AMİP-30
a

Müsahibələr

Son günlər ölkə mətbuatında və ictimaiyyətdə növbədənkənar parlament seçkilərinin yaxın aylarda keçiriləcəyi ilə bağlı müzakirə gedir. Bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alsaq, parlament seçkilərinin may-iyunda baş tutması istisna edilmir. Ölkəmizdə sonuncu növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycanda Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabrın birinci bazar günü keçirilir. Növbəti parlament seçkiləri 2024-cü il noyabr ayının 3-də keçirilməlidir. Bu, konstitusiyanın tələbidir.

Regionda yaradılan mövcud sabitlik məhz Avropa İttifaqı missiyasının müşahidəsi altında dəyişir. Sülh müqaviləsinin imzalanması üçün işğalçı Ermənistanı “qələm tutmağa” hazırlamaq əvəzinə, silahlandırması və müxtəlif qərəzli çıxışlarla qışqırtması böyük güclərin bölgəni yenidən müharibəyə sürükləmək cəhdlərini ortaya qoyur. Bu dəfə Qərb, Avropa Ermənistan maşasını açıq-aşkar közün içinə salıb qarışdırır. Bu istiqamətdə “Həftə içi”nə müsahibə verən politoloq Rəşad Bayramov mühüm məqamlara diqqət çəkib. – Ermənistanın Azərbaycan sərhədində törətdiyi silahlı təxribat – sərhədçimizin snayperlə vurulması faktı hansı reallığı ortaya qoydu? –     Ermənistanın son təxribatları bu ölkənin sülhə hazır olmadığını göstərir.

20 Yanvar qətliamı ərəfəsində odövrkü Milli Azadlıq Hərəkatının liderlərindən biri olmuş deputat, Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovla hafta.az üçün budəfəki söhbətimizdə bəhs edilən faciəyə bundan sonra beynəlxalq səviyyədə qiymət verilməsi üçün atılmalı olan addımlar, keçmiş SSRİ-nin varisi kimi Rusiya Federasiyası qarşısında bununla bağlı məsələ qaldırılmasının mümkünlüyü, buna rəsmi Moskvanın necə reaksiya verəcəyi və  və s. haqqında danışdıq. –   Etibar bəy, keçmiş  Sovet imperiyası rəhbərliyi və ordusu tərəfindən Azərbaycana xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 34 il keçir. Onun əsas təşkilatçı və icraçıları; keçmiş

Son zamanlar Azərbaycanla Ermənistan arasında sülhün bəqərar olunmasına və münasibətlərin normallaşmasına doğru aparan proseslərin baş verməsinə şahidi oluruq.  Azərbaycan və Ermənistanın dövlət qurumlarının birgə bəyanatı, iki ölkənin rəsmiləri arasında ikitərəfli görüşlərin keçirilməsi, xüsusilə Ermənistan hakimiyyətinin sülhə meyilli olduğunu göstərən davranışları və reallıqları etiraf etməsi artıq rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin imzalanmasına yaxınlaşdığını göstərir. Bununla yanaşı, yaxın zamanda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycanla Ermənistan XİN rəhbərləri arasında görüşün keçiriləcəyi gözlənilir.  Politoloq Rəşad Bayramov “Cebhe.info” -ya müsahibəsində Cənubi Qafqazda baş verən son proseslərlə bağlı fikirlərini bölüşüb.

“Ermənistanın gerbində Ağrı dağının görüntüsü Türkiyəyə qarşı torpaq iddiasıdır” 1995-ci ildə qəbul edilən Ermənistan Konstitusiyası ümummilli dəyərlərin mənbəyi kimi istinad edilən İstiqlaliyyət Bəyannaməsinə əsaslanır. Müstəqillik aktında isə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşməsi qeyd olunur. Lakin Vətən müharibəsindən sonra Nikol Paşinyan sələflərindən fərqli olaraq yeni reallıqla barışıb və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Üstəlik, sülh gündəliyi fonunda ərazi iddiası normallaşma prosesinə ən böyük əngəl sayılır. Deməli, saziş imzalanacaqsa, Baş nazirin etirafı sözdə qalmamalı, ərazi iddiası ilə bağlı hissə Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Maraqlıdır, bəs

Avropa İttifaqı Ermənistan hökumətinə təbiət və dəqiq elmlər, eləcə də mühəndislik (STEM fənləri) üzrə məktəb laboratoriyaları üçün 32 milyon avro verəcək. Proqrama Göyçə, Vedi və Ağadərəsi rayonlarının bütün məktəbləri, eləcə də Zəngəzur vilayətinin Qafan şəhərindəki 13 məktəb - ümumilikdə isə 340-a yaxın məktəb daxil olacaq: “Burada laboratoriyalar tikiləcək, müəllimlər qeyri-formal təhsil metodlarını əhatə edən yeni tədris metodikası üzrə yenidən hazırlaşacaqlar”. Müharibədən ən çox əziyyət çəkən, işğal dövründə yaşayış məntəqələri məhv edilən ölkə Azərbaycan, yardım proqlamlarına cəlb olunan Ermənistan. Aİ-nin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycan, maliyyə yardımı

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb. Bu barədə məlumatı özünün Facebook səhifəsində “Qarabağın antiböhran şurasının sədri” Tiqran Petrosyan verib. O yazır ki, “Qarabağ hakimiyyəti”nin Putinə məktubunda “ölkənin və xalqın” ağır vəziyyətindən bəhs edilir. Qeyd olunur ki, Rusiya tərəfinin bu məsələlərdə “qətiyyətli” addım atmaması Qarabağ ermənilərinin “ölümünə bərabərdir”. Məktubda deyilir ki, ermənilər Ermənistanın indiki rəhbərinə yox, Putinin “ermənilər Qarabağda təhlükəsiz və ləyaqətli yaşayacaqlar” vədinə inanır. Arayik Arutyunyanın ofisində Putinə məktubu şərh etməyiblər. Məlum olub ki, separatçıların məktubuna Putin heç bir reaksiya

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artıran Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək. Sözügedən məsələ ilə bağlı AMİP-in sədr müavini Afsəddin Nəbiyevə bir sıra suallar ünvanladıq: - Məlum olduğu kimi, Şuşa bəyannaməsindən iki il ötdü. Sözügedən bəyannamənin fəaliyyət göstərdiyi bu iki il ərzində onun maddələrinə uyğun olaraq hansı nəticələr əldə olundu? - Şuşa Bəyannaməsi bütün parametrlərinə görə

Milli İstiqlal Partiyasının lideri, siyasi ekspert Etibar Məmmədov “Həftə içi”nə növbəti müsahibəsində 28 May Müstəqillik günündə  Laçın şəhərinə ilk 20 ailənin köçürülməsi ilə bağlı təəssüratlarını bölüşdü. Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsinin Türkiyənin özü, Azərbaycan və bütövlükdə regionun gələcəyinə, həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə necə təsir göstərəcəyi və s. haqda fikirlərini açıqladı. -Etibar bəy,  mayın 28-də,  Azərbaycanın Müstəqillik Günü Laçın şəhərinə ilk 20 ailə köçürüldü. Dövlət başçısı İlham Əliyev orada həmin ailələr qarşısında çıxış etdi və özü şəxsən yeni evlərin açarlarına

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı əminliklə danışdı: “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.