AMİP-30
a

Author: admin_amip

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, onun ölkəsi Bakı ilə Yerevan arasında sülh sazişinə vasitəçilik etməyə və Azərbaycanın Ermənistanı “işğal etməsinin qarşısını almağa” çalışır. Rubio ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə komitənin ermənipərəst iki üzvünün suallarını cavablandırarkən belə bir eskalasiyanın "real risk" olduğunu deyib. "Biz hələ bu barədə yekun qərar verməmişik, çünki hazırda diqqətimizi onların sülh sazişinə razılaşmasına yönəltmişik - elə bir saziş ki, bu da onların qonşu ölkə olan Ermənistanı işğal etməsinə səbəb olmasın",- Rubio cavab verib. "Biz bunun baş verməsinin qarşısını almaq istəyirik. Prezident Tramp

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana səfəri zamanı verdiyi açıqlamalar bir sıra mühüm geosiyasi və hüquqi aspektləri gündəmə gətirib.  Xüsusilə də Ermənistanla münasibətlərin gələcək taleyi, sülh müqaviləsinin imzalanması prosesinin niyə bu qədər uzandığı və əsas maneələrin nədən ibarət olduğu ictimai və siyasi diskussiyalarda yeni mərhələyə keçidi göstərir. Prezidentin çıxışında konstitusiyaya dəyişiklik başda olmaqla Ermənistanın öhdəliklərdən yayınması, ATƏT-in Minsk qrupunun formal ləğvi, işğalda qalan Azərbaycan kəndləri və təzminat kimi vacib detallara toxunulması bu istiqamətdə Azərbaycanın mövqeyinin nə qədər prinsipial və ardıcıl olduğunu bir daha təsdiqlədi.  "Azərbaycan Prezidenti cənab İlham

Macarıstan Azərbaycana dost ölkələrdən biridir. Eyni zamanda, dövlətlərimiz və millətlərimiz arasında bir çox oxşarlıqlar da vardır. Azərbaycan prezidenti Macarıstana səfəri çərçivəsində verdiyi açıqlamalarda bu məsələlərə diqqət çəkmiş oldu və eyni zamanda, xüsusi olaraq onu da vurğuladı ki, Macarıstan Prezidenti Viktor Orbanın yürütdüyü siyasət tam mənası ilə hansı platformada olmağından asılı olmayaraq dövlət və milli maraqlara xidmət edir. Bu barədə Bizimyol.info xəbər portalına danışan Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə açıqlamasında bildirib ki, Macarıstan Avropa İttifaqının üzvüdür və bu mötəbər təşkilatın üzvü olmaqla yanaşı,

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Görüşdə 71 bənddən ibarət Bəyannamə imzalandı. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış sənədlə dövlət başçıları türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional

Azərbaycan Milli İstiqlal Partiyası Ali Məclisinin iclası keçirilib. İclasda keçən dövr ərzində qəbul olunmuş qərarların icrası və Partiyanın fəaliyyəti, görülən işlər və qarşıdakı vəzifələrlər bağlı məlumatlar verilib və müzakirələr aparılıb.AMİP XIII Qurultayının çağırılması və rayon (şəhər) təşkilatlarında hesabat seçki konfranslarının keçrilməsi ilə bağlı qərar qəbul olunub. Konfransların keçirilməsi və Qurultaya nümayəndəlik norması ilə bağlı təlimatlar müzakirə olunaraq qəbul olunub.

Litva hökuməti gürcü diplomatları və rəsmiləri üçün vizasız rejimin ləğvi haqqında qətnaməni təsdiqləyib. Qətnamə Avropa İttifaqı (Aİ) Şurasının Gürcüstan rəsmiləri və diplomatları üçün viza rejiminin sərtləşdirilməsi ilə bağlı yanvarda qəbul edilmiş qərarına əsasən qəbul olunub. Daha əvvəl Estoniya hökuməti Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimi ləğv edib. Litva, Latviya və Estoniya ilk olaraq Gürcüstan hökumətinə qarşı sanksiyalar tətbiq edib. Avroittifaq son vaxtlar Orta Asiyanın enerji resursları və nəqliyyat daşımalarında Rusiyadan yan keçən mərşrutlara üstünlük verir, o biri tərəfdən Gürcüstana sanksiyalar tətbiq edir. Orta Dəhliz, enerji

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti seçkilərdə namizəd olmayacağını açıqlayandan sonra onun yerinə ən real namizədlərin kim olması barədə müzakirələr genişlənib. Bu barədə Demokrat.az-a danışan AMİP sədri, deputat Arzuxan Əlizadə bildirib ki, əgər Ərdoğan belə bir açıqlama verdisə, mütləq bir varisi var: “Ərdoğan əslində Türkiyə qanunvericiliyinə əsasən, növbəti seçkilərdə iştirak edə bilər. Əgər növbədənkənar seçkilər olsa, namizəd ola bilər. Türkiyədə növbəti seçkilərin öz zamanında, yoxsa növbədənkənar olacağını proqnozlaşdırmaq mümkün deyil. Əgər Ərdoğan namizəd olmayacağını deyirsə, deməli özünün varis planı var. Bir neçə nəfərin adı hallanır. Bu sırada Hakan

“Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”. Bu sözləri 21 mayda Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev deyib. Dövlətimizin başçısı vurğulayıb ki, son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur: “Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq

Türkiyə hökumətinin PKK-nın tərksilahı ilə bağlı atdığı son addımlar bir sıra xarici qüvvələri əməlli-başlı çaşdırıb. Onlar hər vəclə çalışırlar ki, terror problemi birdəfəlik başa çatsın. Xatırladaq ki, “Terrorsuz Türkiyə” prosesində PKK-nın tərksilahının 4 aya tamamlanması gözlənilir. Lakin Ankara İsrail və İranın “Terrorsuz Türkiyə” hədəfinə zərər verə biləcəyini nəzərə alaraq bu barədə hər iki ölkəyə sərt şəkildə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd edilir ki, həmin güclər prosesə əngəl olacaqları təqdirdə, Ankara bunu müharibə səbəbi kimi qiymətləndirəcək və sərt şəkildə reaksiya verəcək. Məlumatda deyilir ki, İsrail kürdləri bölgədə proksi qüvvəyə çevirməyə çalışır,