NIPA-30
a

November 2024

Dekabr ayında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə müzakirələrin yenidən başlanması gözlənilir. Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a verdiyi açıqlamada iki ölkə arasında sülh müqaviləsinin mətni üzərində müzakirələrin dekabr ayından davam etdiriləcəyini bildirib. Hacıyev, sülh müqaviləsinin mətni ilə bağlı bəzi sualların hələ də açıq qaldığını və bu məsələlərin ekspert səviyyəsində müzakirə edildiyini qeyd edib. O, Ermənistanın Azərbaycan təkliflərinə vaxtında cavab vermədiyini və bunun nəticəsində prosesin gecikdiyini vurğulayıb. Bu gecikmələrin səbəbi olaraq, Ermənistana havadarlıq edən bəzi xarici

"COP29-da iştirak edən tərəflərlə, müxtəlif ölkələrin dövlət başçıları, hökumət rəhbərləri ilə münasibətlərin bir qədər də yaxşılaşması, dərinləşməsi və çoxtərəfli münasibətlərin formalaşması reginonda Azərbaycanın nüfuzuna siyasi dividentlər gətirəcək". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib.  Onun fikirincə, ikitərəfli münasibətlərin formalaşması istiqamətində Azərbaycanın gələcəkdə atdığı addımlara dəstək kimi də qəbul edilməlidir: "BMT-in iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransı özündə dünyanın 197 ölkəsini birləşdirir. Birləşmiş Millətlər Təşkilatına üzv olan ölkələrin hər biri eyni zamanda tərəflər konfransının üzvüdür. 1995-ci ildən etibarən hər il tərəflər konfransının növbəti sesiyası keçirilir.

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı dünyanın 197 ölkəsini birləşdirir və BMT-yə üzv olan ölkələr hər biri bu Konfransın üzvüdür. 1995-ci ildən etibarən hər il Tərəflər Konfransının növbəti sessiyası keçirilir. Bu il 29-cu sessiyadır və COP29 adlanan bu tədbirin Azərbaycana həvalə edilməsi ilə bağlı ötən il 28-ci sessiyada yekdil qərar qəbul edildi və hazırda ölkəmizdə bu tədbir yüksək səviyyədə həyata keçirilir.  Dünyanın müxtəlif ölkələrinin liderlərinin iştirakı ilə belə bir mötəbər tədbirin təşkili ölkəmizə nə verəcək? Azərbaycanın bu mötəbər tədbirə ev sahibliyi etməsinin

Yeni Müsavat Media Qrupuna aid “Yeni Müsavat” qəzeti 35 illik yubileyini qeyd edir. Bu mətbu orqanın ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və Yeni Müsavat Media Qrupunun sahibi Əməkdar jurnalist Rauf Arifoğludur. “Yeni Müsavat” qəzeti ilk illər (1989-1991) gizli fəaliyyət göstərib, kommunist sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci illin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan iki ay sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb. 1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat

Xəbər verdiyimiz kimi, Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Daha sonra Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edərək türk dövlətlərinin əməkdaşlığı istiqamətində bir sıra məsələlərə toxunub. Prezident bildirib ki, hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır: “Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil

“44 günlük Vətən müharibəsində Azərbaycan dövləti, xalqı və ordusu öz iradəsini ortaya qoydu”.  Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində əhəmiyyətini şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqı işğalçıya və onun havadarlarına boyun əymədi. “Bizə müxtəlif tərəflərdən, xüsusilə müəyyən güc mərkəzlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiqlər olurdu. Bizi mövcud reallıqla barışmağa, itirilmiş torpaqların ermənilərin xeyrinə rəsmiləşdirilməsinə razılıq verməyə məcbur edirdilər.  Amma Azərbaycan dövləti, Azərbaycan xalqı heç kimə boyun əymədi və qətiyyətli əzmini

"Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) 5 daimi üzvü var, digər 10 qeyri-daimi üzvü isə assambleya üzvlərinin 2/3 səs çoxluğu ilə iki il müddətinə seçilirlər və rotasiya qaydasında 1 ay müddətinə sədrlik də edirlər". Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Deputat son dövrlər BMT TŞ-nin daimi üzvlərinin sayının artırılması ilə bağlı təkliflərin mütəmadi olaraq səslənməsinə diqqət çəkərək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu haqda fikrini xatırladıb: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə bir fikir səsləndirmişdi ki, dünya

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə “Yeni Müsavat” Media Qrupunun qurucu-baş redaktoru, Əməkdar jurnalist Rauf Arifoğluna məktub ünvanlayıb. “Yeni Müsavat”ın 35 illik yubileyi ilə bağlı təbrik məktubunda deyilir: “Hörmətli  Rauf bəy! Sizi və kollektivinizi “Yeni Müsavat” qəzetinin çapa başlamasının 35 illiyi münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm! “Yeni Müsavat” qəzeti Xalq Hərəkatının ilk aylarından ağır şərtlər altında xalqın sözünü geniş oxucu auditoriyasına çatdıran media orqanıdır. O ağır illərdə “Yeni Müsavat” bütün  çətinliklərə baxmayaraq xalqın iradəsini ifadə etdi. Qəzeti hansı çətinliklər və fədakarlıqla ərsəyə gətirdiyinizi və oxuculara çatdırdığınızı yaxşı xatırlayıram. Azərbaycan

Ermənistan baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasına dəyişikliklə bağlı Azərbaycanın tələbini rədd edib.  O bunu öz aləmində belə əsaslandırıb: “Azərbaycanın Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer aldığı haqqında iddiaları Ermənistan Respublikasının Konstitusiyasının preambulasında Müstəqillik Bəyannaməsinə ümumi istinadın mövcud olması, bu bəyannamədə isə, öz növbəsində, Dağlıq Qarabağın adının çəkilməsi faktına əsaslanır”.  Nikol xatırladıb ki, Ermənistanın Konstitusiya Məhkəməsi 2024-cü ilin sentyabrında verdiyi qərarda Müstəqillik Bəyannaməsinə olan bu istinadın yalnız Konstitusiya maddələrində əks olunan müddəalara aid olduğunu təsdiq edib: “Konstitusiya mətnində Dağlıq Qarabağın adı nə birbaşa, nə də