AMİP-30
a

KİV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Prezidentin "X" sosial media hesabında paylaşım edilib. Paylaşımda deyilir: “Bu gün Prezident Emmanuel Makrondan (@EmmanuelMacron) telefon zəngi aldım. Telefon danışığı zamanı Azərbaycan–Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri nəzərdən keçirdik və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi apardıq. Biz, həmçinin regional və qlobal prosesləri müzakirə etdik”. Maraqlıdır, bu danışıqdan sonra Fransanın Ermənistana hərbi dəstəyi sahəsində hansı dəyişikliklər ola bilər? Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyev buna bir

İrakli Kobaxidze bildirib ki, Avropa İttifaqı GürcüstanlaErmənistan arasında qarşıdurma yarada bilməyəcək. O vurğulayıb ki, Gürcüstan Ermənistanı və erməni xalqını dost ölkə hesab edir və iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur. Kobaxidze deyib ki, bəzi dairələr Gürcüstanla Ermənistanımüqayisə edərək münasibətləri gərginləşdirməyə çalışır, lakin bunun uğurlu olmayacağını düşünür. O, həmçinin Nikol Paşinyana Gürcüstana xüsusi münasibətinə görə təşəkkür edib və Paşinyanın “Gürcüstan olmadan Ermənistanın Avrointeqrasiyası barədə danışmaq mümkün olmazdı” fikrini xatırladıb. Baş nazir əlavə edib ki, Avropa rəsmilərindən birinin Ermənistanı Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən qısa yol adlandırması

Zaman irəliyə doğru axdıqca, tarixin amansız bir xüsusiyyəti daha qabarıq üzə çıxır.Hadisələri bəlağətli cümlələrlə gizlətməyə çalışanlar, günün sonunda faktların yalın reallığı qarşısında məğlub olurlar. Çünki tarixi şəxslərin uydurma rəvayətləri deyil, arxivlərin silinməz yaddaşı və xalqın kollektiv şüuru yazır. Lakin görünən odur ki, bəzi siyasi fiqurlar hələ də 90-cı illərin xaotik dumanında ilişib qaldıqlarını fərq etmir, öz keçmiş uğursuzluqlarını bu günün gənc nəslinə "qəhrəmanlıq" nümunəsi kimi sırımağa çalışırlar. Bu uğursuz manipulyasiya cəhdlərinin mərkəzində dayanan növbəti imzalardan biri də Arif Hacılıdır.​Vaxtilə meydan tribunalardan, xalqın emosiyalarından istifadə

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə Müsavat Partiyasının Məclis sədri Arif Hacılının 1993-cü il 4 iyun qiyamından danışarkən Etibar Məmmədov barədə dediklərinə münasibət bildirib. A.Əlizadə Pravda.az- da açıqlamasında deyib ki, növbəti dəfə Arif Hacılı bütün hadisələri kökündən təhrif edərək danışır. Onun qeyd edib ki, vaxtilə Azərbaycanı dəhşətli fəlakətə sürükləyənlər, yarıtmaz idarəçilik ilə ölkədə vətəndaş qarşıdurmasına səbəb olanlar, torpaqların müəyyən hissəsinin itirilməsinə rəvac verənlər yenə yaxın keçmişdə olan, fiksə edilən, videogörüntüləri olan hadisələr barədə yalanlar danışırlar: “Bu yalan nəinki siyasətçiyə, heç insana yaraşmır. Birmənalı olaraq ozamankı AXC-Müsavat

İrəvanda seçkiqabağı təşviqat kampaniyası zamanı məzuniyyətdə olan və hazırda ölkədə hakim partiya olan “Mülki Müqavilə”nin deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Ermənistan Baş naziri Nikol Paşinyanla Qarabağdan olan Artur Osipyan arasında mübahisə yaşanıb. Osipyan Nikolu Qarabağın verilməsində və digər məsələlərdə ittiham etsə də, Paşinyanın buna cavabı maraqlı olub: “Rədd ol burdan! Bu Qarabağın qondarma elitası rədd olsun burdan. Siz, qaçıb gələnlər… Sənin burada nə işin var ümumiyyətlə? Kimdir onlar? Bu Qarabağın qondarma elitası hələ bir barmaq da silkələyir. Rədd olun ümumiyyətlə, siz kimsiniz? Artur Osipyan,

Bakı-Tbilisi-Bakı qatar reysinin bərpası təkcə nəqliyyat əlaqələrinin genişlənməsi deyil, həm də Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarına verdiyi önəmin növbəti göstəricisidir. Bu addım illərdir iki ölkə arasında sıx əlaqələrin qorunmasına, insanların rahat və təhlükəsiz şəkildə gediş-gəliş etməsinə xidmət edir. Xüsusilə Gürcüstanda yaşayan azərbaycanlıların ailə, təhsil və iş əlaqələri baxımından bu reysin yenidən fəaliyyətə başlaması mühüm əhəmiyyət daşıyır. Deputat Arzuxan Əlizadə mövzu ilə bağlı Demokrat.az-a bildirib ki, may ayının 26-da Bakı-Tbilisi-Bakı qatar reysi bərpa olunur və bu, Azərbaycan dövlətinin siyasi iradəsi nəticəsində reallaşıb: "Uzun müddətdir quru sərhədləri bağlıdır və

Bakı ilə İrəvan arasında sülh gündəliyinin inkişafı üçün vətəndaş cəmiyyətləri də fəallaşıblar. Son aylar hər iki tərəfin QHT rəhbərləri qarşılıqlı səfərlər edir, “Sülh körpüsü” adı altında görüşlər keçirilir. Hətta sonuncu belə görüş üçün quru sərhəddən keçərək Ermənistana və Azərbaycana səfərlər təşkil olunub. Bu formatda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü olan təşəbbüs 8 avqust 2025-ci il tarixində Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannaməsinin ruhuna uyğun olaraq sülh gündəliyinin təşviq edilməsinə yönəldilib. Məlumdur ki, həm işğal illərində, həm də postmüharibə dövründə ayrı-ayrı dövlətlərin və beynəlxalq

“Bakıda Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ilə Azərbaycan növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə gəlib.  COP29 və digər beynəlxalq tədbirlərin Azərbaycanda təşkili ölkəmizin belə mühüm və qlobal əhəmiyyət daşıyan tədbirlərə uğurla ev sahibliyi etdiyini göstərir. Bu isə Azərbaycanın beynəlxalq müstəvidə müsbət imicinin formalaşmasının mühüm göstəricilərindən biridir".  Bunu “Cebheinfo.az”-a açıqlamasında Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) ilə bağlı danışarkən Azərbaycan Milli İstiqlal Partiyasının sədri, deputat Arzuxan Əlizadə deyib. O bildirib ki, təkcə Bakıda deyil, eyni zamanda işğaldan azad olunmuş ərazilərimizdə və Azərbaycanın regionlarında da bir sıra

Azərbaycanın çağdaş tarixində dərin iz buraxan və yeni səhifələr yaradan Milli Azadlıq Hərəkatının lideri Etibar Məmmədov 22 ildən artıqdır ki, fəal siyasətdə olmasa da, onun haqqında mütəmadi müzakirələr gedir, barəsində müxtəlif fikirlər səsləndirilməkdədir. Elə siyasətdə olduğu dönəmlərdə də E.Məmmədov fenomeni həmişə diqqət mərkəzində olub. Hərə öz prizmasından, dünyagörüşündən, maraqları kontekstindən, etik və əxlaq səviyyəsindən yanaşıb. Bu, bir çox hallarda əksinə olaraq həmin şəxslərin iç üzlərinin və daxili aləmlərinin lakmusuna çevrilib. O şəxslər üçün geniş müzakirələr və mövzular açılır ki, həmin şəxslər daima cəmiyyət üçün,

Paytaxtda keçirilən müxtəlif tədbirlər zamanı dərslərin onlayn formada təşkili şəhərdə tıxac problemini aradan qaldırır. Bu həm də onu deməyə əsas verir ki, artıq universitetlərin, ixtisas müəssisələrinin bölgələrə köçürülməsinin vaxtı çatıb. Bu sözləri Tribuna.az-a millət vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının sədri, millət vəkili Arzuxan Əlizadə bildirib. O qeyd edib ki, universitetlərin bölgələrə köçürülməsi məsələsi gündəmdə qalmalıdır: “Bakı şəhəri kifayət qədər yüklənib və artıq bu yüklənmə gündəlik həyatımızda hər birimizə problemlər yaratmaqdadır. Bu problemin aradan qaldırılmasının vaxtıdır. Universitetlər köçürülməlidir. Həmçinin bir sıra mərkəzi icra qurumları, bəzi nazirliklər və komitələr regionlara