Azərbaycan Yüksəliş Partiyasının təbriki
Azərbaycan Milli İstiqlal Partiyasının Sədri Arzuxan Əlizadəyə Hörmətli Sədr! Sizi, rəhbəri olduğunuz Azərbaycan Milli İstiqlal Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə təbrik edirik. AMİP-in müstəqil Azərbaycanda qeydiyyatdan keçmiş ilk siyasi partiya olmaqla yanaşı, Azərbaycanda demokratiyanın, plüralizmin inkişafında, milli demokratik dövlət quruculuğu işlərində səylərini yüksək qiymətləndirir, gələcək fəaliyyətində uğurlar arzu edirik. Hörmətlə,Azərbaycan Yüksəliş Partiyasının BaşqanıAnar Əsədli4 iyul 2022-ci ilBakı şəhəri.
AMİP 30 il. Siyasilər AMİP haqqında
AMİP Qurucuları və siyasilərin Milli İstiqlal Pariyası haqqında xatirələri və təbrikləri
AMİP sədri: “Elçibəy 1993-cü ildə xalqa müraciət etdi, meydana heç on min nəfər çıxmadı”
İyulun 4-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 30 illik yubileyidir. AMİP Azərbaycanda ilk dövlət qeydiyyatından keçmiş siyasi təşkilatdır. Partiya sədri Arzuxan Əlizadə ilə həm yubiley müsahibəsi etdik, həm də ötən 30 ilə nəzər saldıq.
HƏRBİLƏŞƏN VƏTƏN – Əntiqə Qonaq
Çox da uzaq olmayan bir tarixdən danışacam. Yaşıdlarımın hər gününü, hər saatını, dəqiqəsini, anını ağrıyla, acıyla xatırladıqları, ağlasığmaz hadisələriylə, qan donduran olaylarıyla, insanlığa yaraşmayan vəhşilikləriylə, içimizdə dərin bir çarəsizlik uçurumu yaratmış özbaşınalıqlarıyla xatırladıqları, yaşlı nəslin özləriylə haqq dünyasına daşıdıqları, yeni nəslin isə yalnız kitablardan oxuyub böyüklərin xatirələrindən dinlədikləri həmin o dəhşətli keşmişdən. Müstəqilliyimizə uzanan kirli əllərdən, dövlətçiliyimizi sarsıdacaq xarici həmlələrdən, ermənilərin torpaqlarımıza təcavüzündən, demokratiya çağırışlarımızın qan gölündə boğulmasından, ölkədaxili hərc-mərclikdən, xaosdan…daha nələrdən, nələrdən… Və bu cür nizamsızlıq, qarmaqarışıqlıq içində xalqımızı və dövlətçiliyimizi qorumağa layiq
Azərbaycan Milli İstiqlal Partiyasının Mətbuat və informasiya xidmətinin məlumatı
26-29 iyun 2022 ci il tarixlərində Berlində AMİP-in tam hüquqlu üzv olduğu Beynəlxalq Demokrat İttifaqının (BDİ) Forumu, İcraçı Toplantısı və Sammiti keçirilmişdir. Tədbirlərdə partiyanı AMİP-in fəxri lideri Etibar Məmmədov və AMİP Sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev təmsil etmişdir. BDİ-yə üzv olan dünyanın bir sıra sağ mərkəz partiyalarının rəhbərlərinin, bir çox hazırkı və keçmiş dövlət, hökumət başçılarının, Avropa Parlamenti deputatlarının, ATƏT təmsilşilərinin və tanınmış siyasətçi, ekspertlərin iştirakı ilə keçirilən Forumda əsas mövzulardan biri Rusiya-Ukrayna müharibəsi olmuşdur. Forumda Ukraynanın keçmiş prezidenti Petro Poroşenko və
Zelenski ilə Britaniyanın Putinə qarşı şok “B” planı açıqlandı
TVMusavat-ın canlı efirində AMİP sədrinin müavini Elşən Mustafayevlə AĞ Partiya başqanının müavini Cavanşir Abbaslı böhranı müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
“KQB” arxivlərinin açıldığı heç bir ölkədə vətəndaş müharibəsi baş vermədi…
“Deyirdim ki, DTK ilə xalqın, ölkənin ziyanına ciddi əməkdaşlıq etmiş şəxslər üzə çıxarılsın ki, onlar sonradan rəhbər vəzifələrə irəli sürülməsin…”
AMİP-in 30 illik inkişaf yolu
Azərbaycan 70 il sovet Rusiyasının işğalı altında olduğu üçün çoxpartiyalı sistem ölkəmiz üçün necə deyərlər, yad bir məfhum idi. Çünki uzun illər idi SSRİ məkanında bir partiya – Kommunist Partiyası mövcud idi. Ancaq artıq 80-ci illərin ortalarından başlayaraq SSRİ miqyasında iqtisadi, siyasi, sosial, mənəvi zəmində aşınma daha da sürətləndi. Açıq görünürdü ki, SSRİ dünya miqyasında aparıcı ölkələrə rəqabətdə uduzur. 1985-ci ilin martında Mixail Qorbaçov Sov.İKP MK-nın birinci katibi seçildi. M.Qorboçovun apardığı islahatlar SSRİ-də böhranı azaltmaq əvəzinə, daha da dərinləşdirdi. SSRİ miqyasında etnik zəmində qarşıdurma
Afsəddin Nəbiyev: “Qaçqınların yurdlarına qayıdışı təmin olunmalıdır”
Düz bir il bundan öncə, qeyd etmişdim ki, indiki Ermənistan ərazisindən, zorla qovulmuş yüz minlərlə qaçqınlarımız, öz tarixi torpaqlarına dədə - baba yurdlarına qayıtmalıdır. Bu məsələ Ermənistanla nəzərdə tutulan sülh müqaviləsində mütləq nəzərə alınmalıdır.