AMİP-30
a

KİV

“Vətən müharibəsi Azərbaycan xalqının tarixində xüsusi yer tutan, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin parlaq səhifəsidir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən müharibə xalqımızın birliyini, həmrəyliyini, ordumuzun gücünü və Azərbaycan dövlətinin siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə həm də uzun illər davam edən işğala son qoyulması və tarixi ədalətin bərpası istiqamətində mühüm mərhələ oldu”. Bu sözləri Azerbaycan24-ə açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Arzuxan Əlizadə deyib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində

Dəmir yollarında təhlükəsizlik yalnız qatarların hərəkətinin təşkili və texniki nəzarətlə məhdudlaşmır. Bu, eyni zamanda dəmir yolu xətlərinin ətrafında yaşayan insanların, xüsusilə də uşaqların həyat və sağlamlığının qorunması ilə bağlı mühüm məsələdir. Bəzi ərazilərdə dəmir yolunun mühafizə zolağına dair tələblərə əməl olunmur, relslərin yaxınlığında yaşayış evləri tikilir. Nəticədə, hər gün qatarların hərəkət etdiyi ərazilərdə yaşayan ailələr və uşaqlar potensial təhlükə ilə üz-üzə qalırlar. Bununla yanaşı, dəmir yolu infrastrukturuna qarşı məsuliyyətsiz davranışlar da narahatlıq doğurur. Belə ki, relslərin üzərinə daş, metal parçaları, təkərlər və digər ağır əşyaların qoyulması

"Soyuq müharibə"dən sonra formalaşan və ABŞ-ın mütləq üstünlüyünə söykənən daxili-xarici nizam artıq geridə qalır. Bu gün Vaşinqton yalnız öz qaydalarını diktə edən tək supergüc kimi deyil, güclənən rəqiblərlə - ilk növbədə Çin və Rusiya ilə mübarizə aparan, mövqeyini qorumağa çalışan bir lider kimi hərəkət edir. Dünya çoxqütblü formata doğru sürətlə irəlilədikcə, ABŞ-ın xarici siyasət strategiyası da köklü şəkildə dəyişir. Mövzu ilə bağlı politoloq Əli Orucov “XQ”nin suallarını cavablandırıb. - ABŞ-ın xarici siyasətində yeni prioritetlərində Vaşinqton dünya liderliyini hansı vasitələrlə qorumağa çalışır? -Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə

Azərbaycan tarixində elə günlər var ki, onların mənası təqvimdəki bir tarixlə məhdudlaşmır. Belə günlər xalqın taleyini dəyişir, milli yaddaşın zirvəsinə yüksəlir, azadlığın və dövlətçilik iradəsinin rəmzinə çevrilir. 8 Noyabr - Zəfər Günü məhz belə müqəddəs tarixdir. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin yeni səhifəsi açıldı. Bəzən yanlış olaraq Azərbaycanın Qarabağ Zəfərini müasir silahlarla, texnologiyalarla və pilotsuz uçuş aparatlarından (PUA) geniş müstəvidə tətbiq etməsi ilə əlaqələndirirlər. Bu, əsla belə deyil. Qələbənin arxasında hansısa texnologiyaların yox, Azərbaycan əsgərinin peşəkarlığı, qəhrəmanlığı dayanırdı. Ötən dövrdə xalqımız,

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana gözlənilən səfəri həm siyasi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bunu Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Yenigun.Media-ya açıqlamasında bildirib. Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri sadəcə iki dövlət arasında diplomatik əlaqələr deyil, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və strateji maraqlara əsaslanan müttəfiqlik münasibətləridir. Onun sözlərinə görə, Ərdoğanın məhz Zəfər Günü kimi Azərbaycanın tarixində əlamətdar gündə ölkəmizə səfər etməsi Türkiyənin Azərbaycanın tarixi qələbəsinə və dövlətçiliyinə

“Azərbaycançılıq ideyası Azərbaycan xalqının milli kimliyini, tarixi köklərini, mənəvi dəyərlərini və dövlətçilik ənənələrini özündə birləşdirən mühüm məfkurədir”.  Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Hit.az-a açıqlamasında deyib. O bildirib ki, bu ideyanın əsas mahiyyəti ölkəmizdə yaşayan hər bir insanın milli mənsubiyyətindən, dilindən və dini etiqadından asılı olmayaraq, özünü Azərbaycanın ayrılmaz parçası hesab etməsi, ümumi dövlətçilik maraqları ətrafında birləşməsidir:“Azərbaycançılıq yalnız milli kimliyin qorunması deyil, eyni zamanda müstəqil dövlətə bağlılığın, vətənpərvərliyin, milli həmrəyliyin və vətəndaş məsuliyyətinin ifadəsidir. Bu ideya cəmiyyətin müxtəlif təbəqələri

ABŞ Konqresinə aralıq seçkilərdə Demokratlar Partiyası qələbə qazanıb. Səslərin sayıldığı ştatların nəticələrinə əsasən, Demokratlar Konqresin hər iki palatasında – Senatda və Nümayəndələr Palatasında – çoxluğu Prezident Donald Trampın mənsub olduğu Respublikaçılar Partiyasının əlindən alıblar. Demokratlar Senatda 54, Nümayəndələr Palatasında isə 228 yer əldə ediblər. Bununla da Respublikaçılar Konqresin hər iki palatasında nəzarəti itiriblər. Demokratların qələbəsi və hər iki palatada üstünlük əldə etməsi Azərbaycana qarşı 34 il əvvəl qəbul edilmiş bədnam 907-ci düzəlişin birdəfəlik ləğvi məsələsinə necə təsir edəcək? Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna münaqişəsinin tənzimlənməsi üzrə Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda qarşılıqlı təhlükəsizlik zəmanətləri müzakirə olunacaq: “Təhlükəsizlik məsələləri müzakirə olunacaq. Təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər. Onlar yalnız qarşılıqlı ola bilər”. Kreml sözçüsü vurğulayıb ki, bir ölkənin təhlükəsizliyinin digərinin hesabına təmin edilə bilməyəcəyi təhlükəsizliyin bölünməzliyi prinsipi Rusiyanın mövqeyinin əsas prinsipi olaraq qalır. Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar 10-11 noyabr tarixlərində Əbu-Dabidə keçiriləcək. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında baş tutacaq üçtərəfli danışıqlarda Rusiyanı Vladimir Medinski təmsil edəcək. Göründüyü kimi, Peskov

Ermənistan hökuməti “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) layihəsinin həyata keçirilməsinə faktiki olaraq başlayıb. Bunu Paşinyan bu gün 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin daimi komissiyalarının birgə iclasında bildirib. Paşinyan qeyd edib ki, Ermənistan hökuməti TRIPP layihəsi çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətlərinin layihələndirilməsi işlərinin sifarişinə öz təşəbbüsü ilə başlayacaq: “TRIPP-in inkişafı üzrə şirkət yaradılana qədər Ermənistan hökuməti öz təşəbbüsü ilə layihə çərçivəsində dəmir yolu, avtomobil yolu və elektrik xətləri üzrə layihələndirmə işlərini sifariş edəcək. Biz vaxt itirmək istəmirik.

Azərbaycanla Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin təsdiq edilməsi iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm tarixi və siyasi hadisədir. Bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Yenigun.Media-ya açıqlamasında bildirib. Deputat qeyd edib ki, sənəd yalnız mövcud dostluq münasibətlərinin hüquqi baxımdan möhkəmləndirilməsi deyil, həm də gələcək əməkdaşlığın daha geniş və uzunmüddətli perspektivlər əsasında qurulması deməkdir. Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanı ortaq tarixi köklər, milli-mənəvi dəyərlər, dil və mədəni yaxınlıq birləşdirir. Bu amillər dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm zəmin yaradır. Arzuxan Əlizadə hesab edir ki, müqavilə iki ölkə arasında