Arzuxan Əlizadə: “Bu İranın ikiüzlülüyünün, riyakar mahiyyətinin növbəti bariz nümunəsidir ki, onlar bunu nümayiş etdirdilər”
Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında İranın Naxçıvan Beynəlxalq Hava Limanına xain terror hücumunu böyük nankorluq adlandırıb. Prezident İlham Əliyev bildirib: “Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi
Afsəddin Nəbiyev: “Avropanın bu dəstəyi Trampın qərarlarına iki fərqli şəkildə təsir edə bilər”
Böyük Britaniya ilk dövrlərdə ABŞ-ın İrana qarşı müharibəsinin əleyhinə idi. Ancaq London mövqeyini dəyişdi, hərbi bazalarını ABŞ-ın ixtiyarına verdi. Almaniya kansleri Fridrix Merz İrandakı hakim rejimin devrilməsi məsələsində ABŞ-la həmrəy olduğunu bildirib. Merz Trampla görüşündə Amerika ilə eyni cəbhədə olduğunu deyib: “Biz Tehrandakı bu dəhşətli rejimin devrilməsi barədə fikirlərimizdə yekdilik”. Fransanın silahlı qüvvələri İran PUA-ları əleyhinə əməliyyat həyata keçirib. Paris Yaxın Şərqdə “Rafale” döyüş təyyarələrini aktivləşdirib və hərbi gəmisini regiona göndərib. Avropanın aparıcı dövlətlərinin ABŞ-a belə dəstəyi Trampın Ukrayna ilə bağlı mövqeyinə təsir edəcəkmi? Ola bilərmi ki,
“Bu, əslində molla rejiminin sonu deməkdir” – Deputat
“İran tərəfindən Azərbaycanın Naxçıvan ərazisinə alçaqcasına hücum edilib, bu heç bir halda cavabsız qala bilməz. Bu əslində molla rejiminin sonu, süqutu deməkdir”. Bu barədə 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, molla rejiminin sonu yaxınlaşdıqca bir qədər də aqoniya vəziyyətinə düşürlər. “Azərbaycanın sərgilədiyi mövqeyə baxmayaraq belə riyakar mövqe təbii ki, bizim də adekvat addımlar atmağımızı özündə ehtiva edir. Hesab edirəm ki, cənubda yaşayan soydaşlarımız da bu məsələlərə biganə qalmayacaqlar. Orda yaşayan soydaşlarımızın haqqı, hüququ bərpa edilməklə İranda yeni bir dönəmin başlayacağını proqnozlaşıdıram və bu
“Dəmir yumruq”: Bu dəfə İran üçün…
“Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. “Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət
Yeni geosiyasi reallıq fonunda Azərbaycanın rolu – ŞƏRH
Yaxın Şərqdə artan hərbi gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının yeni mərhələyə keçməsi regionda təhlükəsizlik arxitekturasını və siyasi balansı yenidən gündəmə gətirib. Proseslərin hərbi eskalasiya mərhələsinə daxil olması Cənubi Qafqaza da dolayı təsir ehtimallarını artırır. Belə bir şəraitdə Azərbaycanın balanslarşdırılmış xarici siyasət kursu və regional sabitliyə yanaşması diqqət mərkəzinə gəlir. Millət vəkili Arzuxan Əlizadə Metbuat.az-a açıqlamasında bildirib ki, Şərqdə vəziyyət gərgin olaraq qalır və təəssüf ki, artıq regionumuzda da ciddi proseslər baş verir. İran-İsrail və İran-ABŞ arasındakı gərginlik hərbi fazaya keçib. Hərbi eskalasiya region üçün ciddi təhdidlər yarada
Bakının reaksiyası: Suverenliyimizə qarşı addımlar cavabsız qalmayacaq
"Naxçıvan Muxtar Respublikasının ərazisinə İran İslam Respublikası istiqamətindən həyata keçirildiyi bildirilən dron hücumları regionda ciddi narahatlıq doğurmaqla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın hava məkanına müdaxilə edilməsi yalnız lokal təhlükəsizlik məsələsi deyil, bütövlükdə regionun sabitliyi və təhlükəsizliyi üçün ciddi təhdid yaradan təhlükəli presedentdir". Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. Onun sözlərinə görə, müasir beynəlxalq münasibətlər sistemi dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı kimi fundamental prinsiplər üzərində qurulub. "Bu prinsiplərin pozulması beynəlxalq hüququn əsaslarını sarsıdır
Azərbaycan müxalifəti birləşir? – Partiya sədrlərindən açıqlama
Azərbaycan Xalq Partiyasının sədri Qiyas Sadıqov Crossmdia.az-a müsahibəsində səsləndirdiyi fikirlər geniş müzakirə olunmaqdadır. Belə ki, o, müxalifət partiyalarının vahid platformadan çıxış etməsinin daha effektiv ola biləcəyini söyləyib. Belə bir platforma, xüsusilə seçki islahatları, demokratik prinsiplərin gücləndirilməsi və idarəetmədə şəffaflıq kimi əsas məsələlərdə ortaq mövqenin formalaşdırılmasına imkan verə bilər. Bu, dialoqun səmərəliliyini artırır və siyasi tərəflər arasında koordinasiyanı gücləndirir. Digər tərəfdən, çoxpartiyalı sistemlərdə hər partiyanın öz ideoloji baxışı, proqramı və prioritetləri olur və bu müxtəliflik demokratik cəmiyyətlərin əsas xüsusiyyətidir. Hər partiyanın fərqli yanaşmaları və mövqeləri demokratik
200-dən çox rus Bakı üzərindən xilas edildi – Moskvadan cavab gözlənilir
İranda müharibə başlayandan sonra bölgədə qalan Rusiya vətəndaşları Azərbaycan üzərindən təxliyə edilir. Buna baxmayaraq, vaxtilə AZAL-a məxsus təyyarənin Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulması ilə bağlı məsələ hələ də hüquqi qiymətini almayıb və hadisəyə görə məsul şəxslər cəzasız qalır. Globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə deyib ki, bu təxliyə prosesi Azərbaycanın növbəti dəfə tərəfsiz mövqe sərgiləməsinin və humanizm prinsiplərinə üstünlük verməsinin bariz göstəricisidir: “Rusiya təəssüf ki, son dövrlərdə, xüsusilə də AZAL-a məxsus təyyarə vurulduqdan sonra Azərbaycana qarşı dost mövqe sərgiləmir. Bu məsələ indiyədək
Rəşad Bayramov: “İran sərhədində Rusiya hərbçilərini tam çıxarması həm siyasi, həm hərbi, həm də diplomatik hazırlıq tələb edir”
Ermənistan–Türkiyə sərhədində uzun illər davam edən Rusiya hərbi mövcudluğuna son qoyulub. 2025–2026-cı illərdə mərhələli şəkildə həyata keçirilən qərar nəticəsində Rusiya hərbçiləri sərhəd-keçid məntəqələrindən çıxarılıb və nəzarət tam şəkildə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarına verilib. Proses ilk olaraq 2025-ci ilin yazında “Marqara” keçid məntəqəsində başlayıb, daha sonra “Axurik” məntəqəsində də eyni dəyişiklik baş tutub. Bundan əvvəl isə Rusiya hərbçiləri Ermənistan-Türkiyə sərhəd xəttindən çıxarılıb. Beləliklə, Ermənistan müstəqillik dövründə ilk dəfə olaraq Türkiyə ilə sərhədin mühafizəsini tam şəkildə öz milli sərhəd xidmətinə həvalə etmiş olub. Bizim üçün ən
Tehrandakı səfirliyimizdən XƏBƏR VAR
ABŞ və İsrailin İrana zərbə endirməsi nəticəsində Serbiya Respublikasının İrandakı səfirliyi də bombardmana məruz qalıb. Səfirlik nümayəndələri təxliyə olunmaq üçün Azərbaycanın aidiyyəti qurumlarına müraciət ediblər. Nəticədə bu gün gecə saatlarında səfir Damir Kovacevic, səfirlik nümayəndələri ailə üzvləri ilə birlikdə Astara SGK məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə daxil olub və ölkələrinə yola salınıb. Belə görünür ki, təhlükə realdır və heç bir ölkənin səfirliyi zərbənin hədəfi olmaqdan tam sığortalanmayıb. Azərbaycanın səfirinin və əməkdaşlarının da vəziyyət sabitləşəndək Bakıya təxliyyə olunmasına ehtiyac yarana bilərmi? Milli Məclisin üzvü Arzuxan Əlizadə Musavat.com-a bildirib ki, İranda