NIPA-30
a

Mass media

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranla müharibə bitdikdən sonra Birləşmiş Ştatlar Ukraynadakı münaqişənin nizamlanması ilə məşğul olacaq. “İndi ki (İranla münaqişə) başa çatdı, biz diqqətimizi Ukraynaya yönəltmək niyyətindəyik, baxaq görək bunu edə biləcəyikmi”, -Tramp Fransa Prezidenti Emmanuel Makronla görüşündə bildirib. Tramp həmçinin bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışdığını qeyd edib. “Düşünürəm ki, bəlkə də biz nə isə edə bildik. Məncə, onların hər ikisi buna (münaqişənin həllinə) açıqdır”, - o əlavə edib. Trampın bu sözləri nə dərəcədə perspektivli

Bakıda nəqliyyat sıxlığının azaldılması məqsədilə dəyişkən iş qrafikinin tətbiqi yenidən gündəmə gəlib. Paytaxtda iş saatlarının fərqli vaxtlara bölünməsi ilə bağlı təkliflər müzakirə olunur. Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzuxan Əlizadə  Avtosfer.az-a açıqlamasında bildirib ki, Bakıda dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı belə bir qərarın qəbul olunması gözlənilir. Bu məsələ ilə bağlı ciddi araşdırmaların aparılmasına ehtiyac var. Xüsusilə təhsil müəssisələri və çoxsaylı işçinin çalışdığı müəssisələr üzrə hansı saatlarda fəaliyyətin başlaması və başa çatmasının daha məqsədəuyğun olacağı müəyyən edilməlidir: "Eyni ərazidə yerləşən təhsil müəssisələri və iş yerləri üçün

Ermənistanda konstitusiya islahatları ilə bağlı müzakirələr yenidən siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Hakimiyyət nümayəndələri ölkənin əsas qanununda dəyişikliklərin zəruriliyini vurğulasa da, müxalif qüvvələr bu təşəbbüsə ehtiyatla yanaşır. Xüsusilə Azərbaycanla münasibətlərin normallaşması və regionda yeni siyasi reallıqlar fonunda konstitusiya dəyişikliklərinin mümkün nəticələri diqqətlə izlənilir. Bu şəraitdə həm hakimiyyətin hüquqi imkanları, həm də müxalifətin prosesə təsir mexanizmləri maraq doğurur. Bununla ilə bağlı deputat Arzuxan Əlizadə Demokrat.az-a bildirib ki, Ermənistanda parlament seçkiləri başa çatıb və artıq ilkin nəticələr məlumdur: “Hazırkı məlumata görə, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi

Baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə bəyan edib ki, sülhü əldə etməyin bir yolu “Tramp Marşrutu” layihəsini həyata keçirməkdir. Layihəyə mütləq dəmir yolu, avtomobil yolu və elektrik xətti daxil olacaq. Paşinyan bildirib ki, neft və qaz boru kəmərləri sual altındadır. Onlar tərəfdaşlar üçün daha aktualdır: “Bu üç komponent artıq sülhü təşkil edir. Təsəvvür edin, biz Azərbaycandan, onlar isə Ermənistandan keçirlər. Qatarlar hərəkət edir. Bu, sülhdür”. Paşinyan onu da qeyd edib ki, sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi üzərində işlər davam edəcək. Delimitasiyaya gəldikdə isə, proses

“Müharibə olmayacaq, sülh olacaq”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 11-də keçirdiyi brifinqdə bildirib. O, seçkiqabağı kampaniya dövründə ““Vətəndaş Müqaviləsi” partiyası konstitusion çoxluq əldə etməsə, sentyabrda müharibə baş verəcək” bəyanatı ilə bağlı suala cavabında deyib ki, müharibə olmayacaq. Baş nazir vurğulayıb ki, Ermənistan hakimiyyəti sülhü qorumaq üçün bütün imkanlardan istifadə edəcək. Milli Məclisin üzvü Arzuxan Əlizadə Musavat.com-a Paşinyanın fikirlərini şərh edərkən xatırladıb ki, seçkiqabağı təşviqat prosesində Nikol Paşinyan “revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə Azərbaycanla yenidən mhüharibə olacaq” tezisindən istifadə edib. Deputat qeyd edib ki, Nikol Paşinyan səs çoxluğu

“Ermənistanda keçirilən son seçkilərin nəticələri ölkə daxilində mövcud olan siyasi və ictimai parçalanmanı bir daha üzə çıxardı. Seçkilərin yekunları göstərdi ki, seçicilərin əhəmiyyətli hissəsi sülh və regional əməkdaşlıq xəttinə dəstək versə də, cəmiyyətdə revanşist düşüncə tamamilə aradan qalxmayıb. Müxtəlif qiymətləndirmələrə görə, seçicilərin təxminən 30-40 faizi hələ də keçmiş münaqişə ritorikasına üstünlük verən siyasi qüvvələrə səs verib. Bu isə Ermənistan cəmiyyətində sülh gündəliyinin tam şəkildə qəbul edilmədiyini göstərən ciddi siqnaldır”.  Bunu Ölkə.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. O əlavə edib ki, məhz bu reallıq Azərbaycan üçün də

Hazırda etibarlı beynəlxalq mənbələrdə BCM-nin (Beynəlxalq Cinayət Məhkəməsi) baş prokuroru Kərim Xan haqqında porno videoların yayıldığını təsdiqləyən məlumat yoxdur. Amma son günlər yayılan xəbərlər onun barəsində uzun müddətdir araşdırılan cinsi xarakterli davranış ittihamları ilə bağlıdır. Bu ittihamlar fonunda o, vəzifəsindən müvəqqəti uzaqlaşdırılıb və məsələyə BCM-yə üzv dövlətlər tərəfindən baxılacağı açıqlanıb. Xan ittihamları rədd edir və özünü təqsirsiz hesab edir. İnternetdə və sosial şəbəkələrdə son vaxtlar tanınmış şəxslər haqqında saxta videoların, montaj edilmiş görüntülərin və süni intellekt vasitəsilə hazırlanmış materialların yayılması halları tez-tez baş verir. Hazırda

Milli Məclisin deputatı, Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə parlamentdə təmsil olunan və dövlət büdcəsindən maliyyələşən müxalifət partiyalarının fəaliyyətinin hiss olunmaması barədə iddialara münasibət bildirib. Deputat Pravda.az-a açıqlamasında deyib ki, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı məsələ “Siyasi partiyalar haqqında” qanunla tənzimlənir. A.Əlizadə bildirib ki, parlamentdə təmsil olunan partiyalar hansı qaydada maliyyələşirlərsə, hamısı qanunvericilikdə nəzərdə tutulub: “Yeni qəbul olunmuş qanunun tələblərinə müvafiq olaraq, o cümlədən parlamentdə təmsil olunmayan partiyalar da müəyyən məbləğdə maliyyə vəsaiti ilə dövlət büdcəsindən maliyyələşirlər. Bu, olduqca doğru yanaşmadır. Uzun müddət ərzində belə

Yay mövsümü bir çox sahələrdə fəaliyyət tempinin nisbətən azalması ilə xarakterizə olunsa da, partiyalar bu dövrdə də fəaliyyətlərini davam etdirirlər. Bəzi partiyalar yayda təşkilati məsələlərə, regional səfərlərə və gənclərlə bağlı layihələrə üstünlük verir, digərləri isə fəaliyyətlərini daha çox onlayn formatda həyata keçirir. Bəs ölkəmizdəki partiyalar yay mövsümündə hansı planları reallaşdırmağı nəzərdə tuturlar? Bu suala cavab tapmaq üçün Bakıvaxtı.az olaraq partiya rəhbərlərinə müraciət etdik. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə saytımıza deyib ki, yay ayları olmasına baxmayaraq, hərzamankı kimi planlaşdırdıqları fəaliyyətləri həyata keçirməyə davam edəcəklər: “Bu fəaliyyətlər çərçivəsində Ali Məclisin

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Beyin Mərkəzlərinin Forumunun birinci günündə (2026 SCO Think Tank Forum) plenar sessiyada çıxışı zamanı bildirib ki, Azərbaycanın tərəfdaş statusunu yüksəltmək istəyi bir üzv dövlət tərəfindən bloklanır. Azərbaycanı bloklayan hansı ölkədir? Millət vəkili Arzuxan Əlizadə baki-xeber.com-a bildirdi ki, F.Şəfiyev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına qəbulunun bir ölkə tərəfindən bloklandığını deyib, amma ad çəkməyib. “O, bu ölkənin adı çəkməyib. Ehtimal etmək olar ki, bu ölkə Hindistandır. Hindistanın bu məsələdə Azərbaycanın ŞƏT-də iştirakını bloklaması birmənalı olaraq