Rəşad Bayramov: “Ekoloji standartlarla bağlı sərt mövqe həm iqtisadi, həm də idarəetmə mesajı kimi qəbul oluna bilər”
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə ekoloji standartların gözlənilməsi ilə bağlı xarici investorlara xəbərdarlıq edib: “Maksimum ekoloji ekspertiza aparılmalıdır və bütün ekoloji normalar gözlənilməlidir. Çünki əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir. Ona görə həm təbiətin qorunmasını, həm ekoloji normaların ən yüksək standartlara cavab verməsini, əlbəttə ki, biz xarici tərəfdaşlardan tələb edirik və tələb edəcəyik. Əgər ona əməl etməsələr, onlar cəzalandırılacaq. Təbii ki, dövlət şirkəti olan “AzerGold” bütün
Etibar Məmmədovdan MSK sədrinə sərt ittihamlar: “Məzahir Pənahov orada özü üçün şəxsi heyət yaradıb…”
“Komissiyalarda partiyaları kimlərin təmsil edəcəyini MSK müəyyənləşdirə bilməz
Ermənilərin Kəlbəcər və Laçında ağlasığmaz addımı
“2020-ci ildə Kəlbəcər və Laçın rayonlarını tərk edən erməni silahlı qüvvələrinin, eləcə də həmin ərazilərdə yaşayan ermənilərin meşələri yandırması ilə bağlı görüntülər Azərbaycan ictimaiyyətinin yaddaşındadır”. Bunu Globalinfo.az-a deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, bu cür əməllər təkcə ətraf mühitə deyil, bütövlükdə gələcək nəsillərin təbii irsinə qarşı törədilmiş ciddi zərərdir: “Təbiət hər hansı siyasi və ya hərbi qarşıdurmanın hədəfinə çevrilməməlidir. Meşələrin qəsdən yandırılması nəticəsində illər ərzində formalaşmış ekosistemə, canlı aləmə və biomüxtəlifliyə ciddi ziyan dəyir. Xüsusilə Kəlbəcər və Laçın kimi zəngin meşə örtüyünə, unikal təbiətə malik ərazilərdə
Deputat: “Vahid məktəbli formasının hicabın qadağan edilməsi kimi təqdim olunması doğru yanaşma deyil”
“Vahid məktəbli formasının hicabın qadağan edilməsi kimi təqdim olunması doğru yanaşma deyil. Vahid məktəbli formasının əsas məqsədi məktəbdə şagirdlər arasında sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısını almaq, vahid və nizamlı təhsil mühiti formalaşdırmaqdır. Ümumtəhsil haqqında qanunvericilikdə də təhsilalanların geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət etməsi nəzərdə tutulur. Burada söhbətin konkret olaraq hicabın qadağan edilməsindən getdiyini söyləmək üçün hüquqi əsas yoxdur”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. Deputat təəssüflə bildirib ki, son günlər sosial şəbəkələrdə bu məsələ ilə bağlı
Deputat: “Vahid məktəbli formasının hicabın qadağan edilməsi kimi təqdim olunması doğru yanaşma deyil”
“Vahid məktəbli formasının hicabın qadağan edilməsi kimi təqdim olunması doğru yanaşma deyil. Vahid məktəbli formasının əsas məqsədi məktəbdə şagirdlər arasında sosial fərqlərin geyim üzərindən qabardılmasının qarşısını almaq, vahid və nizamlı təhsil mühiti formalaşdırmaqdır. Ümumtəhsil haqqında qanunvericilikdə də təhsilalanların geyimlə bağlı müəyyən edilmiş tələblərə riayət etməsi nəzərdə tutulur. Burada söhbətin konkret olaraq hicabın qadağan edilməsindən getdiyini söyləmək üçün hüquqi əsas yoxdur”. Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə deyib. Deputat təəssüflə bildirib ki, son günlər sosial şəbəkələrdə bu məsələ ilə bağlı
Paşinyanın “Yeni Sardarapat” mesajı nə demək idi?
2020-ci il iyulun 12-də Tovuz istiqamətində baş verən hərbi toqquşmalar Azərbaycan-Ermənistan münasibətlərində gərginliyi daha da artırdı. Ardınca Nikol Paşinyanın döyüşləri “Yeni Sardarapat” kimi təqdim etməsi və Azərbaycana bir sıra şərtlər irəli sürməsi qarşıdurmanın siyasi müstəvidə də sərtləşdiyini göstərdi. Tovuz hadisələri regiondakı hərbi-siyasi vəziyyətə necə təsir etdi? Paşinyanın hadisələrdən sonra Azərbaycana şərtlər irəli sürməsi hansı məqsədə xidmət edirdi? Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hərbi toqquşmalar Azərbaycan-Ermənistan münasibətlərində onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirdi.
Arzuxan Əlizadə: TRIPP-in icrası sülh gündəliyinin mühüm elementidir
TRIPP layihəsinin icrası ilə bağlı son günlər atılan addımlar Azərbaycan-Ermənistan münasibətlərində kommunikasiyaların açılması prosesinin praktiki mərhələyə keçdiyini göstərir. Bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib. Deputat Ermənistan Konstitusiya Məhkəməsinin TRIPP sazişi üzrə öhdəlikləri ölkə Konstitusiyasına uyğun hesab etməsini mühüm addım kimi qiymətləndirib. Onun sözlərinə görə, növbəti mərhələdə sazişin Ermənistan parlamentində ratifikasiya olunması gözlənilir. “Əsas məsələ qəbul edilən qərarların real icra mexanizmləri ilə müşayiət olunmasıdır”, – deyə A.Əlizadə vurğulayıb. Deputat qeyd edib ki, TRIPP layihəsi Azərbaycan-Ermənistan sülh gündəliyinin mühüm elementlərindən biridir: “Regionda kommunikasiyaların açılması yalnız nəqliyyat imkanlarının
Arzuxan Əlizadə: “Putin bununla əslində sətiraltı mesaj verir”
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edib. Bu barədə Ermənistan hökumətinin saytında məlumat yayılıb. “Hörmətli Nikol Vovayeviç, Ermənistan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə təbriklərimi qəbul edin. Sizə möhkəm cansağlığı və uğurlar, dost Ermənistan xalqına isə rifah və tərəqqi arzulayıram”, - Putin bildirib. Göründüyü kimi, Putin Paşinyanı Müstəqillik Günü münasibətilə təbrik edir, amma indiyə qədər onu seçkilərdə qazandığı qələbəyə görə təbrik etməyib. Halbuki, Ermənistanda keçirilən seçkilərdən 3 aydan çox vaxt keçib. Paradoksal deyilmi? Sözügedən məsələyə aydınlıq gətirən AMİP sədri,
AMİP Siyasi Şurasının iclası keçirilib
21 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının iclası keçirilib. İclasda cari məsələlərlə yanaşı, ölkədəki son ictimai-siyasi vəziyyət və təşkilati işlər müzakirə olunmuşdur. İclasın əsas gündəliyini son günlərdə Dairə Seçki Komissiyalarının (DSK) formalaşdırılması prosesi təşkil etmişdir.Ətraflı müzakirələr zamanı yerli təşkilatlardan daxil olan müraciətlər, eləcə də DSK-ların təşkili zamanı ortaya çıxan və araşdırılmasına ehtiyac duyulan ehtimallar hərtərəfli təhlil edilmişdir. Siyasi Şura üzvləri eyni zamanda Məntəqə Seçki Komissiyalarında (MŞK) da partiya nümayəndələrinin təmsilçiliyinin vacibliyini xüsusi vurğulamışlar. Müzakirələrin yekunu olaraq, yerli təşkilatlar
Arzuxan Əlizadə: “Qafqaz Albaniyasının tarixi irsi beynəlxalq platformalara çıxarılmalıdır”
Qarabağda Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın çoxəsrlik tarixinin mühüm səhifələrindən biridir. Bu irsin beynəlxalq səviyyədə tanıdılması üçün, ilk növbədə, emosional və siyasi yanaşmalardan daha çox elmi sübutlara, arxeoloji materiallara, yazılı mənbələrə və memarlıq tədqiqatlarına əsaslanmaq lazımdır. Bu sözləri Operativ Media-ya deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Qafqaz Albaniyası ilə bağlı mənbələrin müxtəlif elmi mərkəzlərdə araşdırılması və mövcud tədqiqatların sistemləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Məsələn, beynəlxalq elmi ədəbiyyatda Qafqaz Albaniyasının tarixi ilə bağlı əsas mənbələrdən biri kimi Movses Kalankatlıya aid edilən “Albaniya tarixi” əsərinə müraciət olunur: “Bu istiqamətdə