AMİP-30
a

Azərbaycan Milli İstiqlal Partiyası

Arzuxan Əlizadə: Mədəniyyətlərarası dialoq sülhün və qarşılıqlı etimadın əsasını təşkil edir

Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu başladı. Bu tədbir təkcə beynəlxalq miqyaslı birforum deyil, həm də Azərbaycanın multikultural dəyərlərini, sülhə yönəlmiş siyasətinivə dünya ilə qurduğu etimad münasibətlərini nümayiş etdirən mühüm platformadır.Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər bir daha göstərdi ki, müxtəliflikbizim zəifliyimiz yox, gücümüzdür. Azərbaycan əsrlər boyu Asiya ilə Avropa arasındamədəniyyət körpüsü olub. Müxtəlif etnik qrupların, din nümayəndələrinin bir yerdəyaşaması, qarşılıqlı hörmət və dözümlülük bizim cəmiyyətimizin təməl dəyərləridir.

Prezidentin qeyd etdiyi kimi, bütün vətəndaşlarımız Konstitusiya çərçivəsində bərabərhüquqlara malikdir və “azərbaycançılıq” ideyası ətrafında birləşir. Bu birlik xüsusiləçətin tarixi dövrlərdə öz dəyərini göstərib. Vətən müharibəsində və ərazibütövlüyümüzün bərpası yolunda bütün etnik və dini qrupların nümayəndələri ortaqməqsəd uğrunda birlikdə mübarizə aparıblar. Bu, multikulturalizmimizin yalnız nəzərideyil, həm də real həyat dəyəri olduğunu sübut edir. Qarabağ münaqişəsinin həlliAzərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyinin və dövlət müdrikliyininnümunəsidir.

2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatı ilə işğalason qoyulduqdan sonra Azərbaycan sülh təşəbbüsünü irəli sürüb. Sülh sazişininlayihəsinin 2025-ci ilin avqustunda Vaşinqtonda paraflanması bu yanaşmanınbeynəlxalq səviyyədə dəstəkləndiyini göstərir. Prezidentin “müharibəyə başlamaqasandır, onu bitirmək isə çətindir” sözləri çox dərin mənanə malikdir. Qələbədən sonradayanmaq, qisas əvəzinə sülhə üstünlük vermək və regionda yeni, etimad əsaslı mühitformalaşdırmaq Azərbaycanın dövlətçilik təcrübəsinin mühüm hissəsidir. Beynəlxalqmünasibətlərdə ədalət və bərabərlik vacibdir.

BMT Təhlükəsizlik Şurasınınqətnamələrinin icra mexanizminin olmaması, bəzi ölkələrə qarşı sanksiyaların tətbiqolunub, digərlərinə qarşı isə eyni yanaşmanın göstərilməməsi ikili standartların realnümunələridir. Prezident İlham Əliyev bu məsələyə aydın mövqe bildirərək, beynəlxalqsiyasətdə bərabərlik və qanunun üstünlüyünün təmin edilməsinin zəruriliyinivurğulayıb. Azərbaycan öz suveren hüquqlarına, daxili işlərinə müdaxiləyə və kiminsəölkəyə necə yaşamağı öyrətmək cəhdlərinə qarşı prinsipial mövqe saxlayır. Bu mövqeeyni zamanda beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətin əsas şərti olduğunugöstərir. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 100-dən çox ölkədənqonaqların gəlməsi Bakının beynəlxalq nüfuzunun artmasının aydın göstəricisidir.

Azərbaycanın Çin və ABŞ ilə strateji tərəfdaşlığı, Avropa İttifaqının bir sıra üzv ölkəsiilə strateji sənədləri, enerji və nəqliyyat sahəsindəki rolu ölkəmizin qlobaləməkdaşlıqda etibarlı tərəfdaş olduğunu təsdiqləyir. Bakının 2027-ci ildə İslamƏməkdaşlıq Təşkilatının Zirvə Görüşünə, 2028-ci ildə isə Avropa Siyasi Birliyinin ZirvəGörüşünə ev sahibliyi edəcəyi də bu nüfuzun davamını göstərir. Bu, təkcə təşkilatiuğur deyil, həm də Azərbaycanın müxtəlif mədəniyyətlər və siyasi maraqlar arasındakörpü qurmaq bacarığının tanınmasıdır.

Mədəniyyətlərarası dialoq sadəcə konfransmövzusu deyil, sülhün, sabitliyin və inkişafın praktiki yoludur. Bakıda keçirilən forumAzərbaycanın multikultural təcrübəsini dünyaya təqdim edir, ölkələr arasındaanlaşmanı gücləndirir və gələcək nəsillər üçün daha harmonik beynəlxalq mühitinformalaşmasına töhfə verir. Fərqlərimizi körpüyə çevirmək, münaqişələri dialoqla həlletmək və qarşılıqlı hörməti beynəlxalq münasibətlərin əsasına qoymaq məhz bu yolla daha ədalətli və sülhsevər dünya qurmaq mümkündür.

AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əli -zadə