Arzuxan Əlizadə: “Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığı yeni keyfiyyət mərhələsinə yüksəlir”
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatında tamhüquqlu üzv kimi iştirakı ölkəmizin xarici siyasətində və regional əməkdaşlıq strategiyasında mühüm mərhələdir. Prezident İlham Əliyevin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə iştirakı Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəldiyini göstərir. Bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiya ilə daha geniş coğrafiyada siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayan dövlətdir. Ölkəmizin bu əməkdaşlıq formatına tamhüquqlu üzv olması qarşılıqlı etimadın, ortaq maraqların və strateji tərəfdaşlığın göstəricisidir. Azərbaycanın Mərkəzi Asiya
Afsəddin Nəbiyev: “Qafqazın gələcəyi yeni açılan yolların və çəkilən enerji xətlərinin üzərində bərqərar olmalıdır”
Ermənistanın Gorus şəhərində oktyabrın 8-də Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri arasında TRİPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Məlumata görə, görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, habelə bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar. Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət ayrılıb. Bütün bunlar o qənaətə gəlməyə əsas verirmi ki, TRİPP layihəsi ilə bağlı dahada sürətləndiriləcək? Diqqəti çəkən
“Bakı-Aşqabad münasibətləri geniş regional əməkdaşlıq kontekstində inkişaf edir” – Deputat
“Azərbaycan Prezidentinin Türkmənistana işgüzar səfəri və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin inkişafı baxımından əhəmiyyətli hadisədir”. Bunu 525.az-a Milli Məclisin deputatı Arzuxan Əlizadə deyib. O bildirib ki, bu səfər Azərbaycan-Türkmənistan münasibətlərinin yalnız ikitərəfli əlaqələr müstəvisində deyil, daha geniş regional əməkdaşlıq kontekstində inkişaf etdiyini göstərir. “Azərbaycan və Türkmənistan Xəzərin iki sahilində yerləşən, ortaq tarixi, mədəni və milli dəyərləri bölüşən qardaş dövlətlərdir.Azərbaycan-Türkmənistan əməkdaşlığında nəqliyyat, logistika, enerji, ticarət və Xəzər üzərindən əlaqələrin genişləndirilməsi xüsusi perspektivlərə malikdir. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Bakı ilə
Deputatlar hansı İCRA BAŞÇILARINI TƏRİFLƏDİLƏR?
Rayonların sosial-iqtisadi problemlərinin həllində deputatlarla icra hakimiyyətləri arasında əməkdaşlıq mühüm rol oynayır. Lakin bu əməkdaşlığın hansı səviyyədə olduğu və deputatların qaldırdığı məsələlərə nə dərəcədə reaksiya verildiyi zaman-zaman müzakirə olunur. Hafta.az mövzu ilə bağlı millət vəkillərinə sorğu ünvanlayıb: Milli Məclisin deputatı Arzuxan Əlizadə təmsil etdiyi Sabunçu rayonunda yerli icra orqanları ilə əməkdaşlığın qənaətbəxş olduğunu bildirib: “Təmsil etdiyim seçki dairəsinə Balaxanı, Sabunçu və Ramana qəsəbələri, eləcə də Bakıxanov qəsəbəsinin bir hissəsi daxildir. Sabunçu Rayon İcra Hakimiyyətinə etdiyim müraciətlər hər zaman diqqətlə qəbul olunub. Bu baxımdan rayonun icra başçısı Adil
Rəşad Bayramov: “Həmin dövrün ayrı-ayrı rəhbərlərinin tutduğu mövqe cəmiyyətin yaddaşında haqlı olaraq ağır iz buraxıb”
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib ki, Heydər Əliyevdən sonra Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçıb: “Əslində, Heydər Əliyevdən sonrakı dövrə nəzər saldıqda, - mən 1980-ci illəri nəzərdə tuturam, - hər kəs açıq-aydın görür ki, ondan sonrakı Azərbaycan rəhbərləri öz vəzifə borclarını dərk edə bilməmişdilər, zəiflik, qorxaqlıq, fərarilik göstərmişdilər. Təkcə onu demək kifayətdir ki, Heydər Əliyevdən sonra həm sovet dövründə, həm müstəqillik dövründə Azərbaycana rəhbərlik etmiş 4 rəhbərdən 3-ü Bakıdan qaçmışdır. Faktiki olaraq müharibə şəraitində olan, yaxud
Deputatların unutmadıqları müəllimləri – Yaddan çıxmayan XATİRƏLƏR
5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Müəllimlər şagirdlərinə yalnız elmi biliklər vermir, həm də onların dünyagörüşünün formalaşmasında, gələcəkdə cəmiyyət içərisində özlərini tapmasında, peşə seçimində çox mühüm rol oynayırlar. Deputatların da həyatında iz qoyan, onların formalaşmasında rol oynayan müəllimləri olub. Modern.az saytı bu mövzuda deputatlarla həmsöhbət olub. Arzuxan Əlizadə vurğulayıb ki, Müəllimlər Günündə hər bir insan ilk növbədə həyatında xüsusi iz qoymuş müəllimlərini minnətdarlıqla xatırlayır. “Əvvəlcə onu qeyd edim ki, mən özüm müəllim ailəsində anadan olmuşam. Valideynlərimin hər ikisi müəllim olub. Məhz buna görə də müəllimlər mənim üçün son dərəcə dəyərlidirlər. Müəllim