“SSRİ dövründə 20 min km² Azərbaycan ərazisi Ermənistana qanunsuz verilib” – FOTO – VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. Rakus.az xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə olub. O, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün görülən işlərdən, atılan addımlardan, keçirilən görüşlərdən söhbət açıb. Bildirib ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan, kapitulyasiya aktına imza atan işğalçı Ermənistan dövləti Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Millət vəkilinin sözlərinə görə, Ermənistan öz konstitusiyasında, digər hüquqi və siyasi aktlarda
AMİP sədri və müavini Vaşinqtona gedir
Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının( AMİP) sədri, millət vəkili Arzuxan Əlizadə və AMİP sədrinin beynəlxaq əlaqələr üzrə müavini Elşən Mustafayev 3-7 dekabr 2024-cü il tarixlərində ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək Beynəlxalq Demokrat İttafaqının (BDİ) Forumunda iştirak etmək məqsədilə səfərə yola düşürlər. Forum ABŞ Respublikaçılar Partiyasının ev sahibliyi, Beynəlxalq Demoktat İttifaqı (ing.-İDU) və ABŞ Liderlər İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcəkdir. Tədbir çərçivəsində 3 gün ərzində keçirilən panellərdə dünyanı hazırda narahat edən bir sıra məsələlər, o cümlədən Beynəlxalq Təhlükəsizlik, İmmiqrasiya, Latın Amerkasında imkanların dəstəklənməsi, ABŞ prezident seçkilərinin
Deputat: “Qadın həbsxanasında problem yoxdur…”
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə son günlər sosial şəbəkələrdə qadın həbsxanasında vəziyyətin acınacaqlı olması, qadın məhbusların keyfiyyətsiz məhsullarla təmin edilmələri barədə yayılan iddialara münasibət bildirib. Sədr müavini Pravda.az-a açıqlamasında deyib ki, vəziyyətlə bağlı sahəyə yaxın şəxslərdən maraqlanıb, dəqiqləşdirmələr aparıb. “Bir neçə il bundan əvvəl qadın həbsxanasına tədbirdə iştirak məqsədilə getmişdim. Həbsxanada qadınların xalça toxuculuğu və digər əl qabiliyyətləri ilə bağlı əməyə cəlb olunduqlarını müşahidə etdim. Qadın məhbusların bir çoxları ilə söhbətlərimiz də oldu. O zaman narazılıq ifadə edən olmamışdı. İndi də maraqlandım. Hazırda
Netanyahu haqda həbs qərarı dondurula bilər – maraqlı gəlişmə
G7 ölkələrinin liderləri çətin seçim qarşısında qalıb: Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair orderi icra etmək, yaxud Yaxın Şərqdəki münaqişənin həlli üçün onunla əməkdaşlığı davam etdirmək? “Il Messaggero” xəbər verir ki, Qəzza və Livandakı müharibə, eləcə də İranla münasibətlərin pisləşməsi Qərb dövlətlərini güzəştə getməyə sövq edir. İtaliyanın xarici işlər naziri Antonio Tajaninin vurğuladığı kimi, beynəlxalq öhdəliklərə əməl etmək öhdəliyi praqmatizmlə birləşdirilməlidir. “Netanyahunun həbsi bizi sülhə yaxınlaşdırmayacaq”, - nazir deyib və əlavə edib ki, İtaliya hökuməti hərbi əməliyyatların davam etdiyi müddətdə
“Dudanın təxribatçı addımı Azərbaycan-Polşa münasibətlərinə xələl gətirdi” – Deputat
"Hər zaman yüksək səviyyədə olan, strateji müttəfiqlik səviyyəsinə çatan münasibətlərə təəssüf ki, Polşa prezidentinin atdığı təxribatçı addımla böyük bir xələl gətirilib". Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə Polşa prezidenti Andjey Dudanın Ermənistana səfəri çərçivəsində Azərbaycanla sərhəd bölgəsinə gələrək, buradakı Avropa İttifaqı mülki missiyasını "ziyarət" etməsini şərh edərkən deyib. "Azərbaycanla Ermənistan arasındakı şərti sərhədin Ermənistan hissəsində Avropa İttifaqının mülki müşahidə missiyası yerləşdirilib. Azərbaycan zamanında ona birmənalı olaraq razılıq verməyib. Amma buna baxmayaraq, həmin missiya yerləşdirildi və sayı da artdı. Bu missiya da bir sıra Qərb
Afsəddin Nəbiyev: “Putin sətiraltı deyir ki, əvvəlki münasibətlər post-Paşinyan hakimiyyətindən sonra öz məcrasına qayıdacaq”
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) hazırkı münasibəti daxili siyasi problemlər və Qarabağ mövzusu ilə bağlıdır. Bunu Rusiya Prezidenti Vladimir Putin Astanada keçirilən mətbuat konfransında bildirib. Eyni zamanda, Putin Ermənistanın KTMT-də tam formatda işə qayıdacağını istisna etməyib. Onu da qeyd edək ki, Putin Ermənistanın daxili siyasi problemləri ilə KTMT arasında olan əlaqənin mahiyəti barədə heç nə deməyib.. Maraqlıdır, KTMT-yə münasibətin Ermənistanda daxili siyasi vəziyyətlə bağlı olması nə deməkdir? Bununla Putin nə demək istəyib? Sözügedən məsələyə aydınlıq gətirən AMİP-in sədr müavini Afsəddin Nəbiyev “Bakı-Xəbər”ə açıqlamasında bunu belə izah etdi: “Ermənistanla
Arzuxan Əlizadə: “Tramp birinci prezidentliyi dövründə İsrailin Azərbaycana silah satışına mane olmayıb”
Xəbər verildiyi kimi, Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa zəng edib. Telefon danışığı əsnasında Prezident Əliyev Donald Trampı Birləşmiş Ştatların Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Azərbaycan Prezidenti qeyd edib ki, seçkilərdə inamlı qələbə Amerika xalqının onun yürütdüyü siyasi xəttə böyük dəstək və etimadın aşkar ifadəsidir. Dövlət başçısı vurğulayıb ki, Prezident Donald Trampın fəaliyyəti dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacaq. Birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən dövlət başçısı ikitərəfli