NIPA-30
a

Mass media

Milli Məclisin üzvü Arzuxan Əlizadə məmurların, deputatların Azərbaycanda yığılan avtomobillərdən istifadə etməmələrinin, xarici istehsala üstünlük vermələrinin tənqid edilməsinə münasibət bildirib. Bu barədə Pravda.az-ın suallarını cavablandıran deputat deyib ki, yerli avtomobil istehsalının inkişafı vacibdir. O qeyd edib ki, avtomobil istehsalında Azərbaycan brendinin olması arzuolunandır: “Təəssüf ki, bu, yoxdur. Bildiyim qədəri ilə, Naxçıvanda “NAZ-Lifan” və Neftçalada “Xəzər” avtomobilləri yığılırdı. Bunlar əslində İran və digər ölkələrdən gətirilən konstruksiyaların yığılması ilə ərsəyə gələn maşınlar idi. İndi isə istehsal nə dərəcədə qalıb, yaxud dayanıb, bilmirəm. İstənilən halda görünən budur ki, bu avtomobillər

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimovu XİN-ə çağıraraq, Ukraynada SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücumla bağlı etiraz notası təqdim edib. Rəsmi Bakı bəyan edib ki, SOCAR-ın Ukraynadakı obyektlərinə, eləcə də Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların təkrarlanması onların məqsədyönlü xarakter daşıdığı təəssüratını yaradır və bu hallar beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur. Azərbaycan tərəfi Rusiyanı hadisələri hərtərəfli araşdırmağa, baş verənlərlə bağlı rəsmi izahat verməyə və mülki obyektlərin, eləcə də diplomatik nümayəndəliklərin toxunulmazlığı ilə bağlı beynəlxalq öhdəliklərə əməl

Türkiyənin paytaxtı Ankarada NATO-nun dövlət və hökumət başçılarının 36-cı Liderlər Sammitinə hazırlıq işləri başa çatıb. İyulun 7-8-də keçiriləcək sammit ərəfəsində, iyulun 6-da NATO-nun Baş katibi Mark Ruttenin mətbuat konfransının baş tutacağı gözlənilir. NATO rəsmilərinin qiymətləndirməsinə görə, mürəkkəb beynəlxalq təhlükəsizlik şəraitində keçirilən sammit Alyansın gələcək strateji kursunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Müdafiə xərclərinin artırılması və üzv ölkələr arasında yükün daha ədalətli bölüşdürülməsi əsas müzakirə mövzularından biri olacaq. Bununla yanaşı, Ukraynadakı müharibə, Yaxın Şərqdə davam edən gərginlik, kibertəhlükəsizlik, texnoloji rəqabət və qlobal təchizat zəncirində yaranan problemlər

Uşaqlar bizim gələcəyimizdir. Buna görə də onların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədilə alkoqol və tütün məmulatlarından istifadəyə məhdudiyyətlər qoyulur, həmçinin müəyyən yaşa qədər uşaqların pornoqrafik məzmunlara çıxışı qadağan edilir. Biz hesab edirik ki, uşaqlar bütün diqqətlərini təhsil və fiziki sağlamlıqlarının inkişafına yönəltməlidirlər. Eyni zamanda nəzərə almaq lazımdır ki, virtual məkan artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu səbəbdən, real həyatda uşaqlara tətbiq olunan qadağa və məhdudiyyətlər kimi, onların virtual mühitdə də qorunması vacibdir. Çünki uşaqlar asanlıqla təsir altına düşə bilir və bu təsirlər onları təkcə normal həyat

Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq. Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib. “Bizim “Qlobal Şəbəkə” İnvestisiya Proqramımız var və bu proqram çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağıq. Bu, dövlət və özəl sektordan, ümumilikdə, 2 milyard avroyadək investisiyanın cəlb edilməsinə imkan yarada bilər. Layihələrə, məsələn, Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişaf etdirilməsi daxil

Cənubi Qafqazda geosiyasi rəqabətin dərinləşdiyi, regional güc balansının yenidən formalaşdığı bir dövrdə Azərbaycana qarşı müxtəlif istiqamətlərdən aparılan informasiya və siyasi təzyiq kampaniyaları yenidən diqqət mərkəzindədir. Son dövrlər Rusiya mətbuatında ölkəmizə qarşı müşahidə olunan qərəzli materiallar, anti-Azərbaycan təbliğatının intensivləşməsi, eyni zamanda Ermənistanda keçirilən parlament seçkilərindən sonra bəzi Avropa institutlarında nümayiş etdirilən qərəzli mövqelər bu proseslərin arxasında dayanan geosiyasi maraqlar barədə müzakirələri daha da aktuallaşdırıb. Ekspertlərin fikrincə, Azərbaycanın artan regional nüfuzu, enerji təhlükəsizliyindəki rolu, nəqliyyat-kommunikasiya layihələri və müstəqil xarici siyasəti fonunda informasiya müharibəsi də geosiyasi rəqabətin əsas

Böyük Britaniyada bəzi deputatların Rusiyada istehsal olunan "Maşa ilə Ayı" cizgi filminin təbliğat vasitəsi olduğu iddiası ilə qadağan edilməsini təklif etməsi, uşaqlar üçün xarici cizgi filmlərinin milli təhlükəsizlik və ideoloji təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bu fonda Azərbaycanda da oxşar nəzarət mexanizmlərinin yetərli olub-olmaması məsələsi aktuallaşıb. Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə ANZ.AZ-a açıqlama verib. "Uşaqların izlədiyi cizgi filmləri sadəcə əyləncə vasitəsi deyil, eyni zamanda onların dünyagörüşünün, davranış modelinin və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm informasiya mənbəyidir. Bu baxımdan müxtəlif ölkələrin

Bu gün sosial şəbəkə platformaları həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Bu patformaların müsbət tərəfləri kimi, təbii ki, mənfi təsirləri də var. Təəssüf ki, uşaqlar daha çox həmin təsirlərə məruz qalırlar. Uşaqları bu potensial risklərdən qorumaq, onların təhlükəsizliyinin təmini bütün dünyada müzakirə olunur, bir çox aparıcı ölkələr artıq müvafiq qanunvericlik bazası formalaşdırıb. Məsələn, 2025-ci ildə Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə belə tənzimləmələrin tətbiqi

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Cənubi Qafqaza səfəri və bu səfərin əsas dayanacaqlarından birinin məhz Bakı olması təkcə diplomatik təmas deyil, bütövlükdə Avropa Birliyinin Cənubi Qafqaz siyasətində baş verən ciddi geosiyasi korrektələrin göstəricisidir. Bu səfər göstərdi ki, Brüssel artıq regiona köhnə siyasi yanaşmalar, şərti balans axtarışları və kənardan diktə olunan modellərlə baxmır. Avropa Birliyi anlayır ki, Cənubi Qafqazda yaranmış yeni siyasi, təhlükəsizlik və iqtisadi reallığın müəllifi Azərbaycandır və bu reallıqla hesablaşmadan bölgədə nə dayanıqlı sülh qurmaq, nə təhlükəsizlik sistemi formalaşdırmaq, nə də