NIPA-30
a

Interviews

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı əminliklə danışdı: “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.

Erməni separatçıları Laçını boşaldırlar. Sözsüz ki, bu məlumata ən çox sevinənlər Laçınlılardır. Bəs bu rayon hansı şəraitdə işğala məruz qaldı? Onu qorumaq həqiqətən də mümkün deyildimi? Ümumiyyətlə, Laçının hərbi-strateji əhəmiyyəti nədən ibarətdir? Bu və digər suallarla 1990-cı illərdə Laçın alayının komandiri olan və bölgəni hamıdan daha yaxşı tanıyan Arif Paşaya müraciət etdik.