalıdır”. Rusiyada hüquqşünas Aleksandr Tolmaçov öz bildiyi tərzdə Hikmət Hacıyevin fikirlərinə öz “arqumentləri” ilə cavab verib. Bildirib ki, Almaniya və Yaponiyaya qarşı belə məhdudiyyətlər tətbiq edilib, amma həmin dövlətlərə beynəlxalq koalisiya qalib gəlib: “Məsələn, onlar

Növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisdə təmsil olunacaq partiyaların sayı da məlum olub. Belə ki, 11 siyasi partiya parlamentdə təmsil olunmaq hüququ qazanıb.  Bunun özü də seçkilərin necə demokratik və azad şəraitdə keçirilməsindən xəbər verir. Həmçinin, seçkilərin şəffaf keçirildiyini həm yerli, həm də xarici müşahidəçilər təsdiqləyib. Budəfəki seçkidən sonra Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) və Böyük Azərbaycan Partiyası (BAP) da parlament partiyası statusu qazandı.  AMİP sədri Arzuxan Əlizadə və BAP sədri Elşad Musayev deputat seçildi.  “Cebheinfo.az” parlamentə yeni seçilən deputatların təəssüratlarını öyrənib. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə