AMİP-30
Azərbaycan Milli İstiqlal Partiyasının Qurultayları

Azərbaycan Milli İstiqlal Partiyasının Qurultayları

Azərbaycanın ictimai-siyasi həyatında öz nüfuzu, gücü aydın ideoloji xətti, milli dəyərlərin mühafizəçisi kimi tanınan, beynəlxalq əlaqələrini müvəffəqiyyətlə inkişaf etdirən, müasir dünya standartlarına uyğun şəkildə təşkil olunmuş Azərbaycan Milli İstiqlal Partiyası İstiqlalının bərpası ərəfəsi, yəni 15 oktyabr 1991-ci il tarixdə Dövlət Televiziyasının partiyanın yaradılması barədə Təşkilat Komitəsinin bəyənnaməsi haqqında məlumat verməsi və bir gün sonra ‘Millət ” qəzetinin sınaq nömrəsində bu bəyannamə dərc olunması ilə siyasi səhnəyə qədəm qoydu.

Bununla da Azərbaycanın siyasi həyatında çoxpartiyalılığın əsasının qoyulması ilə yeni dövr başlandı.

Azərbaycan Milli İstiqlal Partiyası

3-4 iyul 1992-ci il təsis qurultayından sonra, 17 iyul 1992-ci il tarixində AMİP Ədliyyə Nazirliyi tərəfindən Azərbaycanda yaranmış ilk siyasi partiya kimi dövlət qeydiyyatından keçirildi. Azərbaycan Milli İstiqlal Partiyası indiyədək 11 qurultay keçirmiş, 5 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat almışdır. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai rayon icra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitunun direktoru Nazim İmanov, Azerbaijan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, Ekologiya və Təbii Sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılmışdır. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev sabiq təhsil naziri Firudin Cəlilov sabiq deputat Yusif Bağırzadə və başqaları nümunədir.

AMİP Qurultaylarının xronoloji ardıcıllığı

AMİP I (Təsis) Qurultayı (3-4 iyul 1992-ci il)
AMİP ll (Növbədənkənar) Qurultayı (5 sentyabr 1993-cü il)
AMİP III (Fövqəladə Qurultayı) (16 sentyabr 1995-ci il)
AMİP IV Qurultayı (24-25may 1996-cı)
AMİP V (Fövqəladə) Qurultayı (6 dekabr 1997-ci il)
AMİP VI Qurultayı (30-31 oktyabr 1999-cu il)
AMİP Vll Qurultayı (2003-cü il)
AMİP VIII Qurultayı (yanvar 2005-ci il)
AMİP IX Qurultayı (25 iyun 2006-cı il)
AMİP X Qurultayı (10 iyul 2010-cu il)
AMİP Xl Qurultayı (15 avqust 2020-ci)