NIPA-30

Milli İstiqlalçılar Etibar bəyi təbrik etdi

Bu gün Azərbaycan Milli İstiqlal Partiyası fəxri lideri, Etibar Məmmədovun doğum günüdür .Milli İstiqlalçılar olaraq AMİP adlı böyük, demokratik prinsiplərə söykənən, beynəlxalq nüfuza malik partiyada bir ailə kimi fəaliyyət göstərmək imkanı yaratdığına, həmçinin bu illər ərzində özümüzə çoxsaylı sadiq dostlar qazandığımıza görə Etibar bəyə minnətdarlığımızı bildiririk.

Əziz Etibar bəy!
Sizə sonsuz sayğılarımızı bildirməklə yanaşı, doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, Ulu tanrıdan Sizə möhkəm can sağlığı, uzun ömür, gələcək işlərinizdə və fəaliyyətinizdə bundan sonra da böyük uğurlar arzulayırıq.
Sonsuz sayğılarla, Milli İstiqlalçılar!