NIPA-30
a

September 2024

“Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır”.  Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı deyib.  Dövlətimizin başçısı vurğulayıb ki, media kampaniyasının, qarayaxma, iftira, böhtan kampaniyalarının da məqsədi məhz budur: “Bu mövzunu daim gündəlikdə saxlamaq və ümidlə yaşamaq ki, nə vaxtsa Azərbaycan büdrəsə, zəifləsə, yenidən bizə qarşı bu çirkin hərəkətlər başlasın. Yəni, biz bunu bilməliyik. Azərbaycan iqtidarı bunu bilir, ictimaiyyət də bunu bilməlidir. Ona görə arxayınlaşmağa bizim heç cür imkanımız yoxdur”.  Qeyd edək ki, son zamanlar bəzi xarici qüvvələr

Amerikalı konqresmendən Azərbaycana qarşı növbəti hücum. ABŞ konqresmeni Adam Şiff Azərbaycan aktivlərinin müsadirə edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb. İkipartiyalı qanun layihəsində deyilir:  1.Azərbaycanın suveren aktivlərinə sahib olan bütün ABŞ maliyyə institutlarından bu aktivlər barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinə məlumat vermələrii tələb edilsin. Prezident, qanunun qəbul edildiyi gündən 60 gün müddətində bu aktivlərlə bağlı əməliyyatları bloklamalı, bloklandığı gündən 90 gün ərzində isə onları müsadirə etməlidir.  2.Müsadirə edilmiş Azərbaycan aktivlərini alacaq “Artsax gəlirlərinin bərpası Fondu” yaradılsın və sonra bu vəsait Azərbaycanın “hərbi hücumu nəticəsində Artsaxdan

“Ermənistanın Baş naziri Nikol Paşinyan çox gözəl anlayır ki, Azərbaycanın sülhün əsas prinsipləri ilə bağlı mövqeyi qəti və dəyişməzdir”. Bunu Bakıvaxtı.az-a Azərnbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Nikol Paşinyanın “Ermənistanın təhlükəsizliyinə təminat yalnız sülh ola bilər" fikrinə münasibət bildirərkən deyib. A.Əlizadə bildirib ki, beynəlxalq hüquqda qəbul edilmiş prinsiplərə görə, əgər müqavilə imzalanırsa, bütün əsas nüanslar nəzərə alınmalıdır: "Əsas məqamlar razılaşdırılmadan sülh sazişininin imzalanması mümkün deyil. Hətta çərçivə sənədi belə yarımçıq formada imzalana bilməz. Rəsmi Bakının tələbləri aydın və tam hüquqidir. Azərbaycan tələb edir ki, Ermənistan konstitusiyasında sülhə

Ermənistanda hökumətə qarşı dövlət çevrilişinə cəhd olub. Təhlükəsizlik Xidməti Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupu aşkarlayıb. İstintaq Komitəsi məlumat yayıb ki, aktiv əməliyyat tədbirləri zamanı 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində 7 vətəndaşın şəxsiyyəti hələlik müəyyən edilməmiş digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdığına dair sübutlar toplanıb: “Xüsusən də bu qrup silahdan istifadə qaydalarını öyrənmək məqsədilə bir sıra Ermənistan vətəndaşlarını Rostovda, o cümlədən “Arbat” bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Sonradan məlum olub ki, qruplaşmanın məqsədi sərhədləri qorumaq deyil, Ermənistanda hakimiyyəti

Bir neçə gün əvvəl Ermənistanın ikinci prezidenti Robert Köçəryanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilir ki, Rusiya rəhbəri Ermənistanın keçmiş prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib. Telefon danışığının detalları barədə məlumat verilmir. Erməni mediasının məlumatına görə, xüsusilə hazırkı gərgin zamanda bu zəng diqqət çəkir. Bu, Rusiyanın Ermənistana diqqəti yenidən artırdığı deməkdir. Bir tərəfdən Rusiya rəsmiləri İrəvana səfər edir, hökumət nümayəndələri ilə görüşür, digər tərəfdən isə Ermənistan müxalifətinin üzvləri ilə əlaqə saxlanılır. Moskva hazırkı erməni hökuməti ilə

"Azərbaycan dövləti hər zaman İranla dostluq, qonşuluq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin formalaşmasında maraqlı olub və yürüdülən siyasət də bu istiqamətdə davam edib. Amma təəssüflər olsun ki, Azərbaycanın müstəqilliyini həzm edə bilməyən İran tərəfi ilk dövrlərdə və ondan sonra bir müddət ərzində Azərbaycan dövlətinə  hətta Bakı Cümhuriyyəti deyə müraciət etməyi üstün biliblər.  Azərbaycan əraziləri 30 ilə yaxın işğalda olduğu dövrlərdə Azərbaycana yardım etməməkləri bir tərəfə, işğalçı tərəfə həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən dəstək olublar. Təsadüfi deyil ki, Ermənistan rəsmiləri hər dəfə bu ifadələri işlədirlər

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək. Bu barədə açıqlamasında sözügedən partiya sədri Mirmahmud Mirəlioğlu deyib. Sədr bildirib ki, istənilən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır: “Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs - sədr daşıyır. Bu, A variantımızdır. Təbii ki, istefa vermək, özü də istənilən yerdə və istənilən zamanda mümkündür”. Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn istefa verəcəyini deyib. Daha sonra REAL Partiyasının sədri İlqar Məmmədov istefasını açıqlayıb. Bu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ölkəsinin İranla Zəngəzur dəhlizi ilə bağlı əvvəlki razılaşmalara sadiq qaldığını bildirib. Belə ki, Şoyqu bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədiyanla görüşündə danışıb. “Rusiya Zəngəzurla bağlı Tehranla əvvəlki razılaşmalara sadiqdir və Moskvanın bu məsələdə siyasəti qətiyyən dəyişməyib”, - Rusiya rəsmisi söyləyib. Şoyqu deyir ki, Zəngəzur dəhlizi ilə bağlı İranla əvvəlki razılaşmalara sadiqiq. Maraqlıdır, Zəngəzur dəhlizi ilə bağlı Moskva ilə Tehran arasında nə razılaşma? Haçan olub belə bir razılaşma? Məgər Zəngəzur dəhlizi İrandan keçir ki, Moskva ilə

“Türkiyə Krımın ilhaqını tanımır”. Bunu IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”. Ərdoğan Ankaranın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq”. AMİP sədri, millət vəkili Arzuxan Əlizadə Musavat.com-a şərhində bildirib ki, 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq edilərkən həmin ərazidə 80 mindən çox Krım türkü yaşayırdı: “İlhaqdan sonra Krım türklərinin vəziyyətində ağırlaşma baş verib. Krım türklərinin lideri Mustafa Cəmil Krımoğlu Rusiya tərəfindən həbsə məhkum edilmişdi. Sonradan Türkiyənin