NIPA-30
a

September 2026

“İnsanların şəxsi avtomobildən imtina edib ictimai nəqliyyata üstünlük verməsi üçün ictimai nəqliyyat həm sürətli, həm rahat, həm təhlükəsiz, həm də vaxt baxımından etibarlı olmalıdır”. Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. Deputat Bakıdakı tıxaclardan şikayət edib. O hesab edir ki, yaranan problemlərin həlli üçün kompleks tədbirlər görülməlidir: “Bakıda ictimai nəqliyyat və tıxac problemi artıq sadəcə nəqliyyat məsələsi deyil, insanların gündəlik həyatına, iş rejiminə və sosial rifahına birbaşa təsir edən ciddi problemə çevrilib. Xüsusilə səhər və axşam saatlarında yollarda yaranan sıxlıq səbəbindən vətəndaşlar işə, təhsil

“İclasa ilk dəfə gecikdiyim üçün üzr istəyirəm, amma şəhərdəki tıxacları hələ də çözə bilməyənlər vətəndaşlardan üzr istəməlidir”. “Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Arzuxan Əlizadə bildirib. “Tıxaclar dözülməz həddə çatıb. Bu məsələni diqqətə almaq lazımdır. Gecikmələr xüsusilə iş yerlərində işçi ilə rəhbərlik arasında problemlərə səbəb olur”, - deputat qeyd edib. Deputat Elman Nəsirov da tıxaclarla bağlı narahatlığını dilə gətirib. “Son günlər Elmlər Akademiyası tərəfdə ciddi insan izdihamı görürəm. Bu məsələ çox ciddiləşib. Aidiyyəti qurumlar bu istiqamətdə təxirəsalınmaz

20 Sentyabr Azərbaycan tarixinin mühüm və əlamətdar günlərindən biridir. Bu tarix 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpa olunması ilə yadda qalıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də bu tarixi hadisənin dövlətçilik baxımından əhəmiyyətini göstərir. Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və ərazi bütövlüyünün qorunması istiqamətində əldə olunan nəticələrin simvolu kimi xüsusi məna daşıyır. Bu barədə AMİP.az-a açıqlama verən Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə qeyd edib ki, 20 Sentyabr

AMİP Qərargahında “Gənclər və Süni İntellekt” mövzusunda təlim keçirilib.Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında AMİP Gənclər Təşkilatının təşkilatçılığı ilə "Gənclər və Süni İntellekt: Gələcəyin Bacarıqları" adlı təlim-tədbir keçirilib. Tədbir 20 Sentyabr — Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününə təsadüf etdiyindən, ilk olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş əziz Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Seyranə Quliyeva rəşadətli Azərbaycan Ordusunun cəmi bir sutka ərzində həyata keçirdiyi unikal hərbi əməliyyatın Azərbaycan tarixinin qızıl səhifələrindən biri olduğunu xüsusilə vurğulayıb.Daha sonra təlim

“Azərbaycanın son illərdə keçdiyi tarixi yol təkcə hərbi qələbələr silsiləsi deyil. Bu, həm də güclü dövlət iradəsinin, uzunmüddətli strategiyanın və hərbi gücün siyasi nəticəyə çevrilməsinin nümunəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əvvəlcə işğal faktını aradan qaldırdı, sonra isə əldə etdiyi hərbi-siyasi üstünlüyü sülh gündəliyinə daşıdı”. Bunu Ölkə.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, bu mənada “müharibədə qalib gəldi, sülhdə də qalib gəldi” fikri Azərbaycanın son illərdəki dövlətçilik strategiyasının mahiyyətini ifadə edən siyasi tezis

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən ölkə ərazisində faydalı qazıntıların hasilatı və yer təki ehtiyatlarından istifadəyə nəzarətin gücləndirilməsi məqsədilə mütəmadi monitorinqlər həyata keçirilir. Monitorinqlərin əsas məqsədi mineral xammal ehtiyatlarından qanunvericiliyin tələblərinə uyğun və səmərəli istifadə olunmasını, hasilat prosesində qanunauyğunluğun və şəffaflığın təmin edilməsini, eləcə də yer təkinin mühafizəsinə nəzarətin gücləndirilməsidir. Baxışlar zamanı faydalı qazıntı yataqlarının mövcud vəziyyəti, hasilat işlərinin qanunvericiliyə uyğun aparılıb-aparılmaması, istifadə olunan ərazilərə dair sənədlərin mövcudluğu və fəaliyyətin yer təkinə və ətraf mühitə mümkün təsirləri araşdırılır. Xüsusilə qum-çınqıl, tikinti daşı və

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik rəhbərlərini qəbul edərkən dediyi “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” fikri müxtəlif siyasi sferalarda müzakirə edilir. Xüsusilə Mərkəzi Asiya və Türkiyə, eləcə də digər region ölkələrində bu tezisə diqqət çəkilir. Globalinfo.az-a danışan Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib ki, Azərbaycanın xarici siyasətində Türk dünyası xüsusi və strateji prioritet təşkil edir: “Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir və başqa ailəmiz yoxdur” fikri bu siyasətin mahiyyətini aydın şəkildə ifadə edir. Azərbaycan üçün Türk Dövlətləri Təşkilatı

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. Dövlət başçısı bununla bağlı deyib: “Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımızı döyüş meydanında bərpa etməli olduq. Lakin beynəlxalq mexanizmlər işləsəydi və BMT sistemi normal fəaliyyət göstərsəydi, - yeri gəlmişkən, ŞƏT çərçivəsindəki qısa çıxışım zamanı bu barədə də danışmışdım, çünki mövzu BMT və beynəlxalq təşkilatlarla bağlı idi, - ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq, bu qədər itki olmazdı”. Doğurdan da əgər BMT sistemi

Avropa ölkələrinin aparıcı müxalifət partiyaları ilə Azərbaycan Milli Məclisində təmsil olunan müxalifət siyasi qüvvələrin qanunvericilik təşəbbüslərinin müqayisəsi siyasi sistemlərin fərqli inkişaf mərhələlərini, institutların yetkinlik səviyyəsini və müxalifətin real təsir imkanlarını aydın şəkildə üzə çıxarır. Polşada Hüquq və Ədalət Partiyası (PiS), İspaniyada Xalq Partiyası (PP), Fransada Milli Birlik (Rassemblement National), Almaniyada Alternativ partiya (AfD) və Böyük Britaniyada Reform UK kimi qüvvələr müxalifətdə olsalar da, genişmiqyaslı, sistemli və ideoloji cəhətdən aydın formalaşmış qanunvericilik proqramları ilə çıxış edirlər. Onların təklifləri adətən konstitusiya islahatları, miqrasiya və sərhəd siyasətinin köklü

“19 sentyabr 2023-cü ildə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri dövlətimizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası baxımından müstəsna tarixi əhəmiyyət daşıyır”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bu hadisə uzun illər davam edən işğal və separatizm probleminin Azərbaycanın öz Konstitusiyası və beynəlxalq hüquq çərçivəsində həll olunması ilə nəticələndi:“44 günlük Vətən müharibəsi ilə ərazi bütövlüyümüzün böyük hissəsinin bərpa edilməsindən sonra 19 sentyabr zəfəri Qarabağ üzərində Azərbaycan dövlətinin suverenliyinin tam təmin