AMİP sədri qardaş ölkəyə başsağlığı verib
Qardaş Türkiyə Cümhuriyyətinin Bolu şəhərində Kartalkaya xizək mərkəzində hoteldə baş vermiş yanğında çoxsaylı insan təlafatının və xəsarət alanların olması xəbəri bizi çox üzdü. Belə bir gündə qardaş ölkənin yanında olduğumuzu bildirir və kədərinizi bölüşürük. Bu faciə nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, bütünlüklə qardaş Türkiyə xalqına partiyamız adından dərin hüznlə başsağlığı verir və səbr diləyir, yanğında həyatını itirən insanlara Uca Tanrıdan rəhmət, yaralılara şəfalar diləyirik! Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır! Tanrı Türkiyəmizi qorusun! Arzuxan Əlizadə Millət Vəkili, Azərbaycan Milli İstiqlal Partiyasının Sədri
Milli istiqlalçılar Şəhidlər Xiyabanını ziyarət etdilər – FOTOLAR
Azərbaycan Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov , AMİP Sədri, Millət vəkili Arzuxan Əli-zadə , AMİP rəhbərliyi bir qrup AMİP fəalları 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət edib.Azərbaycanın suverenliyi, müstəqilliyi və azadlığı uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər qoyularaq əziz xatirələri hörmət və ehtiramla yad edilib.Tariximizin şərəf və qəhrəmanlıq salnaməsi 20 yanvar Şəhidləimizi qürur və ehtiramla anırıq.Allahdan cəmi Şəhidlərimizə Rəhmət dilləyrik!
AMİP rəhbərliyi başsağlığı verdi
Azərbaycan Milli İstiqlal Partiyası nın fəxri lideri Etibar Məmmədov , AMİP Sədri millət vəkili, Arzuxan Əlizadə bütün İstiqlalçılar adından, bu gün dekabrın 25 -də Azərbaycan Hava Yolları" şirkətinə məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirənlərə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.
Möhtəşəm Zəfərin Mübarək, Azərbaycan!
Azərbaycan son 250 ildə tarixin ən çətin sınaqlarından çıxıb. Belə bir taleyüklü proseslərdən növbətisi 4 il əvvəl 2020 -ci ildə yaşandı. XX əsrin 80-ci illərin sonları- 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başladığı və nəticəsi hər kəsə bəllidir. Bu illərdə Azərbaycan hakimiyyətində hökm sürən hərc-mərclikdən səriştəsizlikdən anarxik vəziyyətdən istifadə edən Ermənistan və onun havadarlarının vasitəsilə torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edildi .Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız doğma
AMİP-in 8 Noyabr Zəfər günü münasibətilə təbrik mesajı
Əziz həmvətənlər!8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qürur və iftixar tarixidir. Məhz bu tarixi gündə Ali Baş Komandan Prezident İlham Əliyevin güclü siyasi iradəsi, şəhidlərimizin canı, qanı, sayəsində həsrətində olduğumuz torpaqlarımız azad edildi, ərazi bütövlüyü təmin olundu. Qürur mənbəyimiz olan 8 Noyabr Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Şəhidlərimizin, qəhrəman qazilərimizin və rəşadətli ordumuzun zəhməti sayəsində əldə etdiyimiz böyük qələbənin simvoludur. Azərbaycan xalqının birliyi, iradəsi və əzmi ilə yazdığı bu zəfər dastanı hər birimiz üçün iftixar mənbəyidir. Bu möhtəşəm Zəfər günündə Şəhidlərimizi dərin
Bunu bütün Türk dünyasına qarşı təcavüz kimi qiymətləndiririk – AMİP
Ankarada törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan Milli İstiqlal Partiyası Bəyənat verib. Bəyanatda deyilir: “Türkiyə Cümhuriyyətinin paytaxtı Ankarada, TUSAŞ-ın istehsal obyektində törədilmiş qanlı terror aktından sarsıldığımızı, eyni zamanda hiddətləndiyimizi ifadə edirik. Bunu bütün Türk dünyasına və eyni zamanda bəşəriyyətə qarşı təcavüz kimi qiymətləndiririk. Günahsız insanların həyatlarını itirməsinə hesablanmış bu cinayət hadisəsini törədənlərə qarşı bütün qüvvələr səfərbər olunmalı və terror aktının sifarişçilərinə qarşı ən sərt mübarizə üsullarından istifadə edilməlidir. Qardaş Türkiyənin kədəri kədərimiz, acısı acımızdır! Həlak olanların ailə üzvlərinə və yaxınlarına baş sağlığı verir və səbr diləyir, yaralılara
Dövlət Müstəqilliyinin Bərpasından 33 il ötür
Dövlət Müstəqilliyinin Bərpası Günü.33 il bundan öncə 1991 - ci ildə , oktyabrın 16 -da "Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin Bərpası haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanunu "Millət" qəzetinin N ° 0 - cı sayında layihə olaraq dərc olundu.Məhz bu layihə o zamankı Milli Məslisdə müəyyən düzəlişlər olunaraq qəbul olundu.Layihənin müəllifləri Etibar Məmmədovla hüquqşünas Fuad Ağayevdir.Müstəqilliyimizin bərpa olunmasında xidmətləri olan şərəfli yol keçmiş qəhrəmanlarımıza, fədakar vətəndaşlarımıza minnətdarıq.Oktyabrın 18- də qürur tarixiniz Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa
AMİP sədri ABŞ səfirliyinin rəsmisi ilə görüşüb
Bu gün AMİP sədri, millət vəkili Arzuxan Əlizadə partiyanın qərərgahında ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Diana Braun ilə görüşmüşdür. İşgüzar şəraitdə bir sıra məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır. O cümlədən AMİP-in beynəlxalq əlaqələri, son parlament seçkiləri və partiyanın yenidən parlamentdə təmsilçiliyi müzakirə olunmuşdur. Görüşdə həmçinin AMİP-in Beynəlxalq əlaqələr üzrə sədr müavini Elşən Mustafayev iştirak etmişdir.
Başsağlığı
Dərin kədər hissi ilə bildiririk ki, bu gün Milli İstiqlalçılar ailəsinə ağır itki üz verib. Partiyanın veteranlarından biri, uzun illər ərzində AMİP Quba RT-nin formalaşmasında və fəaliyyətində xidmətləri olan əqidəli istiqlalçı, AMİP Ali Məclisinin üzvü Firudin Kazımlı vəfat edib.AMİP Lideri Etibar Məmmədov, AMİP Sədri Arzuxan Əlizadə Siyasi Şura, Ali Məclis, MİK və Mərkəzi Aparat adından Firudin müəllimin ailə üzvlərinə, yaxınlarına və bütün Milli İstiqlalçılara dərin hüznlə başsağlığı veririk. Məkanı cənnət olsun!AMİP Mərkəzi Aparatı.28.09.2024.
AMİP-in seçkilərlə bağlı BƏYANATI
Ölkənin ərazi bütövlüyünün toxunulmazlığı hər bir müstəqil xalqın milli marağı və ülvi dəyəridir. Bu mənada tarixi torpaqlarımızın işğaldan azad olunması müasir Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcıdır. Öz Qələbəsi ilə bölgədə yeni reallıq yaratmış Azərbaycan bütün regionun inkişafında aparıcı qüvvəyə çevrilməkdədir. Formalaşan yeni geosiyasi mənzərə fonunda cərəyan edən proseslər ölkənin bütün siyasi potensialının səfərbər olmasını və yeni siyasi konfiqurasiya naminə aparılan islahatların dərinləşdirilməsini tələb edir. Növbədənkənar parlament seçkilərinin təşkili də məhz yeni inkişaf dövrünü səciyyələndirən mühüm siyasi hadisələrdəndir. Ümumilikdə 8 namizədlə seçkilərə qatılmış Azərbaycan Milli İstiqlal