“Etimadı doğrultmayan kadrlar yenilənir” – DEPUTAT
"Azərbaycan dövləti son illərdə ciddi siyasi və iqtisadi uğurlar əldə edib. Bu nailiyyətlər yalnız mərkəzi səviyyədə qəbul olunan qərarlarla deyil, eyni zamanda həmin qərarların effektiv və ardıcıl icrası ilə mümkün olub. Çünki istənilən strategiyanın real nəticə verməsi üçün onun düzgün icrası əsas şərtdir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev vəzifəyə təyin etdiyi kadrlara mütəmadi olaraq xalqın yanında olmağı, özlərini dövlət məmuru deyil, xalqın xidmətçisi kimi görməyi tövsiyə edir: "Dövlət qulluğunun əsas missiyası xalq–dövlət birliyini möhkəmləndirmək, insanların sosial
İcra hakimiyyətləri və bu qurumların fəaliyyəti genişlənəcək
İnsan hüquqları komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilən “Uşaq hüquqları haqqında” yeni qanun layihəsi uşaq müdafiəsi sahəsində yeni mexanizmlərin formalaşdırılmasını gündəmə gətirib. Layihəyə əsasən çətin həyat şəraitində olan uşaqların vaxtında aşkarlanması üçün səlahiyyətli qurum müəyyən ediləcək. Məsələ ilə bağlı Modern.az-a danışan İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə bildirib ki, yeni qanun layihəsində əsas yeniliklərdən biri çətin həyat şəraitində olan uşaqların aşkarlanması və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. Deputat vurğulayıb ki, bu uşaqların müəyyənləşdirilməsi və gələcək taleyi ilə bağlı qərarların qəbulu müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə
Paşinyandan ermənilərin katolikosuna AĞIR ZƏRBƏ – Revanşistlərin son dayağı belə MƏHV EDİLİR
Ermənistanda baş nazir Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında uzun müddətdir gedən qarşıdurma tədricən məntiqi sonluğa çatmaq üzrədir. Artıq II Qareginə qarşı cinayət işi açılıb. Onun əsasında da ermənilərin dini liderinin ölkəni tərk etməsinə qadağa qoyulub. Bu barədə məlumat verən vəkil Ara Zoqrabyan qeyd edib ki, həmin addım keşiş Arman Saroyanla bağlı məhkəmə aktının icrasına mane olmaq barədə ittihamla əlaqəlidir. Görəsən, Paşinyan seçkiöncəsi revanşistlərin son dayağını sıradan çıxara biləcək? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirir ki, katolikosa qarşı açılan cinayət işi seçkilərə qədər öz
ABŞ-İran dialoqu: “Azərbaycan sabitliyin təmin olunmasında maraqlıdır”
Azərbaycan regionda sabitliyin tərəfdarı olaraq İran–ABŞ münasibətlərində dialoqun bərqərar olmasına maraq göstərir. “Xalq Cəbhəsi”nə açıqlama verən deputatlar bildirib ki, İran Azərbaycanın cənub qonşusu və xarici siyasətində önəmli ölkədir. Hazırda Tehran və Vaşinqton arasında danışıqlar aparılır, amma hələ ciddi razılıq əldə edilməyib və proses strateji ehtiyatla davam edir. Deputat Arzuxan Əlizadə diqqətə çatdırıb ki, İran-Amerika münasibətləri hazırda qərgin fazada davam etməkdədir: “Əslində, danışıqlar baş tutmuş kimi görünür, amma istənilən halda məsələ burasındadır ki, hələ ciddi bir razılıq əldə edilməyib”. Millət vəkili qeyd edib ki, əvvəlki dönəmlərdə hətta
Azərbaycanda yeni vəzifə yaradılır – Prezidentin tapşırığının detalları
Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı müşavirədə süni intellektlə bağlı sözləri diqqət çəkib. Ölkə başçısı bildirib ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın. Dövlətin kadr bazası necədir? Bu qədər vəzifəyə insan cəlb etməyə imkanlar yetərincədirmi? Yeni nazir müavinləri biznes strukturlarından cəlb ediləcək? Globalinfo.az-a danışan deputat Arzuxan Əlizadə deyib ki, Azərbaycanda idarəetmədə müasir texnologiyaların tətbiqi prioritet istiqamətlərdən birinə çevrilib: “Son müşavirədə Prezident İlham Əliyev bu sahə ilə bağlı təklif və tapşırıqlarını səsləndirib. Qeyd olunub ki, son dövrdə bir sıra nazirlik və dövlət qurumlarında müxtəlif rəqəmsal
Əli Kərimli planının pərdəarxası – ŞƏRH
Azərbaycanın siyasi sferasında bir neçə şəxsin xarici ölkələrin xüsusi xidmət orqanları ilə gizli əməkdaşlıq quraraq dövlət hakimiyyətinin ələ keçirilməsi planlarını müzakirə etməsi barədə iddialar ciddi rezonans doğurub. Yayılan məlumatlara görə, həmin şəxslər Əli Kərimlinin hakimiyyətə gətirilməsi üçün xarici qüvvələrin təşkilati və xüsusi resurslarından yararlanmaq məqsədilə müraciət ediblər. Bildirilir ki, tərəflər arasında əldə olunan razılaşmaya əsasən, Əli Kərimli hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanın mərhələli şəkildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tam üzv qəbul edilməsini öhdəsinə götürüb. Məsələ ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Azərbaycan hüquqi dövlətdir: "Konstitusiya
STM nələri dəyişdi? – 7 ilin HESABATI
Bu gün Sosial Tədqiqatlar Mərkəzinin 7 yaşı tamam olur. Əsas missiyası Azərbaycanda sosial proseslərin sistemli təhlili, ictimai rəyin öyrənilməsi və dövlətin strateji qərarlarının elmi əsaslarla dəstəklənməsi olan Mərkəz tərəfndən 2019-2026-cı illər ərzində ölkənin 14 iqtisadi rayonunu və 153.200 respondenti əhatə edən 171 sosioloji sorğu (o cümlədən 161 yerli, 10 beynəlxalq) layihəsi həyata keçirilmişdir. Eyni zamanda keyfyyət əsaslı tədqiqatlara 600-ə yaxın respondent cəlb edilib. 7 il ərzində Mərkəz əməkdaşları tərəfndən 160-dan çox analitik hesabat, 900-dən çox arayış, təhlil və təklif sənədi hazırlanmışdır. Fəaliyyəti dövründə STM