NIPA-30
a

April 2026

"Əvvəl problemləri Fazil Mustafaya deyirdim, indi özüm həll etməyə çalışıram"Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP)  sədri Arzuxan Əlizadə Modern.az-a geniş müsahibə verib: -    Arzuxan müəllim, 2 ilə yaxındır ki, deputatsınız. Bu müddət bəzilərinə çox, bəzilərinə az gəlir. Siz nə deyə bilərsiniz? -    Vaxt sürətlə keçir. Gündəlik görüşlər, tədbirlər istər-istəməz vaxtı tezləşdirir. Geriyə baxanda elə bilirəm ki, 5-6 ay keçib. -    Milli Məclisdə İnsan hüquqları kimi önəmli komitənin sədr müavinisiniz. Son günlər bu komitədə süni intellektlə bağlı ciddi məsələlər müzakirə olunur. Sizcə, bu

“Avropa ölkələri müharibənin iqtisadi nəticələrinin ciddi olacağını nəzərə alırlar”. Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib: “Rusiya–Ukrayna müharibəsindən sonra Avropa ucuz enerji mənbələrindən məhrum olub və alternativ bazarlara yönəlib. Ərəb və Körfəz ölkələrindən enerji alınması artırılıb, Azərbaycan isə Avropanın enerji təhlükəsizliyində mühüm yer tutmağa başlayıb. İrana qarşı hərbi əməliyyatların başlanması bu prosesə yenidən mənfi təsir göstərib. Neft və qaz qiymətlərinin təxminən 60–70 faiz artması Avropa iqtisadiyyatına ciddi təsir edib. Almaniya, Fransa, İngiltərə və digər ölkələrdə yanacaq qiymətlərinin artması müşahidə olunur. Bununla yanaşı, bəzi Avropa ölkələri ABŞ və

Hörmətli Etibar bəy, Doğum gününüz münasibətilə Sizi dərin hörmət və səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.Sizin siyasi fəaliyyətiniz Azərbaycan xalqının Azadlıq mübarizəsinin ən şərəfli səhifələri ilə sıx bağlıdır. 1980-ci illərin sonlarından etibarən milli Azadlıq hərəkatının önündə dayanmağınız, xalqın azadlıq iradəsinin formalaşmasına verdiyiniz töhfələr və Azərbaycanın müstəqillik əldə etməsi yolunda göstərdiyiniz qətiyyət tariximizdə silinməz iz qoymuşdur.1990-cı illərin çətin və taleyüklü dövründə dövlət quruculuğu prosesində fəal iştirakınız, Milli Ordunun formalaşmasına verdiyiniz töhfələr, milli maraqların müdafiəsi istiqamətində qətiyyətli mövqeyiniz

1 aprel tarixi Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində zarafat, gülüş, aldatma günü kimi qeyd edilir.  Bu gün insanlar bir-birinə zarafat edərək, yalan xəbərlər yayaraq əylənirlər. Məhz bu günlə bağlı bir qisim millət vəkilinə başlarına gələn maraqlı hadisələri soruşduq. “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə bildirib ki, son illərdə 1 aprel ilə bağlı onu aldatmaq üçün ciddi zarafat cəhdləri olmayıb: “Nəsə yadıma gəlmir ki, son illərdə məni 1 aprel günü ilə bağlı zarafatla aldatma cəhdləri olsun. Amma əvvəllər belə hallar olub. Xüsusilə

“ABŞ–İsrail və İran müharibəsi çox ciddi prosesləri ortaya çıxarmış oldu. Donald Tramp nə qədər təzyiqlər göstərsə də, NATO ölkələri və Avropanın əsas aparıcı dövlətləri müharibəyə qatılmaqdan imtina ediblər”. Bu fikirləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib: “Rəsmi açıqlamalarda müxtəlif səbəblər göstərilsə də, əsas məsələ Avropa ölkələrinin öz dövlət maraqlarını önə çəkməsidir. Onlar müharibədə subyekt kimi iştirak etmək istəmirlər. Ukrayna–Rusiya müharibəsində Ukraynaya dəstək göstərdiklərini və iqtisadi çətinliklərin mövcudluğunu əsas gətirirlər. Lakin bu arqument daha çox bəhanə xarakteri daşıyır və əsas məqsəd müharibədən kənarda qalmaqdır”. Deputat əlavə edib ki,

“Üçüncü Dünya müharibəsinə doğru gedirik”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, bəzi adamlar baş verənləri belə adlandırır: “Ola bilsin ki, biz Üçüncü Dünya Müharibəsinə doğru gedirik. Hazırda şahidi olduğumuz hadisələr daha genişmiqyaslı münaqişəyə çevrilmə əlamətlərinə malikdir və bəziləri artıq bunu Üçüncü Dünya müharibəsi adlandırıb. İndiki hadisələr qlobal nizamın daha çox dağılmasına bənzəyir”. Lavrov onu da qeyd edib ki, yeni dünya düzənində liderlik mövqeləri uğrunda mübarizə son dərəcə ciddidir. O, bu prosesi ölüm-dirim müharibəsi adlandırıb: “Biz bunu demək olar ki, hər gün görürük.

“Erməni millətçiləri uzun illər boyu dənizdən-dənizə böyük Ermənistan xülyası ilə silahlanaraq azərbaycanlılara qarşı soyqırımlar həyata keçiriblər. 1905–1918-ci illərdə daha kütləvi və geniş coğrafiyanı əhatə edən qırğınlar faktiki olaraq azərbaycanlıların etnik təmizlənməsi prosesi ilə davam edib. Xüsusilə 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr daha faciəvi xarakter alıb. Həmin dövrdə Bakı Kommunasının bilavasitə mandatını alan daşnaklar bir neçə ay ərzində Bakı quberniyasında, Şamaxıda, Qubada, eləcə də Zəngəzur, Xaçmaz və Lənkəranda genişmiqyaslı qətliamlar törədiblər. Qısa müddət ərzində 30 mindən çox azərbaycanlı qətlə yetirilib, minlərlə insan isə

Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün qonşu dövlətlərlə, o cümlədən İranla normal qonşuluq münasibətlərində olmağa üstünlük verdiyini bəyan edib. Biz bu illər ərzində, əvvəllər nə baş verməsindən asılı olmayaraq, bütün qonşularımızla dost münasibətlərini qorumağa çalışmışıq. Lakin bu münasibətlərə xələl gətirən, dostluğu pozmağa çalışan tərəf hər dəfə İran olub. Bu fikirləri Tribuna.az-a millət vəkili Arzuxan Əlizadə İran-Azərbaycan münasibətləri barədə danışarkən deyib. Deputat əlavə edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq İran Azərbaycana qarşı xoş olmayan münasibət sərgiləməyə başlayıb: “Sözdə din qardaşı olduğumuzu desələr də, 30 il ərzində İran daim