Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi baza mövcuddur – RƏY
Son illər beynəlxalq təşkilatların müxtəlif hesabatlarında Azərbaycanla bağlı irəli sürülən bəzi iddialar ölkə ictimaiyyəti və rəsmi qurumlar tərəfindən birmənalı qarşılanmır. Xüsusilə, media sahəsi ilə bağlı hazırlanan sənədlərdə yer alan bəzi yanaşmaların obyektivlikdən uzaq olduğu, ölkədə həyata keçirilən islahatların və qanunvericilik dəyişikliklərinin mahiyyətinin düzgün qiymətləndirilmədiyi tez-tez vurğulanır. Bu baxımdan, bəzi beynəlxalq strukturların mövqeyinin siyasi və qərəzli xarakter daşıdığı barədə fikirlər səsləndirilir. Avropa Şurası tərəfindən jurnalistlərin təhlükəsizliyi və media azadlığı ilə bağlı yayımlanan hesabatda Azərbaycanla bağlı yer alan bəzi məqamlar da reallığı əks etdirməyən və birtərəfli
Birliyimizdən narahat olan qüvvələr var – Arzuxan Əlizadə
Son günlərdə Türkiyə mətbuatında Azərbaycanla bağlı xoşagəlməyən proseslərin şahidi olduq. Mövcud mənzərəyə istər ölkə daxilində, istərsə də qardaş Türkiyədə rəsmi olaraq kəskin etiraz bildirildi. Strateji müttəfiqlik münasibətlərinə xələl gətirmək istəyən qüvvələrə qarşı sarsılmaz birlik bir daha nümayiş etdirildi. Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Arzuxan Əlizadədir. – Son günlər Türkiyə mediasında Azərbaycanı hədəf alan bəzi materiallara rast gəlinir. Bu məsələ ilə bağlı hətta Türkiyə Böyük Millət Məclisi də bəyanatla çıxış edib. Sizcə, bu prosesin arxasında hansı məqsədlər dayanır? - İlk olaraq demək istəyirəm ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir
İpoteka niyə hər kəs üçün əlçatan deyil? – AÇIQLAMA
"Təəssüf ki, ipoteka kreditləri bu gün hər kəs üçün əlçatan deyil. Xüsusilə gənclər üçün bu imkan daha məhduddur. Çünki gənclər arasında işsizlik problemi və ya bir çox hallarda əməkhaqları ipoteka kreditlərinin aylıq ödənişlərini qarşılamaq üçün yetərli olmur. Bu səbəbdən ipoteka fonduna ayrılan vəsait artırılmalıdır ki, daha çox insan bu imkanlardan yararlana bilsin". Bu sözləri Missiya.Az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, digər mühüm məsələ isə ipoteka kreditlərinin faiz dərəcələridir: "Bir çox Avropa ölkələri, eləcə də bəzi qonşu dövlətlərlə müqayisədə Azərbaycanda ipoteka faizləri daha yüksəkdir. Hazırda əsas
Afsəddin Nəbiyev: “Zəngəzur dəhlizi hələ hazır olmadığı üçün Paşinyan mövcud olan alternativ marşrut təklif edir”
Ermənistan mövcud infrastrukturdan istifadə edərək Kornidzor-Gorus-Yeğeqnadzor-Yerask marşrutu üzrə Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil əlaqələri yaratmağa hazırdır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentində çıxışında bildirib. “Təklifimiz heç bir şəkildə Vaşinqton razılaşmalarını gecikdirmək, pozmaq və ya görməzdən gəlmək məqsədi daşımır və mən bunu rəsmi olaraq bildirirəm. Biz bu təklifi irəli sürürük, çünki özümüz Azərbaycan dəmir yollarından alternativ şəkildə istifadə edirik. Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə əlaqə qurmağı səbirsizliklə gözlədiyi kimi, biz də Naxçıvan vasitəsilə Ermənistanın cənubu
Bakı faktoru ilə hesablaşan Brüssel: Strateji tərəfdaşlığın yeni mərhələsi
“Müasir beynəlxalq sistem mürəkkəb geosiyasi qarşıdurmalar, enerji bazarlarında qeyri-müəyyənlik və qlobal ticarət marşrutlarının yenidən formalaşması ilə xarakterizə olunur. Belə bir şəraitdə Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycan, Avropa üçün strateji əhəmiyyət daşıyan tərəfdaş kimi ön plana çıxır. Bakı ilə Brüssel arasında əməkdaşlığın son illərdə daha da dərinləşməsi həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-logistika sahələrində yeni imkanlar açır”. Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu Deputat bildirib ki, Avropa üçün enerji təhlükəsizliyi məsələsi xüsusilə son illərdə qlobal siyasi gərginliklər fonunda daha da aktuallaşıb: “Enerji
Rəşad Bayramov: “İranla Azərbaycan arasında baş verənləri tək bir səbəblə izah etmək mümkün deyil”
Çox qəribə vəziyyət yaranıb. Azərbaycan və Türkiyə prezidentləri İran prezidenti Məsud Pezeşkianla telefonla danışırlar, ölənlərə başsağlığı verirlər, seçilən yeni dini lideri təbrik edirlər. Bütün bunlardan bir-iki saat sonra isə İran ərazisindən qonşu ölkələrə yenə dron atılır. Söhbət bu danışıqlardan sonra İranın Türkiyəyə atdığı raketdən gedir. Azərbaycan və Türkiyə müharibənin əleyhinədirlər, danışıqlara üstünlük verir və İranın ərazi bütövlüyünü dəstəkləyirlər. Görünən odur ki, hansısa qüvvələr İranı Azərbaycanla və Türkiyə ilə müharibəyə, toqquşmaya çəkmək istəyir. Maraqlıdır, Türkiyə və Azərbaycanı İranla müharibəyə çəkməkdə hansı beynəlxalq qüvvələr maraqlı ola bilər? Sözügedən
İranın yeni ali dini liderinin Azərbaycana münasibəti necə olacaq? – ŞƏRH
"Əvvəldən də bu barədə proqnozum var idi ki, Müctəba Xameneni yeni ali dini lider seçiləcək. Bunu onunla əsaslandırmışdım ki, Müctəba Xamenei SEPAH-a daha yaxındır. SEPAH daxilində öz sərtliyi ilə seçilir və ciddi nüfuza malikdir. Həm də növbəti seçimdə maraqları daha lazımi səviyyədə təmin edən edə biləcək bir şəxs kimi də Müctəba Xameneiyə üstülük verilməli idi. Həm SEPAH-dakı gücü baxımından, eyni zamanda atasının qisasını sona qədər almaq məqsədi baxımından SEPAH-a daha əlverişli namizəd idi" Bu sözləri Sitat.info-ya açıqlamasında millət vəkili Arzuxan ƏIizadə deyib. O bildirib ki, Müctəba Xamenei Azərbaycanla bağlı məsələdə
AZƏRBAYCAN MİLLİ İSTİQLAL PARTİYASININ TƏBRİKİ
Hörmətli xanımlar, əziz analar və bacılar!Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərliyi və bütün partiya üzvləri adından səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti və fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.Azərbaycan qadını tarix boyu milli məfkurəmizin qorunmasında, mənəvi dəyərlərimizin nəsildən-nəslə ötürülməsində və dövlətçilik ənənələrimizin möhkəmlənməsində misilsiz rol oynamışdır. Xalqımızın azadlıq mübarizəsində nümayiş etdirdiyiniz sarsılmaz iradə və fədakarlıq, bu gün müstəqil Azərbaycanın tərəqqisi naminə göstərdiyiniz xidmətlər hər birimiz üçün qürur mənbəyidir.Ölkəmizin ictimai-siyasi həyatında qadınların fəal iştirakı demokratik cəmiyyət