NIPA-30
a

Mass media

“Rusiya Azərbaycanla bütün körpüləri yandırdı” Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib. Deputat AZAL-a məxsus təyyarənin Qroznıda vurulmasına görə Rusiya İstintaq Komitəsinin yaydığı açıqlamanı sərt tənqid edib: “Məlumdur ki, 2024-cü il 25 dekabrda “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsi Qroznı üzərində vuruldu və nəticədə qəzaya uğradı. Hadisənin detalları hər kəsə məlumdur. Ötən müddət ərzində Rusiya tərəfi özünü qeyri-adekvat apardığı üçün Azərbaycan-Rusiya münasibətlərində çox ciddi soyuqluq yaranmışdı. Bu vəziyyət qarşı tərəfin sərgilədiyi mövqe nəticəsində yaranmışdı. Sonradan gördük ki, Azərbaycan Prezidenti haqlı olaraq məsələyə münasibət bildirərək qeyd

“Azərbaycan və Ermənistan 2025-ci il çərçivə sülh sazişinin müddəalarının icrası istiqamətində ölçülü addımlar atacaq ki, bu da onların arasında yeni müharibə riskini azaldacaq”.Bu barədə ABŞ-ın nüfuzlu “beyin mərkəzləri”ndən olan “Stratfor” analitik mərkəzinin 2026-cı il üçün proqnozunda deyilir.Mərkəzin qiymətləndirməsinə görə, iki ölkə arasında ticarətin tənzimlənməsi prosesi ehtiyatla irəliləyəcək: “Tərəflər hərtərəfli iqtisadi inteqrasiya əvəzinə, məhdud ticarət əlaqələri vasitəsilə etimad qurmağa çalışacaqlar”. Lakin qurum hesab edir ki, daxili siyasətdə Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana guya güzəştlər edildiyi düşüncəsi və Erməni Apostol Kilsəsi ilə gərgin münasibətlər səbəbindən ictimai

Venesuelada Amerika Birləşmiş Ştatlarının həyata keçirdiyi əməliyyat yalnız ölkənin daxili siyasi mühitinə təsir göstərməklə qalmayıb, həm də ABŞ-ın Latın Amerikasında strateji üstünlüyünü bərpa etməsi və təsir dairəsini genişləndirməsi məqsədini ortaya qoyub. Prezident Donald Tramp dövründə ABŞ-ın Venesuelaya müdaxiləsi, həmçinin Kubaya, Meksikaya və Kolumbiyaya münasibətdə sərgilədiyi mövqelər, regionda ABŞ-ın dominant rolunu qorumaq və digər dövlətlərin nüfuzunun artmasına imkan verməmək siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir. Müdaxilənin arxasında yalnız siyasi maraqlar dayanmır; Venesuelanın zəngin təbii sərvətləri, xüsusilə neft yataqları ABŞ üçün strateji əhəmiyyət kəsb edir. Bu baxımdan əməliyyat

Milli Məclisin deputatları öz seçicilərindən daxil olan şikayət və müraciətləri aidiyyəti dövlət qurumları, eləcə də yerli icra hakimiyyətləri qarşısında qaldırırlar. Bu prosesdə əsas məqsəd vətəndaşların problemlərinin operativ və effektiv həllinə nail olmaqdır. Qeyd edək ki, yerli icra strukturların qarlament qarşısında birbaşa hesabat mexanizmi yoxdur. Buna görə də deputatlar seçildikləri dairələrdəki problemləri yerli icra hakimiyyətlərilə fərdi əlaqələr hesabına həll etməyə çalışırlar.Bir sıra ekdpertlər deyirlər ki, Milli Məclisdə yerli icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı illik hesabat mexanizmi yaradıla, regional inkişaf və icra problemləri üzrə daimi parlament dinləmələri keçirilə bilər. Bu

“Azərbaycan Prezidenti hər ilin əvvəlində yerli televiziya kanallarına geniş müsahibə verərək ötən il görülən işlər, əldə edilən nailiyyətlər, qarşıda dayanan məsələlərlə bağlı mövqeyini bildirir. Dövlət başçısının hər bir müsahibəsi, çıxışı təkcə yerli deyil, xarici auditoriyanın, KİV-in də böyük marağına səbəb olur. Bu dəfə də eyni hal təkrarlandı”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, dövlət başçısı bir sıra sahələrlə yanaşı, müdafiə sənayesi ilə bağlı da danışdı və konkret rəqəmlər açıqladı: “Məlum oldu ki, ötən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziyalara verdiyi müsahibəsində bir sıra aktual məsələlərə toxunub. Həmin məsələlərdən biri də kadr təyinatları və idarəetmə modeli ilə bağlıdır.“Mən həmişə kadrlara ədalətli olmuşam. Amma etimadı doğrultmayan, əyri yola gedənlər, əlbəttə ki, ya cinayət məsuliyyətinə cəlb edilir, - belə hallar kifayət qədər çoxdur, - ya da ki, inzibati qaydada cəzalandırılır”, - deyə İlham Əliyev bildirib.Dövlət başçısı idarəetmə modeli ilə bağlı da fikirlərini bölüşüb:"Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə

Növbədənkənar seçkilər qərarı olmayacağı halda, Azərbaycanda 2026-cı ildə seçkilər nəzərdə tutulmur. Ölkədə son prezident seçkisi 7 fevral 2024-cü ildə keçirilib. Növbədənkənar prezident seçkisi Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa olunduqdan sonra keçirilən ilk seçki kimi tarixə düşdü.    Azərbaycanda son parlament seçkiləri də növbədənkənar keçirilib. Milli Məclis buraxılıb, 1 sentyabr 2024-cü il tarixində isə yeni parlament seçkiləri keçirilib.  Əsas qanunvericiliyə görə, Milli Məclisə seçkilər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Buna əsasən, əgər növbədənkənar seçkilərə gedilməsə idi parlament seçkisi 3 noyabr 2024-cü il tarixində

Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan söz açan dövlətimizin başçısı, həmçinin qeyd edib ki, iki aydan sonra Şahdağda ilk dəfə Xizəksürmə üzrə dünya çempionatı olacaq.Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Mövzu ilə bağlı deputat Arzuxan Əlizadə “İnformator. az” a açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev verdiyi müsahibədə bir çox məqamlara toxunub: “Bunlardan biri də Azərbaycanın turizm imkanlarının artırılmasi ilə bağlı dediyi fikirlərdir. Xüsusilə, Azərbaycan son illərdə bir çox tədbirlərə ev sahibliyi edir. Əvvəllər bu cür beynəlxalq tədbirlər

“Qanuna görə, yanvarın 15-nə qədər siyasi partiyaların Ədliyyə Nazirliyində reyestrində yenilənmələr həyata keçirilir. Siyasi partiyalar reyestrini yeniləmək üçün sənədlərini təqdim etməlidirlər”. Bu barədə Musavat.com-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, Milli İstiqlal Partiyasında bu məsələnin həlli üzərində iş gedir: “Müvafiq sənədlərin vaxtında Ədliyyə Nazirliyinə təqdim edilməsi təmin olunacaq”. Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanuna görə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət

“Zəngəzur dəhlizi təkcə bir yol deyil. Bu dəhliz tarixin bərpa etdiyi ədalət xəttidir. Bu yol yalnız Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirmir, eyni zamanda Türk dünyasını birləşdirir, Şərqlə Qərbi qovuşdurur, Avrasiyanın siyasi-iqtisadi xəritəsini yenidən cızır. Bu reallığı görməmək artıq sadəlövhlük deyil, siyasi korluqdur”.  Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. Deputatın sözlərinə görə, bu gün Zəngəzur dəhlizi açılmasa da, fakt budur ki, nəqliyyat blokadasını Azərbaycan  tədricən aradan qaldırmaqdadır. “Ermənistan ərazisinə yüklər Azərbaycan üzərindən daşınır. Daha da irəli gedilib Azərbaycan nefti Ermənistana idxal olunmağa başlanıb. Bu,