NIPA-30
a

Mass media

Məlum olduğu kimi, Qərb Cənubi Qafqazda hərbi-siyasi situasiyanı son həddə qədər gərginləşdirir. Regional sülh prosesini dəstəklədiklərini vaxtaşırı bəyan etsələr də, reallıq odur ki, Fransa, ABŞ, bəzi Avropa İttifaqı təsisatları Ermənistanı himayə etmək siyasəti yürüdür. Bu da Ermənistanı ümumən bütün məsələlərdə destruktiv mövqe sərgiləməyə həvəsləndirir. Nəzərə alsaq ki, Azərbaycanla hələ sülh sazişi imzalanmayıb, sülh danışıqları prosesi olduqca çətin və böyük fasilələrlə gedir, baş tutanda da heç bir praktik nəticə vermir. Eyni zamanda, sərhədlər delimitasiya olunmayıb, hələ konstitusiyasını dəyişməyib, bizim o mübahisəsiz sərhəd kəndlərini qaytarmayıb, delimitasiya danışıqlarında

Qazaxıstan lideri Ermənistana hansı şərti qoya bilər? Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev yaxın vaxtlarda Ermənistana rəsmi səfər edəcək. Bu barədə Ermənistan hökumətindən bildirilib. Rəsmi səfərin detalları aprelin 2-də İrəvanda Ermənistan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasında müzakirə edilib. Kasım-Jomart Tokayev yaxın günlərdə keçiriləcək biznes forumda iştirak edəcək. Qazaxıstan Azərbaycanın dostudur və ən yaxın strateji tərəfdarlarındandır. Eyni zamanda Turançılıq məsələsində əsas ölkələrdəndir.  Azərbaycanla Ermənistan arasında hələ sülh imzalanmamış Qazaxıstanın İrəvanla yaxınlaşması, Tokayevin rəsmi səfərinə Bakının münasibəti necədir? Tokayev Ermənistan qarşısında hansı şərtləri qoya bilər və qoymalıdır? AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki,

Xeyli müddətdir ki, Azərbaycanda cari ildə parlament seçkilərinin keçiriləcəyi barədə müxtəlif fikirlər səslənir. Seçkilərin dəqiq vaxtı hələ ki elan olunmasa da, artıq siyasi cameədə müəyyən hazırlıqların görüldüyü müşahidə olunur. Xüsusilə də, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Avronest Parlament Assambleyasının 11-ci sessiyası çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı səsləndirdiyi fikirlər parlament seçkilərinin bu il keçiriləcəyini göstərib.  “Bu il ölkəmizdə prezident seçkiləri keçirilib. Eyni zamanda bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. İlin sonuna qədər isə bələdiyyə seçkiləri təşkil

Azərbaycan Ermənistanın ərazi bütövlüyünü təhdid edir və sərhəddə gərginliyi artırır. Bunu Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne ABŞ dövlət katibi Entoni Blinken ilə aprelin  2 də Parisdə birgə mətbuat konfransı zamanı deyib.  “Biz bu gün Azərbaycanın təhdid etdiyi Ermənistanın ərazi bütövlüyü məsələsinə toxunduq. Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Bundan başqa, biz Bakıdan gələn çoxsaylı saxta xəbərləri görürük. Bakı bu gərginlikdə İrəvanı günahlandırır, baxmayaraq ki, Ermənistan bunu istəmir və bundan yayınmağa çalışır. Biz onu da görürük ki, Bakının təbliğatı

Son günlər ölkə mətbuatında və ictimaiyyətdə növbədənkənar parlament seçkilərinin yaxın aylarda keçiriləcəyi ilə bağlı müzakirə gedir. Bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini nəzərə alsaq, parlament seçkilərinin may-iyunda baş tutması istisna edilmir. Ölkəmizdə sonuncu növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci ildə baş tutub. Konstitusiyanın 84-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycanda Milli Məclisin hər çağırışının seçkiləri beş ildən bir noyabrın birinci bazar günü keçirilir. Növbəti parlament seçkiləri 2024-cü il noyabr ayının 3-də keçirilməlidir. Bu, konstitusiyanın tələbidir.

Qərbin Ermənistan vasitəsilə həyata keçirmək istədiyi “təhlükəsizlik planı” Cənubi Qafqazda təhlükəsizliyi yeni təhdid mənbəyinə çevirir. Çünki bu ölkədə Qərbin israrlı dəstəyi ilə hakimiyyətə gətirilən Nikol Paşinyan və komandası bölgənin maraqlarından daha çox xarici qüvvələrin tapşırıqlarını yerinə yetirirlər.  Qərbin həyata keçirmək istədiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsindən daha çox Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına yeni mane yaradır. Bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhədyanı bölgədə yerləşdirilən Avropa İttifaqının mülki missiyasının fəaliyyətinə dair sazişi ratifikasiya edib. “Mülki missiya” sayılan bu qurum İttifaqın regiona yeritdiyi ilk hərbi qrupdur.

“Hyustonda energetika nazirinin müavini ilə çox yaxşı danışıqlarımız oldu. Həmçinin, bir neçə həftə əvvəl energetika naziri özü burada, Vaşinqtonda olanda əla müzakirələrimiz keçdi. ABŞ tərəfindən Azərbaycanın COP29-a sədrliyinin qətiyyətlə dəstəkləndiyini vurğuladım. İnanıram ki, Prezident İlham Əliyevin müəyyən etdiyi hədəflərlə ABŞ-nin növbəti COP-da, daha sonra 2025-ci ildə Braziliyada əldə etməyi nəzərdə tutduğu hədəflər arasında yüksək dərəcədə uyğunluq var”, - o deyib. Payet ABŞ-nin BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28 gündəliyinin davamı üçün hazırladığı "Troika" mexanizmini dəstəklədiyini vurğulayıb. Görünən odur ki, COP29-la bağlı Azərbaycana dəstək artır. ABŞ dəstək

Xəbər verildiyi kimi, aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və ABŞ Dövlət katibi Entoni Blinken Brüsseldəki üçtərəfli konfrasda bir araya gələcəklər.  Bu tədbirdə ölkələr arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanması planlaşdırılır. Təbii ki, sözügedən paktın imzalanması, adından da göründüyü kimi, anti-Azərbaycan xarakteri daşıyır. Yəni bu, məğlub Ermənistanda revanşizmə dəstək vermək deməkdir. O baxımdan bu platforma Azərbaycana qarşı fitnəkar və bölgədə sülhə qarşı çevrilmiş qeyri-xoş niyyətli görüşdür.  Bu, Azərbaycana qarşı növbəti təzyiq niyyətidir. Məsələ ondadır ki, 2020-ci

“Erməni cəlladlarının xalqımıza qarşı vəhşilikləri heç vaxt unudulmayacaq və daim yaddaşlarda qalacaq”. Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında 31 Mart 1918-ci il hadisələrinin Azərbaycan tarixində əhəmiyyətini şərh edərkən deyib. O bildirib ki, müxtəlif dövrlərdə böyük güclər erməni toplumundan öz məqsədləri üçün istifadə edib: “Erməni milləti mahiyyət etibarı ilə xəyanətə və terrora meyilli, xəstə təfəkkürlü bir toplumdur. Böyük güclər Cənubi Qafqazda və Anadoluda öz məkrli planlarını həyata keçirmək üçün zaman-zaman bu toplumdan istifadə ediblər. Ermənilər asanlıqla müxtəlif terror təşkilatları qurublar. “Xınçaq”, “Daşnaksütyun” və “ASALA” kimi

“Altı ay bundan əvvəl uğurla keçirilmiş antiterror əməliyyatı beynəlxalq hüququn, Azərbaycan xalqının əyilməz ruhunun təntənəsidir”. Bu sözləri Prezident İlham Əliyevin cari ilin 18 mart tarixində Xankəndi şəhərində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbriki zamanı deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan yolundan dönməyəcək: “Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik, Ermənistanın arxasında istənilən qüvvələr dursalar belə, biz öz istədiyimizə nail olacağıq və nail olmuşuq”.  Beləliklə, Prezident İlham Əliyev Ermənistana və onun havadarlarına xəbərdarlıq edib. Dövlətimizin başçısı bir daha diqqətə çatdırıb ki, Azərbaycan bundan sonra da qarşısına qoyduğu