AMİP-30
a

Müsahibələr

Milli İstiqlal Partiyasının lideri, siyasi ekspert Etibar Məmmədov “Həftə içi”nə növbəti müsahibəsində 28 May Müstəqillik günündə  Laçın şəhərinə ilk 20 ailənin köçürülməsi ilə bağlı təəssüratlarını bölüşdü. Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə Türkiyə prezidenti seçilməsinin Türkiyənin özü, Azərbaycan və bütövlükdə regionun gələcəyinə, həmçinin Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə necə təsir göstərəcəyi və s. haqda fikirlərini açıqladı. -Etibar bəy,  mayın 28-də,  Azərbaycanın Müstəqillik Günü Laçın şəhərinə ilk 20 ailə köçürüldü. Dövlət başçısı İlham Əliyev orada həmin ailələr qarşısında çıxış etdi və özü şəxsən yeni evlərin açarlarına

Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı əminliklə danışdı: “Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq”.

Erməni separatçıları Laçını boşaldırlar. Sözsüz ki, bu məlumata ən çox sevinənlər Laçınlılardır. Bəs bu rayon hansı şəraitdə işğala məruz qaldı? Onu qorumaq həqiqətən də mümkün deyildimi? Ümumiyyətlə, Laçının hərbi-strateji əhəmiyyəti nədən ibarətdir? Bu və digər suallarla 1990-cı illərdə Laçın alayının komandiri olan və bölgəni hamıdan daha yaxşı tanıyan Arif Paşaya müraciət etdik.