NIPA-30
a

Mass media

Azərbaycan Milli İstiqlal Partiyasının Ali Məclisinin 23 dekabr tarixli iclasında da partiyanın növbədənkənar prezident seçkisi ilə bağlı qərarı qüvvədə saxlanılıb. Bundan öncəki iclasda seçkidə namizədlə iştirak etməmək barədə qərar qəbul edilmişdi. AMİP sədri Arzuxan Əlizadə "Sherg.az"a açıqlamasında bildirib ki, partiyanın Siyasi Şurası növbəti ildə parlament və bələdiyyə seçkilərinin reallaşacağı, eləcə də, referendum keçiriləcəyi ehtimalını nəzərə alaraq resursların növbəti ildə məhz bu istiqamətlərdə istifadə edilməsini məqsədəuyğun sayıb. Həmçinin seçkilərə nəzarətin həyata keçirilməsi üçün ölkə üzrə mövcud məntəqə və dairə seçki komissiyalarına AMİP tərəfindən müşahidəçilərin təyin edilməsi haqqında qərər

İran prezidenti İbrahim Rəisi Paşinyanla telefon danışığında bildirib ki, məsələlər region ölkələri tərəfindən həll edilməlidir:  “İran bütün ölkələrin milli suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşaraq, Qafqaz regionu ilə kommunikasiya kanallarının və infrastrukturlarının açılması üçün istənilən hərəkəti və platformanı dəstəkləyir, bunu sülhün möhkəmləndirilməsi və qonşularının maraqlarının təmin edilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirir. İran İslam Respublikasının Qafqazla bağlı xarici siyasəti müəyyənləşib və qayğı göstərmək lazımdır ki, Qafqaz regionu regiondankənar ölkələr üçün rəqabət meydanına çevrilməsin və məsələlər kənar tərəflərin müdaxiləsi olmadan region ölkələri tərəfindən həll

Ermənistan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində qurumun prezidenti Aşot Saqyan bəyan edib ki, 44 günlük müharibə, 2023-cü ilin sentyabr hadisələri və Qarabağ əhalisinin oranı tərk etməsi nəticəsində yaranan yeni çağırışlara cavab vermək lazımdır.  Akademiya prezidenti qeyd edib ki, son çağırışlar Ermənistanın bütün elm və təhsil sistemi qarşısında yeni tələblər irəli sürür. Bu isə ciddi islahatlar tələb edir. A.Saqyan bildirib ki, Akademiyada belə bir islahat planı hazırlanıb və səlahiyyətli orqanlara təqdim olunub. O, təhsil və elm haqqında yeni qanunun qəbulundan sonra

Prezident İlham Əliyev “Euronews” televiziyasının “Ölkənizin iqtisadi inkişafı ilə bağlı risqlərə dair narahatlığınız nədən ibarətdir” sualını cavablandırarkən qeyd etdi ki, nə iqtisadi sahədə, nə də digər sahədə ölkəmiz üçün hər hansı bir potensial risq görünür. Ölkə başçısı bunu belə əsaslandırdı: “Çünki bugünədək bizim iqtisadi inkişafımız müsbət olub, hətta daha mürəkkəb geosiyasi vəziyyətdə belə. Hətta işğal dövründə bizim iqtisadiyyatımız inkişaf edib. İndi isə ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etmişik. Biz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə

Ermənistanın parlament sədri Alen Simonyanın qərarı ilə “Mülki müqavilə” partiyasının deputatı Arusyak Culakyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsini ratifikasiya etmiş ölkələrin 23-cü Assambleyasında iştirak etmək üçün 5 gün müddətinə Nyu-Yorka gedib. “Ermənistan Respublikası Parlament deputatının fəaliyyətinə təminatlar haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsini rəhbər tutaraq sərəncam verirəm: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etmiş ölkələrin 23-cü Assambleyasında iştirak etmək üçün Parlamentin deputatı Arusyak Culakyan 2023-cü il dekabrın 9-14-də Nyu-Yorka göndəriləcək”, - Simonyan imzaladığı qərarda deyilir.  Son aylar Ermənistanın yeritdiyi ziddiyətli siyasətlə bağlı AMİP sədri Arzuxan Əlizadəyə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda dedi ki, hələ də Ermənistanla konsensusa yaxın deyilik: “Fakt budur ki, sentyabrın 11-də göndərdiyimiz şərhlərə cavabı noyabrın 21-də aldıq. İndi Xarici İşlər Nazirliyimiz həmin şərhləri nəzərdən keçirir və biz onu geri göndərəcəyik. Düşünürəm ki, bundan sonra xarici işlər nazirlərinin görüşü məqsədəuyğun olacaq. Çünki indi görürük ki, biz hələ də konsensusa yaxın deyilik, amma Ermənistanın əvvəldən təkid etdiyi bir çox mühüm məsələlər artıq mövcud deyil. Onlar ümumiyyətlə mövcud deyil və

“Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə təsdiqlənmiş zəmanət lazımdır”. Bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda deyib. Ölkə başçısının sözlərinə görə, sülh sazişindən danışarkən bunun yalnız formal tərəfini fikirləşməməliyik: “Bizə əslində nə lazımdır, yəni Azərbaycana nə lazımdır? Ermənistanda heç bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı qəti şəkildə təsdiqlənmiş zəmanət lazımdır. Bu bizə niyə lazımdır? Çünki biz Ermənistanda nə baş verdiyini bilirik və həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında

“Azərbaycan Prezidenti növbəti dəfə çoxlarının gözləmədiyi güclü bir gediş etdi”.Bu barədə AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a 7 fevrala növbədənkənar Prezident seçkilərinin təyin edilməsinə münasibət bildirərkən danışıb. A.Əlizadə hesab edir ki, bu qərarın verilməsini şərtləndirən bir sıra amillər var. Bu amillərin içərisində başlıcası ondan ibarətdir ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə eləyəndən sonra ilk dəfədir tam olaraq ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini bərpa eləmiş olub. Ölkədə separatizmə son qoyulub, ölkə sərhədləri ilk dəfədir ki, müstəqillik əldə eləyəndən sonra tam olaraq Azərbaycanın nəzarəti altındadır və bununla da təkcə

NATO-nun baş katibi Yens Stoltenberq NATO Xarici İşlər Nazirləri Toplantısının sonunda təşkil edilən mətbuat konfransında iki gün ərzində Ukrayna, Çin və Qərbi Balkanlar kimi bir çox mövzunu müzakirə etdiklərini bildirib.  Çox qəribədir ki, o cür mühüm tədbirdə Qəzzada baş verənlərdən ümumiyyətlə bəhs olunmadı. Hansısa formada formal da olsa buna toxunulmadı. Maraqlıdır, bu müzakirə olunan məsələlərin içərisində nədən Qəzza məsələsi yoxdur? Bu boyda tədbirdə Ukraynanı, Qərbi Balkanlardakı vəziyyəti müzakirə edirlər. Ancaq bir belə məsələnin içində Qəzzada yaşananlara bir kəlmə belə fikir bildirilmədi. Nədir bu yanaşma? Sözügedən məsələ

Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının sessiyasında və MDB liderlərinin qeyri-rəsmi görüşündə iştirak edib-etməyəcəyi barədə hələ qərar verməyib. Baş nazirin ofisindən bildirilib ki, Paşinyan hazırda iştirakla bağlı qərar qəbul etməyib. Qeyd olunub ki, sessiya yaxınlaşan kimi, Baş nazir qərar verəcək: “Hazırda bu məsələ ilə bağlı heç bir qərar yoxdur”. Xatırladaq ki, bu yaxınlarda Paşinyanın dekabrın 25-26-da Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi İttifaqının İqtisadi Şurasının və MDB liderləri Şurasının iclasında iştirak edəcəyi barədə məlumat yayılıb. Həmçinin, “Lars” keçid məntəqəsi təxminən bir həftədir ki, Ermənistanın kənd təsərrüfatı