NIPA-30
a

July 2026

Əminəm ki, bu gün imzalanmış sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında söyləyib. Prezident İlham Əliyev deyib: “Biz artıq strateji dialoqun başlanmasını arzulayırdıq və buna nail olmuşuq”. Artıq Almaniya və Azərbaycan aradıbda siyasi dialoq başladı. Bu dialoqun əhəmiyyətini vurğulayan millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a bildirdi ki, Azərbaycan ilə Almaniya arasında strateji dialoqun başlanması iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. “Bu, onu göstərir ki, Azərbaycan artıq Avropanın aparıcı dövlətləri üçün təkcə

Hörmətli, Rauf bəy! Sizi 60 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Siz Azərbaycanın ictimai-siyasi həyatında fəal və prinsipial vətəndaş mövqeyinizlə, o cümlədən müstəqillik dövrü milli mətbuatımızın inkişafına əhəmiyyətli tövhələr vermiş parlaq bir imza sahibi olaraq tanınır və yüksək qiymətləndirilirsiniz. Azərbaycan milli-azadlıq hərəkatının ön sıralarında başlayan mübarizə yolunuz, "Yeni Müsavat"ı yaratmaq və 37 il ərzində ölkənin bu aparıcı media qurumuna rəhbərlik etmək kimi şərəfli bir missiya ilə davam etməkdədir. Azərbaycan mətbuatının çətin, lakin çətin olduğu qədər də şərəfli mərhələlərindən keçərək formalaşdırdığınız peşəkarlıq məktəbi isə bu gün də gənc jurnalistlər nəsli

Prezident İlham Əliyev Almaniya və Rusiya nümayəndələrinin Bakıda gizli görüş keçirməsi barədə məlumatlara münasibət bildirərək qeyd edib ki, bizə bu barədə Almaniya və Rusiya tərəfindən xəbər verilməyib: “Bakıda keçirilmiş dediyiniz görüşlərlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz “The Times” qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq və dünən mən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəmişəm ki, “The Times” qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox.

Prezident İlham Əliyev Almaniyanın Federal Kansleri Fridrix Merts ilə mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub.  Dövlət başçısı bununla bağlı deyib:  "Bu il biz həm Avropa İttifaqı Şurasının Prezidenti cənab Koştanın, həm Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenin Azərbaycana səfərlərinin şahidi olmuşuq. Bu səfərlərin çox böyük siyasi mənası var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri daha da gücləndirəcək".  “Cebheinfo.az”- a danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, Prezident İlham Əliyevin Avropa İttifaqı ilə münasibətlərə dair verdiyi mesaj Azərbaycanın xarici siyasət kursunun

12-14 iyulda Almaniyadan gələn iki nümayəndə heyəti Bakıda “Four Seasons” otelində Rusiya Prezidenti Vladimir Putinin ətrafına daxil olan iki şəxslə qapalı görüş keçirib. Nümayəndə heyətində Almaniyanın keçmiş kansleri Angela Merkelin dövründə Federal Kansler İdarəsinin rəhbəri olmuş Ronald Pofalla və Brandenburq əyalətinin sabiq baş naziri Matias Platsek olub. Rusiya tərəfini isə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının sədri Valeri Fadeyev və ölkənin keçmiş baş naziri Viktor Zubkov təmsil edib. Azərbaycan Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və

İsrailin baş naziri Binyamin Netanyahu Knessetdə “erməni soyqırımı”nın rəsmi tanınması ilə bağlı səsvermənin keçirilməsinin qarşısını alıb. İsrailin “Haaretz” qəzeti israilli mənbəyə istinadla yazır ki, bu, Azərbaycanın yüksək vəzifəli rəsmisinin müraciətindən sonra mümkün olub. İsrail hökuməti ötən ay "erməni soyqırımı"nın tanınmasını təsdiqləmişdi. Qərarın parlamentdə səsverməyə çıxarılması nəzərdə tutulsa da, bu, indiyədək baş verməyib. İsrailli mənbənin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev İsrailin baş nazir aparatı ilə əlaqə saxlayandan sonra belə qərar verilib. Onu da qeyd edək ki, İsrail tərəfi rəsmi olaraq bu məsələyə izah

Hörmətli media nümayəndələri, dəyərli jurnalistlər! ​Sizi Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası adından samimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə yeni-yeni uğurlar və tükənməz yaradıcılıq əzmi arzulayırıq. ​1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 151 il ərzində, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ictimai fikrin formalaşmasında və maarifçiliyin inkişafında, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. Mətbuat tariximizin şərəfli yolu bir daha

Son illər sosial şəbəkələrin sürətli informasiya axını media mühitində  xəbər istehsalının xarakterini də dəyişib.  Operativlik uğrunda rəqabət bəzi hallarda xəbərlərin kifayət qədər araşdırılmadan yayımlanmasına, təsdiqlənməmiş iddiaların şişirdilərək təqdim edilməsinə və hadisə ilə birbaşa əlaqəsi olmayan şəxslərin və ya dövlət qurumlarının hədəfə çevrilməsinə səbəb olur.Rəhbər şəxslərinin fotolarından istifadə edilməsi müzakirələrə yol açır. Bu yanaşmanın ictimai rəyə, dövlət qurumlarına inama və medianın etibarlılığına təsiri ilə bağlı suallar gündəmdədir. Bu barədə Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli Ekologiya.az-a açıqlamasında deyib ki, bəzən

İyulun 14-də Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində sonuncu iclası da başa çatdı və bununla da Milli Məclisin deputatları tətilə buraxıldı. Səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. İqtisadiyyat.az deputatların tətili harada keçirəcəkləri ilə bağlı sorğu keçirib. Deputat Arzuxan Əlizadə bildirib ki, Azərbaycanda istirahət etməyi düşünür: “Ölkə daxilində Azərbaycanın regionlarından birinə üz tutmağı hədəfləyirəm. Yəni ölkə xaricinə səfər nəzərdə tutulmayıb. Hələ ki, istirahətə çıxmamışam. Sözün açığı, partiyamızla bağlı işlərimiz var. Digər məsələlər də var ki, hələ ki, onların həll

ABŞ və İran arasında nüvə proqramı, sanksiyalar, regional təhlükəsizlik məsələləri ilə bağlı danışıqlar uzun illərdir davam etsə də, tərəflər arasında dərin etimadsızlıq qalmaqdadır. Məhz bu səbəbdən əldə olunan razılaşmalar çox vaxt uzunömürlü olmur və gərginlik yenidən hərbi müstəviyə keçir. Son olaraq da bənzər proseslər yaşandı. Tərəflər arasında danışıqlar getməsinə rəğmən, yenidən hərbi əməliyyatlara start verildi. Məsələ ondadır ki, ABŞ ilə İran arasında 2026-cı il iyunun 17-də imzalanmış İslamabad Razılaşması İranın 2026-cı il iyulun 6-da Hörmüz boğazında üç ticarət gəmisini hədəfə alması və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM)