NIPA-30
a

June 2026

“Ermənistanda keçirilən son seçkilərin nəticələri ölkə daxilində mövcud olan siyasi və ictimai parçalanmanı bir daha üzə çıxardı. Seçkilərin yekunları göstərdi ki, seçicilərin əhəmiyyətli hissəsi sülh və regional əməkdaşlıq xəttinə dəstək versə də, cəmiyyətdə revanşist düşüncə tamamilə aradan qalxmayıb. Müxtəlif qiymətləndirmələrə görə, seçicilərin təxminən 30-40 faizi hələ də keçmiş münaqişə ritorikasına üstünlük verən siyasi qüvvələrə səs verib. Bu isə Ermənistan cəmiyyətində sülh gündəliyinin tam şəkildə qəbul edilmədiyini göstərən ciddi siqnaldır”.  Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O əlavə edib ki, məhz bu reallıq Azərbaycan üçün də

Hazırda etibarlı beynəlxalq mənbələrdə BCM-nin (Beynəlxalq Cinayət Məhkəməsi) baş prokuroru Kərim Xan haqqında porno videoların yayıldığını təsdiqləyən məlumat yoxdur. Amma son günlər yayılan xəbərlər onun barəsində uzun müddətdir araşdırılan cinsi xarakterli davranış ittihamları ilə bağlıdır. Bu ittihamlar fonunda o, vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb və məsələyə BCM-yə üzv dövlətlər tərəfindən baxılacağı açıqlanıb. Xan ittihamları rədd edir və özünü təqsirsiz hesab edir. İnternetdə və sosial şəbəkələrdə son vaxtlar tanınmış şəxslər haqqında saxta videoların, montaj edilmiş görüntülərin və süni intellekt vasitəsilə hazırlanmış materialların yayılması halları tez-tez baş verir. Hazırda

ABŞ Nümayəndələr Palatası Gürcüstanda Rusiya və Çin kəşfiyyatının fəaliyyətinə dair hesabat hazırlanması haqqında qanun layihəsini qəbul edib. Bu addım hakim “Gürcü Arzusu” partiyasının rəhbərliyi altında rəsmi Tbilisinin yürütdüyü siyasi kursdan Vaşinqtonun getdikcə daha çox narahat olduğunu göstərən növbəti ciddi siqnaldır. “Qafqazda Çinin nüfuzuna qarşı mübarizə aktı” adlı qanun layihəsi iyunun 8-də Nümayəndələr Palatasında sürətləndirilmiş prosedurlarla müzakirəyə çıxarılaraq hər iki partiyanın dəstəyi ilə qəbul edilib. Sənəd Gürcüstandakı Rusiya və Çin kəşfiyyat şəbəkələrinin araşdırılmasını, Moskva və Pekinin əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsini, həmçinin Vaşinqtonun Tbilisi ilə gələcək münasibətlər strategiyasına

Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə parlamentdə təmsil olunan və dövlət büdcəsindən maliyyələşən müxalifət partiyalarının fəaliyyətinin hiss olunmaması barədə iddialara münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı məsələ “Siyasi partiyalar haqqında” qanunla tənzimlənir. A.Əlizadə bildirib ki, parlamentdə təmsil olunan partiyalar hansı qaydada maliyyələşirlərsə, hamısı qanunvericilikdə nəzərdə tutulub: “Yeni qəbul olunmuş qanunun tələblərinə müvafiq olaraq, o cümlədən parlamentdə təmsil olunmayan partiyalar da müəyyən məbləğdə maliyyə vəsaiti ilə dövlət büdcəsindən maliyyələşirlər. Bu, olduqca doğru yanaşmadır. Uzun müddət ərzində belə

Yay mövsümü bir çox sahələrdə fəaliyyət tempinin nisbətən azalması ilə xarakterizə olunsa da, partiyalar bu dövrdə də fəaliyyətlərini davam etdirirlər. Bəzi partiyalar yayda təşkilati məsələlərə, regional səfərlərə və gənclərlə bağlı layihələrə üstünlük verir, digərləri isə fəaliyyətlərini daha çox onlayn formatda həyata keçirir. Bəs ölkəmizdəki partiyalar yay mövsümündə hansı planları reallaşdırmağı nəzərdə tuturlar? Bu suala cavab tapmaq üçün Bakıvaxtı.az olaraq partiya rəhbərlərinə müraciət etdik. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə saytımıza deyib ki, yay ayları olmasına baxmayaraq, hərzamankı kimi planlaşdırdıqları fəaliyyətləri həyata keçirməyə davam edəcəklər: “Bu fəaliyyətlər çərçivəsində Ali Məclisin

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Beyin Mərkəzlərinin Forumunun birinci günündə (2026 SCO Think Tank Forum) plenar sessiyada çıxışı zamanı bildirib ki, Azərbaycanın tərəfdaş statusunu yüksəltmək istəyi bir üzv dövlət tərəfindən bloklanır. Azərbaycanı bloklayan hansı ölkədir? Millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a bildirdi ki, F.Şəfiyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qəbulunun bir ölkə tərəfindən bloklandığını deyib, amma ad çəkməyib. “O, bu ölkənin adı çəkməyib. Ehtimal etmək olar ki, bu ölkə Hindistandır. Hindistanın bu məsələdə Azərbaycanın ŞƏT-də iştirakını bloklaması birmənalı olaraq