AMİP-30
a

Kateqoriyasız

21 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının iclası keçirilib. İclasda cari məsələlərlə yanaşı, ölkədəki son ictimai-siyasi vəziyyət və təşkilati işlər müzakirə olunmuşdur. İclasın əsas gündəliyini son günlərdə Dairə Seçki Komissiyalarının (DSK) formalaşdırılması prosesi təşkil etmişdir.Ətraflı müzakirələr zamanı yerli təşkilatlardan daxil olan müraciətlər, eləcə də DSK-ların təşkili zamanı ortaya çıxan və araşdırılmasına ehtiyac duyulan ehtimallar hərtərəfli təhlil edilmişdir. Siyasi Şura üzvləri eyni zamanda Məntəqə Seçki Komissiyalarında (MŞK) da partiya nümayəndələrinin təmsilçiliyinin vacibliyini xüsusi vurğulamışlar. Müzakirələrin yekunu olaraq, yerli təşkilatlar

20 Sentyabr Azərbaycan tarixinin mühüm və əlamətdar günlərindən biridir. Bu tarix 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin ölkənin bütün ərazisində tam bərpa olunması ilə yadda qalıb. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi də bu tarixi hadisənin dövlətçilik baxımından əhəmiyyətini göstərir. Dövlət Suverenliyi Günü Azərbaycan xalqının milli iradəsinin, dövlətçilik əzminin və ərazi bütövlüyünün qorunması istiqamətində əldə olunan nəticələrin simvolu kimi xüsusi məna daşıyır. Bu barədə AMİP.az-a açıqlama verən Milli Məclisin deputatı, AMİP sədri Arzuxan Əlizadə qeyd edib ki, 20 Sentyabr

AMİP Qərargahında “Gənclər və Süni İntellekt” mövzusunda təlim keçirilib.Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında AMİP Gənclər Təşkilatının təşkilatçılığı ilə "Gənclər və Süni İntellekt: Gələcəyin Bacarıqları" adlı təlim-tədbir keçirilib. Tədbir 20 Sentyabr — Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününə təsadüf etdiyindən, ilk olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş əziz Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Seyranə Quliyeva rəşadətli Azərbaycan Ordusunun cəmi bir sutka ərzində həyata keçirdiyi unikal hərbi əməliyyatın Azərbaycan tarixinin qızıl səhifələrindən biri olduğunu xüsusilə vurğulayıb.Daha sonra təlim

7 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti genişləndirilmiş iclası baş tutub. Tədbirdə Siyasi Şuranın üzvləri ilə yanaşı, partiyanın Bakı şəhəri üzrə yerli təşkilatlarının sədrləri də iştirak ediblər.İclası açan AMİP sədri, millət vəkili Arzuxan Əlizadə partiyanın fəaliyyət istiqamətləri, qarşıdakı aylarda görüləcək işlər və nəzərdə tutulan tədbirlər barədə ətraflı məruzə ilə çıxış edib.Görüşdə təşkilati fəaliyyətin təkmilləşdirilməsi, yerli struktur bölmələrinin işinin gücləndirilməsi, qarşılıqlı əlaqələrin daha səmərəli qurulması və strateji vəzifələrin sistemli icrası diqqət mərkəzində olub. Müzakirələrdən sonra müəyyən edilmiş hədəflərə çatmaq

İctimai və şəxsi əmlaka, şəhər infrastrukturuna, bina və tikililərə, xüsusilə də tarixi və mədəni əhəmiyyət daşıyan obyektlərə məsuliyyətlə yanaşmaq hər bir vətəndaşın borcudur. Küçələrdə, binaların fasadlarında, abidələrdə və digər ictimai məkanlarda icazəsiz yazılar yazılması, qraffiti çəkilməsi və obyektlərin ilkin görünüşünə xələl gətirən digər hərəkətlər yolverilməzdir. Burada söhbət yalnız hansısa binanın divarının çirkləndirilməsindən getmir. Söhbət şəhər mədəniyyətinə, ictimai əmlaka və cəmiyyətin ümumi dəyərlərinə münasibətdən gedir. Heç bir şəxsin statusu, vəzifəsi, tanınmışlığı və ya cəmiyyətdəki mövqeyi ona bu qaydaları pozmaq üçün üstünlük verməməlidir. İctimai və ya

20 Yanvar faciəsinin dünyaya çatdırılmasında mülki dənizçilərin misilsiz müqaviməti 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıya yeridilməsi və dinc əhaliyə qarşı törədilən qanlı qırğın Azərbaycanın tarixində silinməz iz buraxdı. Həmin gün şəhərin rabitə vasitələri kəsilmiş, televiziya bloku partladılmış, Bakı faktiki olaraq informasiya blokadasına alınmışdı. Ölkə daxilində baş verənləri dünyaya çatdırmaq son dərəcə çətin idi. Məhz belə ağır və ümidsiz görünən bir məqamda Xəzər dənizində üzən 120 Azərbaycan mülki gəmisi tarixi məsuliyyət daşıyan qərar qəbul etdi. Dənizçilər öz aralarında “Fövqəladə Vəziyyət” elan edərək sovet rejiminin

13.08.2026-cı il taricində Ağsu rayonunun Bico kəndindən olan, Birinci Qarabağ müharibəsində şəhid olmuş və uzun illər itkin kimi axtarılan Sənan Köçəri oğlu Səfərovun anım mərasimi keçirilib. Tədbirdən əvvəl şəhidin yaşadığı ev ziyarət olunub, daha sonra Ağsu şəhərində yerləşən Şəhidlər Kompleksinə baş çəkilib və şəhidlərin əziz xatirəsi yad edilib. Anım mərasimində AMİP sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə, AMİP funksionerləri, şəhidin ailə üzvləri, sinif və döyüş yoldaşları, qazilər, Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, rayon ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər. Çıxışlarda Sənan Səfərovun

26 avqust Azərbaycan xalqının yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Bu tarix təkcə Laçın şəhərinin işğaldan azad olunmasının ildönümü deyil, eyni zamanda, uzun illər doğma yurd həsrəti ilə yaşayan insanların öz torpaqlarına qayıdışının, tarixi ədalətin bərpasının və Laçının yeni inkişaf mərhələsinə qədəm qoymasının rəmzidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqustun Laçın şəhəri günü kimi təsis edilməsi də bu tarixi hadisənin milli yaddaşımızdakı xüsusi yerini təsdiqləyir. Laçının tarixi Azərbaycanın dövlətçilik və mədəniyyət tarixinin ayrılmaz hissəsidir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsinin

Hörmətli, Rauf bəy! Sizi 60 illik yubiley yaşınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm! Siz Azərbaycanın ictimai-siyasi həyatında fəal və prinsipial vətəndaş mövqeyinizlə, o cümlədən müstəqillik dövrü milli mətbuatımızın inkişafına əhəmiyyətli tövhələr vermiş parlaq bir imza sahibi olaraq tanınır və yüksək qiymətləndirilirsiniz. Azərbaycan milli-azadlıq hərəkatının ön sıralarında başlayan mübarizə yolunuz, "Yeni Müsavat"ı yaratmaq və 37 il ərzində ölkənin bu aparıcı media qurumuna rəhbərlik etmək kimi şərəfli bir missiya ilə davam etməkdədir. Azərbaycan mətbuatının çətin, lakin çətin olduğu qədər də şərəfli mərhələlərindən keçərək formalaşdırdığınız peşəkarlıq məktəbi isə bu gün də gənc jurnalistlər nəsli

Hörmətli media nümayəndələri, dəyərli jurnalistlər! ​Sizi Azərbaycan Milli Mətbuatının yaranmasının 151 illiyi və 22 İyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Milli İstiqlal Partiyası adından samimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, peşə fəaliyyətinizdə yeni-yeni uğurlar və tükənməz yaradıcılıq əzmi arzulayırıq. ​1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi "Əkinçi" qəzeti ilə əsası qoyulan milli mətbuatımız ötən 151 il ərzində, xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, ictimai fikrin formalaşmasında və maarifçiliyin inkişafında, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. Mətbuat tariximizin şərəfli yolu bir daha