Arzuxan Əlizadə: “Heç bir güzəştdən söhbət gedə bilməz” – MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin TNS-ə müsahibəsini təqdim edirik: - Arzuxan bəy, dəvətimizi qəbul edib redaksiyamıza gəldiyinizə görə sizə təşəkkür edirik. Söhbətimizə bu yaxınlarda ABŞ-yə səfərinizdən başlayaq. ABŞ Respublikaçılar Partiyasının ev sahibliyi, Beynəlxalq Demokrat İttifaqı (IDU) və ABŞ Liderlər İnstitutunun təşkilatçılığı ilə Vaşinqtonda keçirilmiş “IDU Forum-2024”ə qatılmısınız. Beynəlxalq tədbirə necə dəvət olunmuşdunuz, orada iştirakınızı uğurlu hesab edirsinizmi? - Biz AMİP olaraq, 1999-cu ildən sağ mərkəz yönümlü partiyaları özündə birləşdirən, 80-dən çox ölkədən 100-dən çox təşkilatın təmsil olunduğu Beynəlxalq Demokrat İttifaqının
Arzuxan Əlizadə: “Düşünmürəm ki, hakimiyyət Zurabişvilinin həbs edilməsinə getsin”
Məlum olduğu kimi, Gürcüstanda siyasi proseslər səngimir. Bu arada Euronews kanalının yaydığı məlumata görə, Tbilisidə xüsusilə azərbaycanlılar, ermənilər və digər milli azlıqlar da ölkədə dərin siyasi islahatlar tələbi ilə birlik aksiyasına qoşulurlar. Yəni Qərb təbliğatı artıq Gürcüstanda milli azlıqların da bu prosesə qoşulduğunu geniş şəkildə təbliğ etməyə başlayıb. Həmçinin milli azlıqları da bu prosesə təşviq etmək istəyirlər. Gürcüstanda bu və ya digər siyasi proseslərlə bağlı AMİP sədri, millət vəkili Arzuxan Əlizadəyə bir sıra suallar ünvanladıq. - Qərbin Gürcüstanda milli azlıqların da bu prosesə geniş şəkildə qoşulduğunu təbliğ
“Milli Məclisdə Etibar Məmmədovun təcrübəsindən faydalanacağam” –MÜSAHİBƏ
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbəri, Milli Məclisin deputatı Arzuxan Əlizadənin Azpost.info-ya verdiyi müsahibəsini təqdim edirik: İlk dəfədir ki, millət vəkili olan A.Əlizadə ilkin təəssüratlarını, AMİP-in parlament fəaliyyətini necə quracağı, hansı təkliflərlə çıxış edəcəyi və digər məsələlər barədə danışıb: –Yeddinci çağırış Milli Məclisin ilk iclası barədə təəssüratlarınız nədir, sizin üçün toplantı nə ilə yadda qaldı? -Təəssüratlarım normaldır. Prezident İlham Əliyev çıxış etdi, deputatları təbrik etdi və mesajlar verdi. Ölkə başçısının bir saatlıq çıxışında əsasən də beynəlxalq aləmə ciddi mesajlar ünvanlandı. Daha sonra Milli Məclisin daxili Nizamnaməsinə əsasən,
Parlamentdə 125 deputatın fəaliyyəti çox azdır -Arzuxan Əlizadə
“Proporsional və majoritar qaydada keçirilən seçki bərpa olunmalıdır”“Məclisdə "gənc-yaşlı" söhbətini doğru hesab etmirəm. Yanaşma faydalılıq əmsalına, seçicilərlə işləməsinə, qanunvericilik təşəbbüsü ilə çıxış edib-etməməsinə görə olmalıdır, kiminsə yaşına görə yox” Növbədənkənar parlament seçkilərinə start verildi. Bir çox siyasi partiyalar seçki hazırlıqlarına başlayıb. Budəfəki seçkilərdə hansı siyasi partiyaların iştirakı diqqət mərkəzindədir. Məlumat üçün əlavə edək ki, seçkiqabağı təşviqat avqustun 9-u başlayacaq və avqustun 31-i dayandırılacaq. Qeydə alınmış namizədlər seçki təbliğatına səsvermə gününə 23 gün qalmış başlamalı, səsverməyə 24 saat qalmış isə dayanmalıdırlar. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir
Arzuxan Əlizadə: “Biz artıq rayon təşkilatlarına seçkiyə hazırlıqla bağlı müvafiq tapşırıqlar da vermişik”
Son günlər ölkə mətbuatında və ictimaiyyətdə növbədənkənar parlament seçkilərinin yaxın aylarda keçiriləcəyi ilə bağlı müzakirə gedir. Bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alsaq, parlament seçkilərinin may-iyunda baş tutması istisna edilmir. Ölkəmizdə sonuncu növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycanda Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabrın birinci bazar günü keçirilir. Növbəti parlament seçkiləri 2024-cü il noyabr ayının 3-də keçirilməlidir. Bu, konstitusiyanın tələbidir.
Ermənistanın müharibə aparmaq gücü yoxdur – Rəşad Bayramov
Regionda yaradılan mövcud sabitlik məhz Avropa İttifaqı missiyasının müşahidəsi altında dəyişir. Sülh müqaviləsinin imzalanması üçün işğalçı Ermənistanı “qələm tutmağa” hazırlamaq əvəzinə, silahlandırması və müxtəlif qərəzli çıxışlarla qışqırtması böyük güclərin bölgəni yenidən müharibəyə sürükləmək cəhdlərini ortaya qoyur. Bu dəfə Qərb, Avropa Ermənistan maşasını açıq-aşkar közün içinə salıb qarışdırır. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən politoloq Rəşad Bayramov mühüm məqamlara diqqət çəkib. – Ermənistanın Azərbaycan sərhədində törətdiyi silahlı təxribat – sərhədçimizin snayperlə vurulması faktı hansı reallığı ortaya qoydu? – Ermənistanın son təxribatları bu ölkənin sülhə hazır olmadığını göstərir.
İstintaq materialları Moskvadan alınmalıdır – Etibar Məmmədov
20 Yanvar qətliamı ərəfəsində odövrkü Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş deputat, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə bəhs edilən faciəyə bundan sonra beynəlxalq səviyyədə qiymət verilməsi üçün atılmalı olan addımlar, keçmiş SSRİ-nin varisi kimi Rusiya Federasiyası qarşısında bununla bağlı məsələ qaldırılmasının mümkünlüyü, buna rəsmi Moskvanın necə reaksiya verəcəyi və və s. haqqında danışdıq. – Etibar bəy, keçmiş Sovet imperiyası rəhbərliyi və ordusu tərəfindən Azərbaycana xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 34 il keçir. Onun əsas təşkilatçı və icraçıları; keçmiş
Sülhə doğru ümidverici addım – Sensasiyalı müsahibə
Son zamanlar Azərbaycanla Ermənistan arasında sülhün bəqərar olunmasına və münasibətlərin normallaşmasına doğru aparan proseslərin baş verməsinə şahidi oluruq. Azərbaycan və Ermənistanın dövlət qurumlarının birgə bəyanatı, iki ölkənin rəsmiləri arasında ikitərəfli görüşlərin keçirilməsi, xüsusilə Ermənistan hakimiyyətinin sülhə meyilli olduğunu göstərən davranışları və reallıqları etiraf etməsi artıq rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin imzalanmasına yaxınlaşdığını göstərir. Bununla yanaşı, yaxın zamanda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla Ermənistan XİN rəhbərləri arasında görüşün keçiriləcəyi gözlənilir. Politoloq Rəşad Bayramov “Cebhe.info” -ya müsahibəsində Cənubi Qafqazda baş verən son proseslərlə bağlı fikirlərini bölüşüb.
Paşinyan Azərbaycanı aldatmaq istəyir – MÜSAHİBƏ
“Ermənistanın gerbində Ağrı dağının görüntüsü Türkiyəyə qarşı torpaq iddiasıdır” 1995-ci ildə qəbul edilən Ermənistan Konstitusiyası ümummilli dəyərlərin mənbəyi kimi istinad edilən İstiqlaliyyət Bəyannaməsinə əsaslanır. Müstəqillik aktında isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsi qeyd olunur. Lakin Vətən müharibəsindən sonra Nikol Paşinyan sələflərindən fərqli olaraq yeni reallıqla barışıb və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Üstəlik, sülh gündəliyi fonunda ərazi iddiası normallaşma prosesinə ən böyük əngəl sayılır. Deməli, saziş imzalanacaqsa, Baş nazirin etirafı sözdə qalmamalı, ərazi iddiası ilə bağlı hissə Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Maraqlıdır, bəs
Afsəddin Nəbiyev: “Avropa İttifaqı Rusiyanın tamamilə gücdən düşməsini gözləyir”
Avropa İttifaqı Ermənistan hökumətinə təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyaları üçün 32 milyon avro verəcək. Proqrama Göyçə, Vedi və Ağadərəsi rayonlarının bütün məktəbləri, eləcə də Zəngəzur vilayətinin Qafan şəhərindəki 13 məktəb - ümumilikdə isə 340-a yaxın məktəb daxil olacaq: “Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlaşacaqlar”. Müharibədən ən çox əziyyət çəkən, işğal dövründə yaşayış məntəqələri məhv edilən ölkə Azərbaycan, yardım proqlamlarına cəlb olunan Ermənistan. Aİ-nin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan, maliyyə yardımı