Rəşad Bayramov: “Fransada Azərbaycana yanaşmanın qısa müddət ərzində köklü şəkildə dəyişməsi inandırıcı deyil”
Prezident İlham Əliyev Azərbaycanla Fransa arasında dövlətlərarası münasibətlərdə yeni dövrün başlandığını bəyan edib. Bu barədə Azərbaycan Prezidenti fransalı həmkarı Emmanuel Makrona Fransanın Milli bayramı münasibətilə göndərdiyi təbrikdə deyib: “Sizinlə son telefon danışıqlarımız və keçən il Kopenhagendə görüşümüz zamanı Azərbaycan-Fransa gündəliyində duran məsələlər, ikitərəfli əlaqələrimizin bugünkü vəziyyəti və gələcək perspektivlərinə dair apardığımız səmərəli müzakirələr dövlətlərarası münasibətlərimizin tarixində yeni dövrün başladığını söyləməyə əsas verir”. Maraqlıdır, Fransa bu fürsəti doğru dəyərləndirəcəkmi? Gələn ilin mayında Makronun prezidentlik müddəti bitir. O, bunu nəzərə alacaqmı? Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP
Qarabağ beynəlxalq əməkdaşlıq və inkişaf platformasına çevrilib
Son dövrlərdə Avropa liderlərinin Şuşaya səfərlərinin intensivləşməsi, eləcə də Avropa şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələrin sayının artması Qarabağın regional əməkdaşlıq üçün yeni imkanlar yaratdığını göstərir. Bu baxımdan, Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri və Şuşada Prezident İlham Əliyevlə keçirdiyi görüş bir daha təsdiqləyir ki, Qarabağ artıq təkcə bərpa və yenidənqurma məkanı deyil, həm də Azərbaycanın beynəlxalq diplomatiyasının mühüm platformalarından birinə çevrilib. Dövlət başçılarının Şuşada mətbuata birgə bəyanatla çıxışı zamanı Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycanın regional və beynəlxalq əhəmiyyətinə diqqət çəkərək bildirib: “Azərbaycan mühüm
“Xalqın iradəsi hər cür qanunsuz müdaxilədən daha güclüdür” – DEPUTAT
“Bu gün Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhdin qarşısının alınmasının 10-cu ildönümüdür”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, 15 iyul 2016-cı ildə türk xalqı böyük qəhrəmanlıq göstərdi:“Bu tarix təkcə qardaş Türkiyənin deyil, bütün türk dünyası üçün demokratiyanın, milli iradənin və dövlətçiliyin qorunmasının rəmzi kimi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan da həmin çətin gecədə ilk andan etibarən qardaş Türkiyənin yanında olduğunu qəti şəkildə bəyan etdi. Bu mövqe iki ölkə arasında münasibətlərin “Bir millət, iki dövlət” prinsipi üzərində
“Orta güc” kimi Avrasiyanın ciddi aktoruna çevrilən Bakı
“Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana rəsmi səfərini yalnız iki ölkə arasında münasibətlərin inkişafı deyil, həm də daha geniş geosiyasi mənzərənin tərkib hissəsidir. Bu səfər Azərbaycan ilə Avropa arasında formalaşan yeni strateji əməkdaşlıq modelinin növbəti mərhələsini ifadə edir”. Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O əlavə edib ki, bu gün Avropanın Azərbaycana artan marağı təsadüfi deyil: “Bu, son illərdə qlobal və regional geosiyasi proseslərin dəyişməsi, Avropanın enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı yeni çağırışlarla üzləşməsi, eyni zamanda Prezident İlham Əliyevin uzun illər ardıcıl şəkildə həyata keçirdiyi
Deputat: “Azərbaycanın müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarını gündəmə çıxarması Fransada ciddi narahatlıq yaradır”
“Prezident İlham Əliyevin Şuşada keçirilən IV Qlobal Media Forumunda səsləndirdiyi fikirlər bir daha göstərir ki, beynəlxalq münasibətlər sistemində “insan hüquqları” anlayışı bəzi Qərb dövlətləri tərəfindən seçici və siyasi alət kimi istifadə olunur. Azərbaycan uzun illər ərzində əsassız ittihamlarla üzləşib, müxtəlif beynəlxalq platformalarda ölkəmizə təzyiq göstərmək cəhdlərinin şahidi olub. Halbuki eyni dairələr öz maraqlarına uyğun gələn hallarda oxşar və ya daha ciddi insan hüquqları pozuntularına göz yumurlar. Bu yanaşma beynəlxalq hüququn fundamental prinsipləri ilə ziddiyyət təşkil edir və ikili standartların bariz nümunəsidir. Fransa bunun ən
“Qərəzli təbliğat Qarabaqdakı reallıqlar qarşısında iflasa uğrayır” – Arzuxan Əlizadə
“IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, informasiya diplomatiyasının və qlobal dialoq təşəbbüslərinin növbəti mühüm göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin Şuşada bir araya gəlməsi Azərbaycanın artıq təkcə regionun deyil, beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olan dövlətlərdən birinə çevrildiyini təsdiqləyir. Forumun məhz Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Bu, həm Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dünyaya nümayişi, həm də işğaldan azad olunmuş torpaqlarda həyatın tam bərpa olunduğunu göstərən mühüm mesajdır”. Bu fikirləri Patrul.az-a açıqlamasında Milli
Avropa Şurasından birdəfəlik çıxırıq? – Siyasilər prezidenti dəstəkləyir
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı bildirib ki, Azərbaycan Avropa Şurasından (AŞ) tam çıxmağı nəzərdən keçirir. İlham Əliyev Azərbaycan Avropa Şurasından tam şəkildə çıxsa, ölkəmizdə heç kəsin bunu hiss etməyəcəyini bildirib: “Yəni burada çox şey dəyişməyəcək, bəlkə də bundan daha yaxşı olacaq”. Dövlət başçısı qeyd edib ki, Avropa Şurasının Parlament Assablemsiyasında vaxtı ilə başqa bir mənzərə vardı: "Mən təəssüf edirəm ki, belə bir hal baş verib. 2023-cü ildə