NIPA-30
a

Mass media

“Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf, birmənalı olub və dostlar qazanılmasına, əməkdaşlığın gücləndirilməsinə yönəlib”. Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 2-də 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı deyib. Qeyd edək ki, Azərbaycan müstəqil olduqdan sonra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Rəsmi Bakı illərdir ki, aparıcı beynəlxalq təşkilatlar və xarici dövlətlərlə yaxşı müasibətlər qurmağa nail olub.  Beynəlxalq aləmdə dost adlandırdığımız ölkələrin sayının çox olması da buna real nümunədir. Məhz bunun məntiqi nəticəsidir ki, müxtəlif zamanlarda Azərbaycana qarşı qərəzli

Oktyabrın 1-də rəsmi Bakının söz verdiyi kimi, ilk dəfə (30 ildən sonra) BMT missiyası Qarabağda olub. Missiyanın gəlişi ilə bağlı aşağıdakı məsələlər bir daha gündəmə gəldi: 1. Azərbaycan şəffaflığı təmin etdi və bir daha xoş niyyətini, humanistliyini nümayiş etdirdi və göstərdi ki, cavab verə bilməyəcəyi sual, gizlədəcəyi hər nə isə yoxdur. 2. Azərbaycan erməniləri çıxartmır, onlara hər hansı təzyiq göstərilmir, onlar öz xoşları ilə gedirlər. 3. Onlar Azərbaycan bayrağı altında yaşamaq istəmirlər. 4. Ermənistan hakimiyyəti və Qarabağdakı separatçı rejim ermənilərə Qarabağdan çıxması üçün təzyiq

Etiraf edilməlidir ki, Prezident İlham Əliyev Qarabağ problemini kökündən həll etməklə Azərbaycana böyük uğur qazandırıb. Təbii, bu məsələdə ordunun da rolu danılmazdır. Bu, həm də böyük diplomatik qələbədir ki, dünya gücləri Azərbaycanın yaratdığı mövcud reallıqları qəbul edir. Bütün bu proseslərə bilavasitə İlham Əliyev rəhbərlik edib. Ancaq maraqlıdır ki, radikal müxalifət bunu dilə gətirmək istəmir. 44 günlük qələbəni əldə edəndə məhz onlar deyirdi ki, qələbəmiz yarımçıqdır: çünki  Xankəndi, Əsgəran, Ağdərə, Xocalı yoxdur. İndi hamısı var, ancaq radikal müxalifətin yenə etirafı yoxdur. Bəyəm göz qabağında olan bu

Ermənistan parlamentində Roma statutu ilə bağlı müsbət qərar verilib. Belə ki, Ermənistan parlamentinin müvafiq komissiyası Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsinin ratifikasiya layihəsinə müsbət rəy verib. Müxalifət nümayəndələri iclasda iştirak etməyiblər. Beləliklə, Rusiya rəhbərliyinin sərt reaksiyasına səbəb olan məlum layihə qarşıdakı plenar iclasın gündəliyinə salınıb. Ermənistanın bu addımından sonra Rusiya Xarici İşlər Nazirliyinin reaksiyası gecikməyib. Rusiya XİN-i bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya-Ermənistan arasında ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. İrəvan statutla bağlı Moskvanın qarşılıqlı təkliflərini nəzərə almayıb.

Rusiya Xarici İşlər Nazirliyi Fransa Prezidenti Emmanuel Makronun “Rusiya Azərbaycanın ortağıdır və Ermənistanın ərazi bütövlüyünü təhdid edir” bəyanatına münasibət bildirib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Fransa Prezidentini xəyalpərəst adlandırıb: “Makron xəyalpərəstdir, başqa nə deyə bilərəm?! Bunları demək üçün ancaq gərək zəngin fantaziyaya malik olasan”. Qeyd edək ki, Fransa prezidenti Makron Azərbaycanın Ermənistana qarşı mümkün hücumundan narahat olduğunu bildirərək deyib ki, Bakı bu ölkənin ümumi sərhədini və ərazi bütövlüyünü təhdid edir. Ölkəsinin Ermənistanın ərazi bütövlüyünə çox diqqətli olduğunu bildirən Makron deyib: “Bu gün Azərbaycanla şərik

"Bilməyənlər üçün xatırlatmaq istəyirəm ki, Ruben Vardanyan erməniəsilli Rusiya vətəndaşı idi. Vardanyan Rus oliqarxların çirkli pullarını yumaqla varlanmışdı. Əslində heç kimə sirr deyil ki, İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi möhtəşəm qələbədən sonra Ruben Vardanyan Rusiyanın emisarı olaraq Qarabağa göndərilmişdi. O, Qarabağa gələrkən Rusiya vətəndaşlığından imtina etdiyini də rəsmi şəkildə bəyan etmişdi. Guya sonuna qədər Qarabağdakı keçmiş qondarma qurumun və separatçıların yanında olacağını bildirmişdi". Bunu TNS-ə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya sədri bildirib ki, Vardanyanın Qarabağa gəlməkdə məqsədi orada hakimiyyəti ələ almaq

Son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərinin yoluna qoyulmasında Qərblə Rusiya arasında rəqabət artır. Xüsusən də son dövrlər Birləşmiş Ştatların nümayiş etdirdiyi fəallıq diqqəti cəlb edir. ABŞ rəsmilərinin Azərbaycan və Ermənistana artan səfərləri, Blinkenin telefon zəngləri, bu yöndə təmasların intensivləşdirilməsi buna əyani misaldır. Qeyd edək ki, bu gün senator Qari Petersin başçılığı ilə ABŞ Konqresinin nümayində heyətə Ermənistana gəlib.  ABŞ-ın Ermənistandakı səfirliyinin məlumatına görə, səfər çərçivəsində Konqresin nümayində heyəti Ermənistan Baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan və digər rəsmi şəxslərlə görüşəcək.  Tərəflərin ikitərəfli

"BMT TŞ-nin iclasında Azərbaycana qarşı heç bir qərarın qəbul olunmaması ölkəmizin bir daha haqlı olduğunu göstərdi”.  Bunu Qaynarinfo-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov BMT Təhlükəsizlik Şurasında Qarabağla bağlı keçirilən müzakirələri şərh edərkən deyib. Etibar Məmmədov bildirib ki, bu iclasda irəliyə doğru addım atıldı:  "BMT TŞ-nin iştirakçıları iddia edirdilər ki, guya bölgədə humanitar fəlakət var. Ona görə də BMT TŞ-nin Qarabağa həsr olunmuş iclası Türkiyə istisna olmaqla, əksər iştirakçıların humanitar yardım məsələsini ön plana çəkmələrilə yadda qaldı. Buna baxmayaraq, bütün çıxış edənlər Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığını bəyan etdilər.

İran regionda (Cənubi Qafqazda) geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır. Bunu İran İslam Respublikasının  prezidenti İbrahim Rəisi BMT Baş Assambleyası çərçivəsində keçirilən mətbuat konfransında Azərbaycan ordusunun son antiterror tədbirlərini şərh edərkən deyib. “İslam Respublikası dəfələrlə bəyan edib ki, gərginlik və münaqişə regionun problemlərinin həlli yolu deyil. Bu məsələləri region ölkələri, o cümlədən İran həll edə bilər”, - İran başçısı bildirib. Onun sözlərinə görə, İran Ermənistan və Azərbaycana açıq şəkildə bildirib ki, regionda geosiyasi vəziyyətin zərrə qədər dəyişməsinə qarşıdır: “İki ölkə İranın mövqeyinə zidd ola biləcək heç

"Üçtərəfli bəyanatın 4-cü bəndinə görə, Rusiya sülhməramlılarının Qarabağa girməsi ilə paralel Ermənistan silahlı qüvvələri bölgəni tərk etməli, qanunsuz dəstələr tərksilah edilməli idi". Bunu Bakıvaxtı.az-a açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, 3 ilə yaxın zaman keçsə də, erməni silahlı dəstələri, terrorçular nəinki silahı yerə qoyub, ərazilərimizi tərk etdilər, üstəlik, fəaliyyətlərini daha da genişləndirdilər: "Son dövrlərdə, xüsusən Azərbaycan dövlətinin təhlükəsizliyi, hərbçilərimiz və mülki vətəndaşlarımız üçün kifayət qədər təhdid yaradırdılar, terror aktları həyata keçirirdilər. Əlbəttə, sonsuza qədər buna dözmək olmazdı”. Müsahibimiz qeyd edib ki, lokal